Xilasedicilər Aktau yaxınlığında təyyarənin qəzaya uğradığı yerdə axtarışları başa çatdırıblar Doğru Xəbərlər
Icma.az, Dogru.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Qazaxıstan hökumətinin mətbuat xidməti bildirib ki, xilasedicilər Aktau yaxınlığında “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğradığı yerdə axtarış işlərini başa çatdırıblar.
“Xilasetmə xidmətləri axtarışları başa çatdırıb. Təyyarə qəzası nəticəsində 29 nəfər xəstəxanaya yerləşdirilib, 38 nəfər ölüb”, – məlumatda deyilir.
Bütün zərərçəkənlərin lazımi müayinələrdən keçdiyi qeyd edilir. Vəziyyətləri stabilləşdikdən sonra xəstələr ixtisaslaşdırılmış şöbələrə yerləşdirilib.
Bundan əvvəl bildirilmişdi ki, Fövqəladə Hallar Nazirliyinin təyyarəsi təyyarənin qəzaya uğraması nəticəsində yaralanan 9 Rusiya vətəndaşını Aktaudan aparıb.
Dekabrın 25-də Bakıdan Qroznıya uçan Azərbaycan Hava Yollarına məxsus təyyarə Qazaxıstanda qəzaya uğrayıb. İlkin məlumata görə, qəzaya səbəb təyyarə ilə quş sürüsü arasında toqquşma olub.
DOĞRU.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 26 Dekabr 2024 11:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















