Aktau yaxınlığında AZAL a məxsus təyyarənin qəzaya uğradığı yerdə xatirə abidəsi qurulub
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Astana, 24 may, AZƏRTAC
“Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğradığı yerdə ucaldılan abidənin görüntüləri yayımlanıb.
AZƏRTAC xəbər verir ki, bu, təyyarənin qalıqları olan ərazinin ətrafında skamyalar və güllərlə tamamlanmış metal hasarlanmadır.
Tüpkaraqan rayonunun akimi yerli mediaya izah edib ki, abidənin qurulması Manqistau vilayətinin sakinlərinin təşəbbüsü ilə baş tutub: “Onlar öz vəsaitləri hesabına həlak olanların xatirəsini yad etmək qərarına gəliblər, heç bir büdcə vəsaiti istifadə olunmayıb”.
Xatırladaq ki, AZAL-ın Bakıdan Qroznıya uçan sərnişin təyyarəsi ötən il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 24 May 2025 13:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















