Icma.az
close
up
RU
Akif Nağı: “Araz Əlizadə və Kiro Manoyan Bakıda ayaqyolunda gizlənmişdi”

Akif Nağı: “Araz Əlizadə və Kiro Manoyan Bakıda ayaqyolunda gizlənmişdi”

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Ermənistandakı revanşistlər yenidən fəallaşıblar.

Belə ki, “Daşnaksütyun” partiyasının nümayəndəsi Kiro Manoyan İrəvanda Azərbaycana və sülh prosesinə qarşı keçirilən qondarma “Qarabağ:həll olunmamış münaqişə, geri qayıtmaq hüququ” adlı konfransda çıxış edib. O, revanşist fikirləri ilə diqqət çəkib.

Manoyan 8 avqustda Vaşinqtonda Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılaşmanı hədəf alıb və guya həmin sənədlərin “təhdidlər fonunda imzalandığını” deyib.

O, hətta Nikol Paşinyan hakimiyyətinin legitimliyini belə şübhə altına alaraq, hökumətin istefasını tələb edib. Kiro Manoyan “Qarabağ problemi”nin həll olunmadığı kimi cəfəng ritorika sərgiləyib.

Azad Vətən Partiyasının sədri Akif Nağı “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, “Daşnaksütyun” partiyası ermənilərin özü üçün də zərərlidir:

“Onlar erməiləri bədbəxçiliyə və faciəyə aparırlar. Əslində, bu gün Ermənistanda “Daşnaksütyun” partiyası ciddi bir reytinqi və sosial bazası yoxdur. Sadəcə 4-5 nəfərlə parlamentdə təmsil olunurlar.

Artıq Ermənistan cəmiyyəti onlara etibar etmir. Çünki “Daşnaksütyun” partiyası bütün dövrlərdə erməni xalqının yalnız ziyanına işləyib və bir casus şəbəkəsi olaraq çalışıb. Kiro Manoyan kimi adamlar müəyyən ölkələrin casus funksiyasını yerinə yetirirlər”.

Akif Nağı zamanında Bakıda Kiro Manoyana etdiyi etiraz barədə də danışıb:

“Vaxtilə mərhum Araz Əlizadənin Sosialist İnternasional adlanan bir təşkilatı vardı. Orada ermənilərlə dostluq xəttini tutmuşdular və zaman-zaman tədbirlər keçirirdilər. Bir dəfə də Araz Əlizadə Kiro Manoyanı ölkəmizdə tədbirə dəvət etmişdi. 

Biz də Qarabağ Azadlıq Təşkilatı olaraq onların tədbir keçirdiyi yerə getdik və aksiya keçirdik. Kiro Manoyan və Araz Əlizadə etirazlardan qaçıb ayaqyolunda gizləndilər. Yəni biz onlara mövqeyimizi o vaxt da demişdik”. 

Partiya sədri İrəvanda keçirilən mitinqlərin hansısa nəticə verəcəyinə inanmadığını söyləyib:

“Manoyanın sərsəm çıxışlarının və bu mitinqlərin nəticəsi olmayacaq. Çünki cəmi 1-2 min insanı güclə yığa bilirlər. Mitinqlərdə də çıxıb boş-boş danışırlar. Bu dəfə hakimiyyət sözügedə mitinqə icazə versə də, növbəti dəfələrdə qarşı çıxa bilər.

Ümumiyyətlə, Ermənistandakı revanşistlər ölkələrinin və millətlərinin inkişafı üçün hansı istiqamətdə getmək lazım olduğunu başa düşməlidirlər. Lakin reallıqları anlamırlar. Ona görə ki, onlar, hələ də millətə çevrilməmiş toplumdurlar. 

Yəni “Daşnaksütyun” partiyası da, Kiro Manoyan da həmin o xəttin nümunəsidir. Bunlar hələ də millətə çevrilə bilməyiblər”.

Həmsöhbətimiz qeyd edib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan revanşistlərdən fərqli olaraq düzgün siyasət həyata keçirir:

“O, Azərbaycan və Türkiyə ilə xoş münasibətlər qurur. Hazırkı Ermənistan hakimiyyəti Azərbaycan və Türkiyənin bir yerdə region üçün cızdığı “yol xəritəsi”ndən gedirlər. Rəsmi İrəvan erməniləri toplumdan millətə çevirməyə və onları başqalarının əlində alət olmaqdan xilas etməyə çalışır.

Revanşistlər isə buna etiraz edirlər. Görünür, burada Rusiyanın barmağı var. Həmçinin, Qərqdə də müəyyən qüvvələr onları həvəsləndirirlər. Çünki onların maraqları regionda stabilliyi pozmaqdır”.Siyasətçi vurğulayıb ki, Manoyan kimi revanşistlərin həmlələri iflasa uğrayacaq:

“Onların boş sözlərinin və mitinqlərinin bir mənası yoxdur. Bundan sonra onlar yalnız özlərini bu cür boşboğazlıqla, mənasız çıxışlarla, yazılarla və görüşlərlə özlərini ovunduracaqlar.

İndiyə kimi qədər 24 aprelə toplaşırdılar, bundan sonra da 2 sentyabrda yığışarlar. Onlar irəli getmək üçün millət və dövlət olmağı dərk edə bilmirlər. Hazırkı erməni cəmiyyəti isə hansısa mərkəzlərdən gələn göstərişlərlə idarə olunur. Bu isə birbaşa ermənilərin özləri üçün ziyandır”.

Elmir Mustafa
“Cebheinfo.az”

 

Açar sözlər: Akif Nağı Araz Əlizadə Kiro Manoyan

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 03 Sentyabr 2025 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri