Icma.az
close
up
RU
Albaniyalı siyasi şərhçi: ADA Beynəlxalq Forumu aktual məsələlərin müzakirəsi üçün əlverişli platformadır

Albaniyalı siyasi şərhçi: ADA Beynəlxalq Forumu aktual məsələlərin müzakirəsi üçün əlverişli platformadır

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

“Albaniyada Cənubi Qafqaz regionu və uzun müddət burada cərəyan edən, lakin artıq həll olunmuş Qarabağ problemi ilə çox yaxşı tanışdırlar”.

Bakıvaxtı.az xəbər verir ki, bunu apa-ya açıqlamasında Bakıda keçirilən VII ADA Siyasi Forumunun iştirakçısı, albaniyalı siyasi şərhçi Dorian Koçi deyib.

O bildirib ki, Azərbaycanın bu münaqişəni həll etməsi regionda sülh və təhlükəsizliyin daha da möhkəmlənməsinə yol açacaq: “Diplomatik yanaşma və ümumiyyətlə, diplomatiya bölgədə sülhə gedən yolu daha da asanlaşdıracaq. Azərbaycan Qarabağda aktual olan münaqişəni öz gücü hesabına həll edib. Bizdə bu münaqişə ilə çox yaxşı tanışdırlar. 30 ildən artıq işğalda olan torpaqlar azad olunub, hazırda isə məqsəd regionda sülhün daha da möhkəmləndirilməsi və bölgənin iki xalqı arasında fikir ayrılıqlarının qalmamasından ibarətdir. Biz ötən gün Qarabağa səfər etdik. Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində faydalı tədbir keçdi. Orada da qlobal münaqişələr və dünyada necə sülhü bərqərar edə biləcəyimiz müzakirə olundu. Qısa müddət ərzində Xankəndidə universitetin fəaliyyətinə yaradılan şərait Azərbaycanın parlaq gələcəyi olacağından xəbər verir”.

Dorian Koçi VII ADA Siyasi Forumu ilə bağlı da fikirlərini bölüşüb: “Bu mənim ADA Universitetinin təşkil etdiyi forumda ikinci iştirakımdır. Forumun iştirakçıları Avropa İttifaqı və Çinlə əlaqələri, eləcə qlobal-regional məsələləri müzakirə etdi. Bu mötəbər tədbir aktual məsələlərin müzakirəsi üçün əlverişli platformadır. Dünyadakı problemlərin həlli yolu dialoq, habelə müxtəlif münaqişələrin nəticələrindən əziyyət çəkən insanların səsini eşitməkdən keçir. Bu cür yanaşma münaqişəni həll etməklə yanaşı, maraqların potensial toqquşmasının qarşısını da ala bilər. Belə mötəbər forumun məqsədi də məhz budur. Ona görə də bu foruma siyasi analitiklər, nüfuzlu şəxslər dəvət olunub. Eyni zamanda, analoji yanaşma ölkələr arasındakı münasibətlərə də tətbiq edilməlidir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 09 Aprel 2025 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see262

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see207

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see184

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see180

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see150

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see147

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see145

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see131

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri