Icma.az
close
up
RU
Ali Baş Diplomatdan ikinci qələbə

Ali Baş Diplomatdan ikinci qələbə

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Cəmiyyətimizdə bir bayram ovqatı var: Azərbaycan və Ermənistan Amerika Birləşmiş Ştatlarının moderatorluğu ilə sülhə dair çox mühüm sənəd imzalayıblar. Bu, Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilmiş görüşünün nəticələrinə dair birgə bəyannamədir.

Bəyannamənin ilk bəndi “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in razılaşdırılmış mətninin tərəflərin xarici işlər naziri tərəfindən imzalanmasına aiddir.

Paraflanma o deməkdir ki, hər iki tərəf saziş mətninin hər iki dövlət üçün eyni olduğunu və eyni olaraq qalacağını öhdəlik olaraq öz üzərinə götürür. Bu haqda bəyannaməyə ABŞ prezidentinin də imza atması isə, dünyanın superdövlətinin bu sazişə həlledici dəstəyini ifadə etdi. Brifinqdə jurnalistlərdən biri soruşdu ki, tərəflər geri addım ata bilərmi? Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanın geri addım atmaq niyyətinin olmadığını vurğuladı: "Əks halda bura gəlməzdik" dedi. Ermənistanın baş naziri Nikol Paşinyan da eyni əminliklə cavab verdi: "Tam razıyam. Heç bir əlavəm yoxdur" deyə Prezident İlham Əliyevin fikirlərinə şərik olduğunu söylədi.

Beləliklə, əvvəla, Azərbaycanla Ermənistan arasında sülhün adı bəlli oldi: "...sülhün və dövlətlərarası münasibətlərin təsis olunması".

Bu, o deməkdir ki, Azərbaycanın, şəxsən Prezident İlham Əliyevin müəllifi olduğu sülh sazişinin mətni paraflandı, qəti olaraq qəbul olundu və son mətn ABŞ-ın da təminatı altına alındı. Bu, olduqca mühüm nəticədir. Sənədlərin imzalanma mərasimində Ermənistanın baş naziri Paşinyan ABŞ prezidentinin Nobel Sülh Mükafatına namizəd göstərilməsi ideyasını səsləndirdi. Azərbaycan prezidenti isə bu fikri inkişaf etdirərək həm Azərbaycanın, həm Ermənistanın eyni vaxtda bu təkliflə Nobel Sülh Mükafatının Təşkilat Komitəsinə müraciət etməsi təklifini irəli sürdü. Buna Ermənistan da razılaşdı. Əslində isə Prezident İlham Əlihev də Nobel Sülh Mükafatını haqq edir. Elə hər üç rəhbər buna layiqdir.

Doğrudur, Azərbaycan prezidenti və komandası bu sülh üçün daha çox işlədi, daha böyük səy və enerji sərf etdi. Ancaq Ermənistan kimi bir ölkəni Rusiyanın forpostu vəziyyətindən müstəqil siyasət aparmağa doğru gedən dövlət halına gətirmək asan olmadı. Yüz illərlə bir neçə nəsli türk, müsəlman toplumlarla nifrət ruhunda böyüdülmüş erməni cəmiyyətini həmin toplumlarla sülhə, dinc qonşuluğa, gələcək dostluğa və tərəfdaşlığa doğru döndərmək asan məsələ deyil. Bu, əlbəttə, Ermənistan baş naziri olaraq Nikol Paşinyanın siyasi məharətidir. Ancaq bütün bunların da əsasında yenə Azərbaycan prezidentinin, dövlətinin iradəsi həlledici oldu. Azərbaycan öz torpaqlarını işğaldan qurtararaq, hərbi, siyasi, diplomatik yollarla Ermənistanı sülhə sövq etdi. Məhz Azərbaycanın apardığı xəttin nəticəsində Ermənistan cəmiyyətində sülhdən başqa yol olmadığı, əslində yeganə doğru yolun düşmənçilikdən əl çəkib barışmaq olduğu haqda fikirlər möhkəmləndi. Məhz Azərbaycanın qonşu ölkəyə yönəlik mesajları və xoşniyyətli addımları Ermənistanda revanşist ovqatı xeyli səngidə bildi. Həmin cəmiyyətin bir vaxtlar "qəhrəman" bilib, əl üstündə tutulduğu, göz üstünə qoyulduğu siyasətçiləri, generalları, diplomatları və sair ictimai rəy artıq öz ölkəsini satan, Ermənistanı Rusiyanın vassalına çevirən xəyanətkarlar kimi görür. Azərbaycanın qələbəsi Ermənistan cəmiyyətində çoxluğu silkələyib ayıltdı və onu düşmənçilik ruhundan xilas olmağa doğru yönləndirdi. Odur ki, dünən Vaşinqtonda iki keçmiş düşmən ölkə arasında paraflanan sülh sazişi Ermənistan baş nazirinin də siyasi cəsarətinin nəticəsi olmaqla yanaşı və daha çox Azərbaycanın bu bölgədə şəksiz liderliyinin aşkar təsdiqi, göstərdiyi titanik səylərin məntiqi yekunudur.

Bəli, Saziş paraflandı; bu, artıq qaralama səviyyəsindəki bir layihə deyil, razılaşdırılmış sənəddir. Vaşinqton birgə bəyannaməsində tərəflər öz imzaları ilə bu sazişi imzalamaq və ratifikaziya etmək öhdəliyini də götürdülər. Beləliklə, Azərbaycan istədiyinə nail oldu. Bu, Prezident İlham Əliyevin Azərbaycan cəmiyyətinə yaşatdığı sayca ikinci çox böyük qələbə sevincidir. Əgər 44 günlük müharibədə İlham Əliyev hərbi sərkərdə kimi - Ali Baş Komandan kimi hərbi qələbə ilə öz xalqına sevinc yaşatmışdısa, bu dəfə Vaşinqtonda ölkəsinin Ali Baş Diplomatı olaraq qələbə qazandı və öz vətəndaşlarını, dünyanın dörd bir yanına səpələnmiş soydaşlarını bir daha qürurlandırdı. İki xalq arasında yüz ildən çox davam edən düşmənçliyə son qoyulması üçün böyük əməli, təsirli işlər görməklə Prezident İlham Əliyev təkcə öz millətinin deyil, Cənubi Qafqazda, hətta bütövlükdə Qafqazda yaşayan bütün xalqların xilaskarı rolunda çıxış edir. Bu, artıq faktdır və birmənalıdır.

Mən "Müharibələrin mühasirəsində" adlı essemdə yazmışdım: "Hamı müharibədə qalib gəlmək üçün vuruşur, müharibəyə qalib gəlmək üçün hamı çalışmır".

Azərbaycan prezidenti isə hamıdan fərqli lider tipajıdır; bunu bir daha isbatladı. İlham Əliyev, dediyim kimi, Ali Baş Komandan olaraq müharibədə qalib gəlmişdi, bu dəfə isə həm də Ali Baş Diplomat olaraq müharibəyə qalib gəldi.

yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi

Bahəddin Həzi, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 09 Avqust 2025 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see585

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see561

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see557

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see478

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see473

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see439

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see373

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see367

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see365

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see333

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see323

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see317

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see309

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see307

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see305

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see305

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see297

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see296

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see296

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see283
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri