Icma.az
close
up
RU
Ailələrin dağılmasında iqtisadi səbəblərin rolu nə qədər önəmlidir? PSİXOLOQ ŞƏRH ETDİ

Ailələrin dağılmasında iqtisadi səbəblərin rolu nə qədər önəmlidir? PSİXOLOQ ŞƏRH ETDİ

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Son illərdə ailələrin dağılmasında iqtisadi səbəblərin rolu nəzərəçarpacaq dərəcədə artmaqdadır. Bir psixoloq olaraq müşahidələrim göstərir ki, maddi çətinliklər ailə daxilində gərginliyi artırır, qarşılıqlı anlayışı zəiflədir və emosional uzaqlaşmanı sürətləndirir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fidan Nizamova deyib.

Onun sözlərinə görə, ailənin gündəlik ehtiyaclarını ödəməkdə çətinlik çəkən fərdlər, zamanla bir-birinə qarşı narazılıq və qəzəb hissi formalaşdıra bilirlər. Bu isə tez-tez mübahisələrə, etimadın sarsılmasına və nəticə etibarilə münasibətin pozulmasına səbəb olur: "Xüsusilə ailənin əsas gəlir mənbəyinin sabit olmaması, işsizlik və ya yüksək borclanma halları tərəflərin bir-birinə qarşı gözləntilərini yerinə yetirə bilməməsinə gətirib çıxarır. Maddi çatışmazlıqlar həmçinin tərəflər arasında günahlandırma, güvən itgisi və özünü dəyərsiz hiss etmə kimi hallar yarada bilər. Əksər hallarda, ailə üzvləri bu çətinlikləri birgə aşmaq əvəzinə, bir-birini məsuliyyətli sayaraq aralarında məsafə yaradırlar. Bunun nəticəsində ailədə sevgi və anlayış zəifləyir, hər kəs özünə qapanmağa başlayır. Eyni zamanda, maddi sıxıntılar təkcə böyüklərə deyil, uşaqlara da mənfi təsir edir. Ailədəki gərgin mühit, uşaqların psixoloji vəziyyətini pozur, onların məktəbdəki nailiyyətlərinə və sosial davranışlarına da mənfi təsir göstərir. Bu da ailədaxili münaqişələri daha da dərinləşdirə bilər.

Əlavə olaraq, bəzi hallarda iqtisadi asılılıq səbəbindən insanlar xoşbəxt olmadıqları münasibətlərə davam etməyə məcbur qalırlar. Bu isə həm fərdi xoşbəxtliyi, həm də ailənin ümumi rifahını zədələyir. Əlbəttə, ailə münasibətlərinin davamlılığında qarşılıqlı hörmət, empati və ünsiyyət əsas rol oynayır. Lakin bütün bunların sağlam şəkildə inkişaf etməsi üçün sabit və təhlükəsiz bir iqtisadi mühit də vacib şərtdir. Buna görə də hesab edirəm ki, ailələrin möhkəmliyi təkcə emosional bağlarla deyil, həm də iqtisadi sabitliklə sıx bağlıdır. Ailələrin rifahı üçün həm dövlətin dəstək mexanizmləri gücləndirilməli, həm də cütlüklər arasında maliyyə mövzusunda açıq və dəstəkverici dialoqlar təşviq edilməlidir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://sia.az
archiveBu xəbər 03 İyul 2025 10:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see180

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see177

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see175

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see158

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see155

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see148

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see141

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see133

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri