Icma.az
close
up
RU
Akademik İsa Həbibbəyli: Gənc alimlərin uğurları Azərbaycanın elmi və intellektual inkişafının təminatıdır

Akademik İsa Həbibbəyli: Gənc alimlərin uğurları Azərbaycanın elmi və intellektual inkişafının təminatıdır

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 1 fevral, AZƏRTAC

“Gəncləri ölkənin gələcək inkişafının aparıcı qüvvəsi kimi dəyərləndirən dövlətimiz onların intellektual potensialının üzə çıxarılması, milli və müasir dəyərlər əsasında yetişdirilməsi, cəmiyyətin sosial, iqtisadi və mədəni həyatında fəal iştirakının təmin edilməsi istiqamətində mühüm siyasət aparır”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri AMEA-nın Rəyasət Heyətində 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli səsləndirib.

O bildirib ki, müstəqil Azərbaycanın gənclər siyasəti Ulu Öndər Heydər Əliyevin uzaqgörən dövlətçilik strategiyasının mühüm tərkib hissəsi olaraq formalaşıb və davamlı inkişaf yoluna qədəm qoyub: “Bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi gənclər siyasəti müasir çağırışlara cavab verən, innovativ yanaşmalara əsaslanan və gənclərin hərtərəfli inkişafını təmin edən dövlət strategiyasının mühüm tərkib hissəsidir. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən islahatlar, gənclərin təhsil, elm, mədəniyyət, idman və digər sahələrdə potensiallarını tam reallaşdırmasına geniş imkanlar açır. Eyni zamanda, Azərbaycan gəncləri beynəlxalq platformalarda ölkəmizi layiqincə təmsil edərək milli maraqlarımızın müdafiəsində fəal iştirak edirlər. Elmi və texnoloji inkişafı dəstəkləyən proqramlara, təşəbbüslərə verilən dövlət dəstəyi isə gənclərin öz bilik və bacarıqlarını daha yüksək səviyyədə tətbiq etmələrinə zəmin yaradır”.

İ.Həbibbəyli Azərbaycan Milli Elmlər Akademiyasının da ölkədə elmi potensialın inkişafına və gənc tədqiqatçıların yetişdirilməsinə mühüm töhfələr verdiyini qeyd edib. Onun sözlərinə görə, akademiya gənclərin elmi fəaliyyətə cəlb olunmasına, onların tədqiqat imkanlarının genişləndirilməsinə və müasir elmi nailiyyətlərə inteqrasiyasına xüsusi diqqət yetirir: “Gənc alim və mütəxəssislərin uğurları yalnız onların şəxsi nailiyyəti deyil, eyni zamanda, Azərbaycanın elmi və intellektual inkişafının təminatıdır. Bu mənada gənclərin dissertasiya işlərinin müdafiəsi təmin edilməli, ortaya çıxan müəyyən çətinliklər vaxtında aradan qaldırılmalıdır”.

Bu gün gənc alimlərin dövlətin onlara göstərdiyi etimadı yüksək nailiyyətləri ilə doğrultduğunu, müasir çağırışlara cavab verən bilik və bacarıqları ilə ölkənin dayanıqlı inkişafına töhfə verməkdə davam etdiklərini vurğulayan AMEA prezidenti bu günlərdə akademiyada “İlin gənc alimi” mükafatı üçün müsabiqə keçirildiyini diqqətə çatdırıb.

Tədbirdə, həmçinin 2024-cü il ərzində nüfuzlu elmmetrik bazalarda ən çox məqalə nəşr etdirən, eləcə də məqalə sayına görə ilk üç yeri tutan elmi əməkdaşların adları səsləndirilib. Onlara isə Rəyasət Heyətinin müvafiq qərarı üzrə nəzərdə tutulan pul mükafatları verilib. AMEA üzrə ən çox elmi məqalə çap etdirənlər arasında birinci yeri MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov, ikinci yeri müvafiq olaraq Seysmoloji Xidmət Mərkəzinin direktoru AMEA-nın müxbir üzvü Qurban Yetirmişli, Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru Dmitriy Kriçenko və Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi katibi filologiya üzrə fəlsəfə doktoru Zülfiyyə İsmayıl, üçüncü yeri isə Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Cəlilov tutublar.

Akademik İsa Həbibbəyli müsabiqənin qalibi olan gənclərə Azərbaycan Milli Elmlər Akademiyasının “İlin gənc alimi” mükafatı diplomlarını və 2024-cü il ərzində nüfuzlu elmmetrik bazalarda ən çox məqalə nəşr etdirən əməkdaşlara mükafatlarını təqdim edib.

Daha sonra Mərkəzi Elmi Kitabxananın direktoru texnika elmlər doktoru Hüseyn Hüseynov, AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya elmləri üzrə fəlsəfə doktoru Elmir Babayev, Nəsimi adına Dilçilik İnstitutunun böyük elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Elnurə Hüseynova, akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun kiçik elmi işçisi Asim Cənnətov, Lənkəran Regional Elmi Mərkəzinin elmi işçisi Mirməhəmməd Babayev və başqaları çıxış edərək son illərdə AMEA-da gənclərə yaradılan imkanların daha da genişləndirildiyini, onların elmi inkişafı üçün hərtərəfli şəraitin yaradıldığını bildirib, AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin gənclərə həmişə yüksək diqqət və qayğı göstərdiyini xüsusi vurğulayıblar.

Qeyd olunub ki, dövlətimizin elmin inkişafına verdiyi yüksək qiymətin təzahürü olaraq, bu mükafatlara layiq görülmək təkcə bir fəxr deyil, eyni zamanda, böyük məsuliyyət və gələcək elmi fəaliyyət üçün stimul mənbəyidir.

Sonda akademik İsa Həbibbəyli Gənclər Günü münasibətilə gənc alim və mütəxəssisləri təbrik edib, gənclərin bilik və innovasiyaya əsaslanan uğurlarının ölkənin elmi inkişafına töhfə verəcəyinə inandığını bildirib.

Tədbirdə AMEA Rəyasət Heyətinin üzvləri, AMEA-nın elmi müəssisə və təşkilatlarının direktorları, gənc alim və mütəxəssislər iştirak ediblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Fevral 2025 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see291

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see175

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see162

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see153

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see146

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see141

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see139

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see136

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see134

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see133

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see131

10 dəqiqəyə hazır: Ən sadə tava börəyi resepti

24 Dekabr 2025 07:15see129

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri