Aleksey İsayev yetirməsi olduğu klubun təklifini qəbul etməyib
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Qarabağ"ın və Azərbaycan millisinin yarımmüdafiəçisi Aleksey İsayevin Rusiyaya qayıtmaq variantı olub.
Oxu.Az xəbər verir ki, "Yenisey"in yetirməsi doğma komandasından təklif alıb.
I Liqa təmsilçisi 29 yaşlı orta sahə oyunçusu hələ "Sabah"da olarkən onunla maraqlanıb. Lakin həmin vaxt "Qarabağ" rusiyalıları qabaqlayaraq İsayevi heyətinə qatıb. "Yenisey" bu yay da Alekseyin transferi ilə bağlı qarşı tərəfin fikrini öyrənməyə çalışıb. Ancaq ağdamlılar oyunçunu buraxmayacaqlarını onlara bildiriblər. Bu üzdən millimizin üzvünün Rusiyaya qayıtmaq variantı baş tutmayıb.
Qeyd edək ki, Aleksey İsayevin "Qarabağ"la müqavilə müddəti 2027-ci ilin yayına qədərdir.
Bu mövzuda digər xəbərlər:Aleksey İsayev əməliyyat olundu
13 İyun 2025 23:02
Qarabağ dan Aleksey İsayev açıqlaması
14 İyul 2025 18:36
Aleksey İsayev keçmiş klubuna qayıdıb
11 Sentyabr 2025 19:01
Aleksey İsayev: “Qarabağ” Azərbaycanın “Zenit”idir
27 Avqust 2025 10:10
Aleksey İsayev Qarabağ ın Avstriyadakı toplanışına qatılmayacaq
01 İyul 2025 17:58
Baxış sayı:125
Bu xəbər 07 İyul 2025 11:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















