Icma.az
close
up
RU
Ali məktəblərdə niyə aşpazlıq ixtisası yoxdur? MÜNASİBƏT BİLDİRİLDİ

Ali məktəblərdə niyə aşpazlıq ixtisası yoxdur? MÜNASİBƏT BİLDİRİLDİ

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Azərbaycan Respublikasının Təhsil haqqında Qanununda göstərilir ki, təhsil sistemi ümumi, orta ixtisas, ali və əlavə təhsil pillələrindən ibarətdir və bu pillələrin hər biri əmək bazarına uyğun mütəxəssislərin hazırlanmasını təmin etməlidir. Həmin qanunun 13-cü maddəsində ali təhsilin məqsədi “elmi-nəzəri və ya elmi-pedaqoji hazırlığa malik mütəxəssislərin hazırlanması” kimi müəyyən edilib. Bu hüquqi baza açıq şəkildə göstərir ki, ali məktəblərin funksiyası təməl bilik, tədqiqat və nəzəri hazırlıqla bağlıdır və aşpazlıq kimi sırf peşə yönümlü ixtisaslar bu çərçivəyə uyğun gəlmir”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Kamran Əsədov sözlərinə belə davam edib: “Dövlət Statistika Komitəsinin 2023-cü il üzrə hesabatına əsasən, Azərbaycanda qida və içki sektorunda fəaliyyət göstərən subyektlərin 78%-i mikro və kiçik müəssisələrdir. Bu müəssisələr üçün əsas ehtiyac praktiki bacarığa malik aşpaz və texniki işçilərdir. Lakin ali məktəblər bu tələbi deyil, daha çox sistemli düşünə bilən, tədqiqat qabiliyyəti olan kadrların hazırlanmasını qarşısına məqsəd qoyur. Hazırda ölkədə 30-a yaxın peşə təhsil müəssisəsində aşpazlıq ixtisası mövcuddur və bu tədris proqramları əsasən praktiki bacarıq və texnologiya bilikləri üzərində qurulub.

Dünya təcrübəsinə baxdıqda, məsələn, Almaniyada aşpazlıq “dualist sistem” adlanan peşə təhsil modeli çərçivəsində həyata keçirilir. Bu modeldə tələbə həm məktəbdə təhsil alır, həm də real müəssisədə praktika keçir. Ali məktəblərdə isə yalnız qida texnologiyaları, ictimai iaşənin idarə olunması və qida təhlükəsizliyi sahəsində akademik yönümlü proqramlar mövcuddur. Fransada məşhur “Le Cordon Bleu” məktəbi belə peşə məktəbi statusundadır, universitet deyil. Yəni heç bir qabaqcıl ölkədə aşpazlıq birbaşa ali təhsil ixtisası kimi təqdim edilmir.

Müsbət tərəfi odur ki, bu sahədə ali təhsil verilsə, nəzəri bazası güclü olan, texnologiya ilə qidanın biokimyası arasında əlaqəni anlayan mütəxəssislər ortaya çıxa bilər. Bu, elmi yanaşma tələb edən yüksək səviyyəli restoranlar və ya sağlam qidalanma ilə bağlı tədqiqat mərkəzlərində faydalı ola bilər. Ancaq bu model yalnız geniş laboratoriya bazasına, təcrübə imkanlarına və elmi-pedaqoji potensiala malik təhsil müəssisələrində reallaşa bilər ki, hazırda ölkədə bu imkan yoxdur. Ən əsası, bu cür kadrlar üçün əmək bazarında real tələb və uyğun maaş da yoxdur.

Mənfi tərəflər isə daha çoxdur. Birincisi, ali təhsilin mahiyyətinin deformasiyası baş verir. İkincisi, ali məktəbi bitirmiş bir gəncin əmək bazarına uyğun maaş və iş gözləntiləri yüksək olur. Ancaq restoranlar və ya iaşə müəssisələri hələ də aşağı əmək haqqı verir, bu isə ali təhsilli bir şəxs üçün həm psixoloji, həm də sosial narazılıq doğurur. Bu, işsizlik və peşə üzrə işləməmə hallarını artırır. Üçüncüsü, ali məktəblərin maddi-texniki bazası bu sahəyə uyğun deyil. Mətbəx, sanitar şərait, texniki avadanlıq, təcrübə laboratoriyası, real praktika bazası olmadan ali səviyyədə aşpaz hazırlamaq yalnız kağız üzərində mümkün görünür.

Əgər bu məsələ ilə bağlı islahat etmək niyyəti varsa, mövcud peşə təhsili müəssisələrinin gücləndirilməsi, modul sisteminin tətbiqi, işəgötürənlərlə əməkdaşlıq, aşpazlıq üzrə beynəlxalq sertifikatların (məsələn, City&Guilds və ya WorldSkills) tanınması və tətbiqi daha effektiv yoldur. Digər tərəfdən, ali təhsil almaq istəyən və kulinariya sahəsində işləmək istəyən gənclər üçün “gastronomiya menecmenti”, “qida sənayesi texnologiyaları” və “turizm üzrə iaşə idarəçiliyi” kimi ixtisasların inkişaf etdirilməsi daha məqsədəuyğundur.

Yekunda, ali məktəblərdə aşpazlıq ixtisasının yaradılması hazırkı hüquqi, iqtisadi və akademik kontekstdə nə məqsədəuyğundur, nə də davamlı inkişaf perspektivinə malikdir. Azərbaycan üçün vacib olan ali məktəblərlə peşə təhsili arasında funksional sərhədi qoruyub saxlamaq, lakin hər iki sistemi əmək bazarının real tələblərinə uyğunlaşdırmaqdır. Aşpaz ali təhsilli deyil, peşəkar olmalıdır. Amma bu peşəkarlığı təmin edən sistemli, dayanıqlı və təcrübəyə əsaslanan bir peşə təhsili sisteminə ehtiyac var. Bunu ali məktəb yox, müasir tələblərə cavab verən peşə məktəbləri həyata keçirməlidir”.

Ayşən Vəli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:296
embedMənbə:https://sia.az
archiveBu xəbər 14 May 2025 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri