Icma.az
close
up
RU
Albalı niyə hər süfrədə olmalıdır?

Albalı niyə hər süfrədə olmalıdır?

Icma.az, Pravda.az portalına istinadən məlumatı açıqlayır.

Albalı həm dadı, həm də sağlamlığa olan faydaları ilə diqqət çəkən meyvələrdəndir. Tərkibindəki antioksidantlar, C vitamini, lif, kalium və melatonin sayəsində immuniteti gücləndirir, həzmi dəstəkləyir, yuxu rejimini tənzimləyir, iltihabı azaldır və ürək sağlamlığını qoruyur.
Pravda.az bildirir ki, albalı Azərbaycanda əsasən Aran, Gəncə-Qazax və Lənkəran bölgələrində, yəni mülayim iqlimə malik, don riski az olan və torpaq strukturu uyğun ərazilərdə yetişdirilir. Bu bölgələrdə günəşlənmə müddəti, yüksəklik və torpaq xüsusiyyətləri albalının keyfiyyətli və bol məhsul verməsini təmin edir.
Albalı nədir?
Albalı, gülçiçəklilər (Rosaceae) fəsiləsinə aid olan, Prunus cinsindən ağacların verdiyi, adətən şirin və ətli bir meyvədir. Ən geniş yayılmış və istehlak olunan növü Prunus avium adlanır. Albalılar adətən kiçik, dairəvi və ya ürək formasında olur, rəngi isə sarıdan parlaq qırmızıya və tünd bordo tonlarına qədər dəyişə bilər. Tək və sərt çəyirdəyə sahib olan bu meyvə şirəli və yumşaq quruluşa malikdir. Əsasən təzə şəkildə yeyilsə də, kompot, mürəbbə, cem və müxtəlif şirniyyatlarda da istifadə olunur. Yaz aylarında çiçəklənən albalı ağacları vizual gözəllik təqdim edir, yayda yetişən meyvələri isə sevilərək istehlak olunur.


Albalı harada yetişir?


Albalı mülayim iqlim meyvəsidir və əsasən qışı soyuq, yayı isti və quraq keçən bölgələrdə uğurla yetişdirilir. Soyuqlama tələbatı yüksək olduğundan, qışda kifayət qədər aşağı temperatur müşahidə olunan yerlər albalı üçün əlverişlidir.


Albalının yetişdiyi bölgələrin əsas xüsusiyyətləri:


Mülayim iqlim qurşağında yerləşməlidir və ani don hadisələrindən uzaq olmalıdır.

Qışda 800–1200 saatlıq soyuqlama müddəti tələb olunur.


Yayda isti və günəşli hava meyvənin inkişafı üçün vacibdir.


Torpaq yaxşı drenajlı, suyu saxlamayan, yüngül gilli və ya qumlu-gilli olmalıdır.


Dəniz səviyyəsindən 300–1200 metr yüksəklikdə daha məhsuldar olur.


Güclü külək və dolu kimi hava hadisələrindən qorunmalıdır.


Suvarma imkanları məhsuldarlığı artırır.
Ən uyğun torpaqlar: yaxşı drenajlı, dərin, az əhəngli və orqanik maddə baxımından zəngin torpaqlardır. Yüngül meyilli sahələr həm suyun toplanmasının qarşısını alır, həm də günəşlənməni artırır. Torpaq pH dəyəri 6.0–7.5 arasında olmalıdır. Ağır gilli və su saxlayan torpaqlardan çəkinmək lazımdır.


Albalı ağacları məhsul verməyə başlamazdan öncə uzun müddətli soyuqlamaya ehtiyac duyur (illik 1000–1500 saat). Bu şərt yerinə yetirilməzsə, çiçəklənmə nizamsız olar və məhsuldarlıq azalır. Çiçəklənmə dövründə don riski olan bölgələr də istehsal üçün əlverişli deyil.
Bol məhsul üçün suvarma, gübrələmə, budama, zərərvericilərlə mübarizə kimi aqrotexniki tədbirlər müntəzəm aparılmalıdır. Xüsusilə çiçəklənmə və meyvə böyümə dövründə düzgün suvarma məhsulun keyfiyyətinə təsir edir. Yığım dövrü bölgədən və növdən asılı olaraq may sonundan iyul ayınadək davam edir.


Albalının faydaları nələrdir?


Albalı dadlı olmasının yanında sağlamlıq baxımından da çoxsaylı faydalar təqdim edən meyvələrdəndir. Tərkibindəki antioksidantlar, C vitamini, kalium və lif sayəsində immun sistemini gücləndirir, iltihabı azaldır və ürək sağlamlığını qoruyur. Eyni zamanda əzələ ağrılarını yüngülləşdirir, yuxu rejimini tənzimləyən melatonin ehtiva edir, həzmi yaxşılaşdırır və dəriyə fayda verir.


Albalının əsas faydaları:


Antioksidantlarla zəngindir, hüceyrələri sərbəst radikallardan qoruyur.


İltihab əleyhinə xüsusiyyətə malikdir, xüsusən oynaq iltihablarında faydalıdır.


Əzələ ağrılarını azalda bilər, məşqdən sonra bərpanı sürətləndirir.


Yuxu rejimini yaxşılaşdırır, təbii melatonin mənbəyidir.


Ürək sağlamlığını dəstəkləyir, təzyiqi tənzimləməyə kömək edir.


Həzm sistemini yaxşılaşdırır, tərkibindəki lif sayəsində qəbizliyin qarşısını alır.


Qan şəkərini tənzimləməyə kömək edə bilər, aşağı glisemik indeksə malikdir.


Dərinin sağlamlığını qoruyur, yaşlanma əlamətlərini azalda bilər.


Çəki nəzarətində rol oynayır, az kalorili və doyurucudur.
Albalı neçə kalori edir?


Albalı, az kalorili və qidalandırıcı meyvədir. 100 qram təzə albalı təxminən 50 kalori təşkil edir. Bir ovuc (təxminən 10-12 ədəd) albalı isə ortalama 35–40 kalori ehtiva edir. Bu da onu ara yemək və ya təbii şirniyyat alternativi kimi uyğun seçimə çevirir.


Kalorinin əsas hissəsi təbii meyvə şəkərlərindən (fruktoz) gəlir. Yağ və zülal miqdarı aşağı, lif miqdarı isə yüksəkdir. Bu da onu uzunmüddətli toxluq verən qida halına gətirir.


İltihab əleyhinə təsir


İltihab bədənin xəstəlik və zədələrə qarşı təbii reaksiyasıdır. Lakin uzun müddət davam edən iltihab xroniki xəstəliklərə yol aça bilər. Antioksidant və antiinflamatuar xüsusiyyətlər yaşlanma prosesini yavaşladır və ürək xəstəlikləri, xərçəng, şəkərli diabet və piylənməyə qarşı qoruyucu təsir göstərir.


Təzyiqi salmağa kömək olur


Polifenol və kaliumla zəngin olan albalı qan təzyiqinin düşməsinə yardım edir. Kalium, artıq natriumu bədəndən xaric edərək təzyiqin tarazlanmasına kömək edir və ürək-damar sağlamlığını dəstəkləyir.


Təbii melatonin


Albalı təbii melatonin mənbəyidir. Yuxu və əhval-ruhiyyəyə müsbət təsir edən bu hormon yuxuya getməyi asanlaşdırır. Araşdırmalar albalının yuxu keyfiyyətini artırdığını göstərir, lakin əlavə elmi dəlillərə ehtiyac vardır.


İdmançılar üçün faydalıdır


Albalının aşağı glisemik indeksli, antioksidativ və qan dövranını artıran xüsusiyyətləri onu idmançılar üçün ideal edir. İdman sonrası əzələ ağrılarını azaldır və bərpa prosesini sürətləndirə bilər.


Arıqlamağa kömək edir


Liflə zəngin olan albalı toxluq hissi verərək artıq yeməyin qarşısını alır. Aşağı kalori və aşağı glisemik indeksə sahib olduğu üçün pəhrizlərdə rahatlıqla istifadə oluna bilər. Tərkibindəki vitaminlər orqanizmi toksinlərdən təmizləməyə də yardım edir.


Dərini canlandırır


Albalı C vitamini ilə dərinin parlaqlığını artırır, antioksidantlar isə dərini qocaldan sərbəst radikallarla mübarizə aparır. Günəşin dəridə yaratdığı ləkələrin azalmasına da kömək edir. Albalını püre halına salaraq bir çimdik sarıkök və bir çay qaşığı bal ilə qarışdırıb üzə çəkmək tövsiyə olunur.


Albalı yeyərkən diqqətli olun


Albalı çox miqdarda istehlak edilə bilən meyvə deyil. Həddindən artıq yeyildikdə bağırsaq hərəkətliliyini artıraraq ishala səbəb ola bilər. Kalium tərkibli olduğu üçün qan durulaşdırıcı təsir göstərə bilər; bu səbəbdən ürək və təzyiq problemi olanlar diqqətli olmalıdır.
Əminə Bayramova 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:61
embedMənbə:https://pravda.az
archiveBu xəbər 12 May 2025 10:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə və Şimali Kipr mediası Heydər Əliyev irsi barədə materiallar dərc edir

10 May 2025 18:53see182

İspaniya La Liqası: Atletiko qələbəni darmadağınla qazandı

11 May 2025 02:29see149

İlham Əliyev şəhid atalarının dəstəyindən danışarkən kövrəldi

11 May 2025 01:02see147

Ümummilli Lider Heydər Əliyevin 102 illiyi Lerikdə qeyd olunub FOTO

12 May 2025 02:02see145

Prezident Ağdamda Çıxışın TAM MƏTNİ + FOTOLAR (Yenilənib)

11 May 2025 00:00see141

Sakitlik uzun çəkmədi Kəşmirdə partlayış səsləri eşidilir

10 May 2025 19:50see139

Messi həyat yoldaşından ayrılacaq?

11 May 2025 06:36see139

ABŞ nümayəndələri Kiyev Təhlükəsizlik Forumuna qatılmadı KONKRET

10 May 2025 20:26see138

Vüsal İsgəndərlidən məhsuldar ötürmə

11 May 2025 01:47see138

Beton maşını yoldan çıxdı: Əraziyə beton yayıldı VİDEO

11 May 2025 12:32see136

“Evdən işləyirəm” deyənlər oxusun...

10 May 2025 17:54see135

Veneranın yeni sirləri planetoloqları çaşdırır...

10 May 2025 23:16see135

Gerçəkləşməyən uşaqlıq arzusunu 85 il sonra həyata keçirdi

10 May 2025 22:11see133

Bakıdan Pakistan Hindistan atəşkəsinə reaksiya

10 May 2025 20:15see131

Məhəmməd Salah: Misir xalqı üçün Qızıl top u qazanmaq istərdim

10 May 2025 16:05see131

Batumi qaranlığa qərq oldu

10 May 2025 22:55see131

Ukraynanın “MiQ 29” təyyarəsi rusların bazasını məhv edib

10 May 2025 19:23see125

Ərdoğanla Putin telefonda danışdı Zelenskidən dərhal reaksiya gəldi: Hazıram

11 May 2025 22:17see124

Stalin Avropaya hücuma hazırlaşırdı və...

12 May 2025 01:15see123

Ulu Öndərin əziz xatirəsinə ehtiram əlaməti olaraq Bağdaddakı səfirliyimiz ziyarət edilib

11 May 2025 18:36see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri