Aleksey Overçuk: Rusiya Azərbaycan iqtisadi əlaqələr çox yaxşı inkişaf edir
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Moskva, 4 sentyabr, AZƏRTAC
Rusiya ilə Azərbaycan arasında iqtisadi əlaqələr çox yaxşı inkişaf edir, daimi təmaslar saxlanılır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Şərq İqtisadi Forumu çərçivəsində Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk deyib. O qeyd edib ki, Çində keçirilən ŞƏT sammiti zamanı tərəflər fəal qarşılıqlı fəaliyyət göstəriblər.
A.Overçukun sözlərinə görə, iki ölkə arasında münasibətlər iqtisadi baxımdan planlaşdırıldığı kimi normal inkişaf edir.
RF Baş nazirinin müavini, həmçinin Rusiyanın Azərbaycan ilə Ermənistan arasında paraflanmış sazişə ehtiyatlı nikbin baxdığını vurğulayaraq, bunu Avrasiya regionunda sülhün möhkəmlənməsinə mühüm töhfə adlandırıb.
Qeyd edək ki, sentyabrın 3-dən 6-dək Vladivostokda 10-cu Şərq İqtisadi Forumu keçirilir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 04 Sentyabr 2025 12:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















