Aksiya iştirakçısı: Biz Peloninin və onun kimi düşünən insanların cəzalandırılmasını tələb edirik AZƏRTAC
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 17 noyabr, AZƏRTAC
Frank Peloninin Azərbaycanla bağlı bütün addımları düşmənçilik mövqeyindəndir və dünənki hərəkətləri ilə ermənipərəst olduğunu bir daha göstərdi.
AZƏRTAC xəbər verir ki, bu sözləri bu gün Azərbaycan vətəndaş cəmiyyəti təmsilçiləri tərəfindən ABŞ konqresmeni Frank Peloniyə qarşı keçirilən etiraz aksiyasında iştirak edən Gənclərin Anti-narkomaniya İctimai Birliyinin sədri Büllur Məmmədova deyib.
Aksiya iştirakçısı konqresmenin, onun kimi düşünən bütün şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasını və ölkəmizdən çıxıb getməsini tələb etdiklərini bildirib.
"Peloni hər zaman bütün iclaslarda, bütün mötəbər məkanlarda çıxışlarında bizim əleyhimizə fikirlər söyləyib. Hər dəfə haqlı olduğumuz halda, bizim haqsız olduğumuzu deyib. Ona görə biz onun, onun kimi düşünən insanların torpağımızda, ölkəmizdə olmasının qəti şəkildə əleyhinəyik və törətdikləri əməllərə görə onun cəzalandırılmasını istəyirik”, - deyə o qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 17 Noyabr 2024 15:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















