Icma.az
close
up
RU
Akademik İsa Həbibbəyli: Türk dünyasının ənənəvi musiqi irsi elmi müstəvidə araşdırılmalıdır

Akademik İsa Həbibbəyli: Türk dünyasının ənənəvi musiqi irsi elmi müstəvidə araşdırılmalıdır

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 20 noyabr, AZƏRTAC

I Beynəlxalq Türk Dünyası Ənənəvi Musiqi və Mədəni Kimlik Simpoziumunun əsas məqsədi Türk dünyasının zəngin musiqi folklorunun, xüsusilə balaban, zurna və saz kimi qədim musiqi alətlərinin tarixi köklərinin, mədəni kimlikdəki yerinin və kollektiv mədəni yaddaşdakı izlərinin elmi müstəvidə araşdırılması və müasir elmi yanaşmalar əsasında təqdim edilməsidir.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, bunu AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Simpoziumun açılışında söyləyib.

Akademik çıxışında Azərbaycan zurna–balaban məktəbinin görkəmli nümayəndəsi, ustad sənətkar Əli Kərimov (Kalvalı Əli Dədə) irsinin Türk dünyası kontekstində tədqiq olunmasının xüsusi elmi əhəmiyyət daşıdığını vurğulayıb. O, Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyində elmi ictimaiyyət üçün müəyyənləşdirdiyi strateji hədəflərə toxunaraq milli-mənəvi dəyərlərin qorunması, azərbaycançılıq ideyalarının möhkəmləndirilməsi və mədəni irsin daha geniş şəkildə təqdim edilməsinin vacibliyini diqqətə çatdırıb. Qeyd edib ki, bu yanaşma tanınmış ifaçıların və sənət korifeylərinin irsinin dərindən öyrənilməsi və elmi əsaslarla təbliğini prioritet vəzifəyə çevirir.

AMEA prezidenti çıxışında bildirib ki, ölkədə folklorun müxtəlif sahələrinə və tədqiqat istiqamətlərinə həsr olunmuş çoxsaylı elmi konfranslar keçirilsə də, el sənətkarlarının və ənənəvi ifaçıların irsinin işıqlandırılmasına yönələn tədbirlər hələ kifayət qədər deyil. Qarmon, zurna, balaban və qaval kimi milli musiqi alətlərinin daha fəal şəkildə tanıdılmasına ciddi ehtiyac var. Bu qədim sənət növlərinin yaşadılması və inkişafı üçün elmi yanaşmanın və elmi qurumların dəstəyinin təmin edilməsi xüsusi əhəmiyyət daşıyır.

Akademik İsa Həbibbəyli Azərbaycan xalq yaradıcılığının görkəmli nümayəndələrindən olan Kalvalı Əli Dədənin zurna, balaban və tütək kimi ənənəvi nəfəs alətlərinin mahir ifaçısı olduğunu söyləyib. Bildirib ki, 70-dən çox rəqs havasının müəllifi olan ustad sənətkar özünəməxsus ifa üslubu və zəngin yaradıcılığı ilə böyük bir məktəbin əsasını qoyub. Bu gün Kalvalı Əli Dədənin sənət ənənələrini yaşadanların sırasında həm onun davamçıları, həm də ailə üzvləri və nəslinin nümayəndələri yer alır.

AMEA rəhbəri Kalvalı Əli Dədənin 150 illiyinə həsr olunan simpoziumu ustad sənətkarın şəxsiyyətinə, yaşayan və davam edən böyük sənətinə Azərbaycan və Türk dünyası elmi ictimaiyyətinin ehtiramının ifadəsi kimi dəyərləndirib. O, beynəlxalq tədbirin Əli Dədənin timsalında Azərbaycanda bu gün də yaşayan, ifaçılıq sənətimizdə öz yeri olan zurna-balaban kimi qədim musiqi alətlərinin təşviq edilməsi baxımından önəmini vurğulayıb.

Akademik İsa Həbibbəyli simpozium çərçivəsində təqdim olunacaq məruzələrin bu sahəyə dair ölkəmizdə aparılan ilk elmi tədqiqatlar kimi xüsusi tarixi əhəmiyyətə malik olacağını qeyd edib. Bildirib ki, ənənəvi musiqi və ifaçılıq irsinin sistemli şəkildə araşdırılması folklorşünaslıq elmi üçün yeni perspektivlər açır.

Çıxışının sonunda AMEA prezidenti tədbirin həm tarixə yeni baxış gətirməsi, həm də zurna–balaban kimi ənənəvi sənət nümunələrinin yaşadılması məsələsini elmi gündəmə çıxarması baxımından əhəmiyyətli olduğunu vurğulayıb. O, simpozium iştirakçılarına uğurlar arzulayıb və bu istiqamətdə tədqiqatların davam etdirilməsinin vacibliyini qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:95
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Noyabr 2025 20:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see221

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see182

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see175

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see175

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see171

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see162

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see157

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see156

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see153

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see146

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see144

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see142

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see141

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see140

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see132

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri