Icma.az
close
up
RU
Akademikdən onu tənqid edənlərə CAVAB: Məktəbi 3 lə bitirənlər...

Akademikdən onu tənqid edənlərə CAVAB: Məktəbi 3 lə bitirənlər...

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Akademik Nizami Cəfərovun “vopşe”, “tak şto”, “znaçit” kimi rus sözlərinin dilimizin lüğət tərkibinə daxil edilməsi ilə bağlı fikirləri hələ də müzakirə olunur. Bu məsələ barədə həm tənqidi, həm də dəstək xarakterli reaksiyalar səsləndirilib.

Nizami Cəfərov baş verənləri necə qiymətləndirir?

Globalinfo.az akademiklə əlaqə saxlayıb.

O bildirib ki, sözügedən məsələyə münasibətləri çox ciddi şəkildə izləyir:

“Danışanların əksəriyyəti müsahibəmi oxumayıb, söhbətin nədən getdiyini bilmirlər. Artıq iki əsrdir ki, ədəbi dilimizə keçməyən rus sözlərindən istifadə olunur. Cəfər Cabbarlı dilimizin təmiz şəkildə işlədilməsini təmin edən ustadlardandır. Lakin o da üslubi məqamlarda bu cür sözlərə müraciət edib. Ola bilsin ki, 20-50 ilə onların işlənmə prosesi başa çatsın. Bu sözlərin ədəbi dilimizdə qarşılığı varsa, niyə “ümumiyyətlə” əvəzinə “vopşe”, “deməli” yerinə “znaçit” və sair deməyə məcburuq? Əslində, bu bir məcburiyyət deyil, sadəcə cəmiyyətin ehtiyacı olub.”

N.Cəfərov əlavə edib ki, onun nəzərdə tutduğu məsələ orfoqrafiya lüğətinə aid deyil:

“Həmin lüğətdə sözün, hətta şəkilçinin yazılış forması göstərilir, orfoqrafik qaydalar verilir. Mənim nəzərdə tutduğum isə başqa lüğətdir. Bu gün süni intellekt tələb edir ki, hər bir xalq öz dilinin ən mükəmməl lüğətini hazırlasın. Buraya dialekt sözləri, loru ifadələr və geniş yayılmış beynəlxalq terminlər də daxildir. Yəni dilimizdə işlənən rus sözlərinin heç biri orfoqrafiya lüğətinə daxil edilmir. Bu qəbildən olanlar ümumi lüğətimizi təşkil edir. Kompüter texnologiyasında buna korpus deyilir. Bu, dilimizdə işlənə bilən bütün sözlərin toplusudur və sayı yarım milyondan çoxdur. Onsuz da belə bir lüğəti yaratmaq hələ ki, gücümüz daxilində deyil. Sadəcə gələcək üçün təsəvvür formalaşdırmaq vacibdir. “Orfoqrafiya lüğətinə qeyd etdiyim sözlər salınmalıdır” kimi müzakirələrə ehtiyac yoxdur. Orta məktəbi ən azı 3 və ya 4 qiyməti ilə bitirənlər dediklərimi başa düşməli idilər. Təəssüf ki, vəziyyət belə olmadı.”

Ləman Hüseynzadə
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:100
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 21 May 2025 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see433

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see215

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see205

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see179

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see168

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see164

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see160

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see158

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see155

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see150

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see150

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see148

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see146

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see142

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see136

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see135

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri