Icma.az
close
up
RU
Ali Satan: 15 iyulda Türkiyə demokratiyası Ərdoğanın liderliyi altında qalib gəldi

Ali Satan: 15 iyulda Türkiyə demokratiyası Ərdoğanın liderliyi altında qalib gəldi

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyə, keçmişi çevrilişlərlə dolu bir ölkə olsa da, hər dəfə demokratiyasına sahib çıxmağı bacarıb. 1946-cı ildən etibarən çoxpartiyalı sistemə keçid edən Türkiyə, zaman-zaman hərbi müdaxilələrlə bu prosesdə böyük çətinliklər yaşayıb. Lakin ölkə ən ağır sınaqlardan birini 15 iyul 2016-cı ildə yaşadı.

Həmin gecə FETÖ adlı terror təşkilatının dövlətə sızmış üzvləri tərəfindən qanlı bir çevriliş cəhdi həyata keçirildi. Hökuməti devirmək, Prezident Rəcəb Tayyib Ərdoğan isə öldürülmək istənilirdi. Parlament binası, Prezident Kompleksi və digər rəsmi qurumlar bombalandı. Türk milləti öz iradəsini, liderini və dövlətini qorumaq üçün küçələrə axışdı. Tankların, təyyarələrin qarşısında duraraq, çevrilişi dayandırdı. Prezident Ərdoğanın qətiyyətli liderliyi, xalqın birliyi və təhlükəsizlik qüvvələrinin fədakarlığı sayəsində demokratiya yenidən qalib gəldi. Türkiyə türk millətinin və liderinin gücünü bütün dünyaya göstərdi.


Marmara Universiteti Humanitar və Sosial Elmlər Fakültəsinin müəllimi, professor Ali Satan 15 iyul hadisələrinin səbəbləri, gedişatı, nəticələri, və çevriliş cəhdindən sonra görülən hüquqi tədbirlər barəsində Sherg.az-a açıqlama verib:


"Türkiyə Cümhuriyyəti tarixdə bir çox hərbi müdaxilələrlə rastlaşıb. Ötən 60 ildə ölkə səkkiz dəfə çevriliş və çevriliş cəhdləri yaşayıb.

Türkiyə 1946-cı ildə çoxpartiyalı siyasi sistemə keçdi və 1950-ci ildə hakimiyyət demokratik seçkilərlə dəyişdi. On il sonra, 27 may 1960-cı ildə bu demokratik proses hərbi çevrilişlə dayandırıldı. 1961-ci ildə yeni bir konstitusiya ilə demokratiya bərpa olunsa da, 12 mart 1971-ci ildə ordu hökuməti bir memorandumla devirdi. 12 sentyabr 1980-ci ildə isə yenidən bir hərbi çevriliş baş verdi.

Türk siyasi həyatı 28 fevral 1997-ci ildə “postmodern çevriliş” ilə üzləşdi. Bu zaman Milli Təhlükəsizlik Şurasının hərbi qanadı hökumətin istefasını tələb etdi. 27 aprel 2007-ci ildə isə Türk Silahlı Qüvvələrinin (TSK) veb saytında yayımlanan bir bəyanatla prezident seçkilərinə müdaxilə edildi.

Şübhəsiz ki, hələ üzə çıxmamış başqa çevriliş cəhdləri də ola bilər. Buna baxmayaraq, Türk demokratiyası çoxsaylı ciddi sınaqlara rəğmən yoluna davam etdi. Bu dözümlülük göstərir ki, Türkiyədə demokratiya mədəniyyəti nə qədər dərindən mənimsənilib.

15 iyul 2016-cı il tarixində FETÖ (Fətullahçı Terror Təşkilatı) tərəfindən həyata keçirilən çevriliş cəhdi, Türkiyə tarixindəki çevrilişlərin ən qanlısı və ən amansızı oldu. Bu çevriliş, dövlətə onillərlə sirayət etmiş bir terror təşkilatı tərəfindən həyata keçirildi. Dövlətin resursları, alətləri, texnikası və silahları istifadə edilərək, legitim və seçilmiş hökumətə qarşı yönəldildi. Miqyası və təbiəti baxımından bu çevriliş, Cümhuriyyət tarixində misli görünməmiş bir hadisə idi".


Professor çevrilişçilər bir tərəfdən Prezident Rəcəb Tayyib Ərdoğanı öldürmək, digər tərəfdən isə baş qərargah rəisini və silahlı qüvvələrin komandanlarını təsirsiz hala gətirmək gücünə sahib olduqlarını xatırladıb: 

"Dövlətin ən yüksək qurumları: Prezident Kompleksi, Millətin iradəsinin təcəssümü olan Parlament və bir çox rəsmi və strateji obyektlər dəfələrlə bombalandı. Türk millətinə məxsus silahlar öz xalqına çevrildi.

Sonradan aparılan genişmiqyaslı istintaq işləri hadisənin ölçüsünü, icraçılarını və onların şəriklərini ortaya qoydu. Rəqəmlər həmin gecənin dəhşətini ifadə etməyə kifayət edir. Çevriliş cəhdi zamanı FETÖ 10 minə yaxın hərbi və mülki üzvünü səfərbər etdi. Onlar 35 hərbi təyyarə, 74 tank, 246 zirehli texnika, 3 hərbi gəmi, 3992 silah və 37 helikopter istifadə etdilər.

İlk olaraq, 136 çevrilişçi İstanbulda Boğaziçi körpüsünü bağladı. Orada 30 vətəndaş çevrilişçilər tərəfindən açılan atəş nəticəsində şəhid oldu. Boğaziçi körpüsü, 15 iyulda FETÖ ilə mübarizədə ilk şəhidlərin verildiyi yer kimi tarixə düşdü.

F-16 qırıcıları Prezident Kompleksini bombaladı. Kompleksin qarşısında milli iradəni qorumağa çalışan 29 şəxs şəhid oldu.

FETÖ çevrilişçiləri hücum etməyə davam etdilər. Millət vəkilləri binada olarkən Parlament 11 dəfə bombalandı. 150 illik müasir Parlament tarixində ilk dəfə idi ki, binaya hava hücumu edildi.

Ankaranın Gölbaşı bölgəsində yerləşən Polis Xüsusi Təyinatlılar Mərkəzi də FETÖ terrorçularının hədəfi oldu. Buraya atılan bombalar nəticəsində 51-i xüsusi təyinatlı polis olmaqla 56 şəxs şəhid oldu. Ankara Polis İdarəsi də F-16-lar və helikopterlər tərəfindən bir neçə dəfə bombalandı.

Çevrilişçilər hava limanlarını da bağladılar. İstanbul Atatürk Hava Limanı 58 çevrilişçi tərəfindən 4 tank, 4 zirehli texnika, 4 yük maşını və 4 hərbi cip ilə tutuldu. Burada da 6 vətəndaş şəhid oldu.

Digər tərəfdən, FETÖ Prezident Ərdoğana sui-qəsd planı quraraq, onun Marmarisdə qaldığı otelə 37 nəfərlik qətl dəstəsi göndərdi. Prezidentin iki mühafizəçisi şəhid oldu".


Ali Satan Ərdoğanın qətiyyətli liderliyindən söz açaraq, Qərb mediasının bu mübarizədə onun roluna kifayət qədər diqqət ayırmadığını bildirib:

"15-16 iyul tarixlərində Prezident Ərdoğanın liderliyi və çevriliş cəhdinə qarşı sərgilədiyi qətiyyətli duruş olduqca önəmli və həlledici oldu. 

Daha əvvəlki çevriliş cəhdlərində görünməyən bir “demokratik qəhrəmanlıq” nümayiş etdirildi. Qərb mediası bu mübarizədə Ərdoğanın roluna kifayət qədər diqqət ayırmadı. Bu, qismən Qərb mediasının Şərqə dair mövcud oriyentalist təfəkkürünə zidd olduğuna görə belə oldu.

Fikrimcə, əgər oxşar bir hadisə Qərb ölkəsində baş versəydi və bir Qərb lideri belə bir mübarizəyə başçılıq etsəydi, həmin şəxs beynəlxalq demokratiya qurumları tərəfindən mükafatlara layiq görülərdi. Bu çevriliş Ərdoğanın liderliyi, Parlamentin iradəsi, təhlükəsizlik qüvvələrinin fədakarlığı və xalqın küçələrə çıxaraq göstərdiyi qəhrəmanlıqla dəf edildi. Bütün ölkə boyu xalq, liderinin, dövlətinin, milli iradəsinin arxasında durdu. Türk milləti bu şanlı müqavimətlə 251 şəhid və 2194 yaralı ilə üsyana son qoydu.

Bu dəfə Türk məhkəmə sistemi illərlə gözləmədən hərəkətə keçdi və çevriliş cəhdi gecəsi həbsetmə qərarları ilə işə başladı. FETÖ-nün çevriliş cəhdindən sonra Respublika baş prokurorluqlarında 100 mindən çox istintaq işi aparıldı. Bu istintaqlardan sonra ölkə üzrə 289 iş üzrə məhkəmə prosesi başladıldı.

Təxminən altı il davam edən məhkəmə prosesləri nəticəsində 289 iş tamamlandı. Beləliklə, çevriliş cəhdinə dair bütün məhkəmə işləri başa çatdı.

Bu proseslərdə 4891 nəfər məhkum edildi, 3000 nəfərə isə ömürlük həbs cəzası verildi. Onlardan 1634 nəfərə (o cümlədən 85 keçmiş general və 1116 zabitə) ağırlaşdırılmış ömürlük cəza verildi. 1366 nəfər isə adi ömürlük cəza aldı. Bunların arasında 24 keçmiş general və 536 zabit də vardı. 1891 nəfər müxtəlif müddətli həbslərə məhkum edildi, 2870 nəfər isə bəraət aldı". 


Müsahibimiz bəzi işlərdə apelyasiya və kassasiya mərhələlərinin yekunlaşdığını, bir çox iş üzrə isə bu mərhələlərin hələ də davam etdiyini diqqətə çatdırıb:

"Tarixdə olduğu kimi Türk milləti dövlətinin ona ehtiyac duyduğunu anladığı anda küçələrə axışaraq onu qorumaq üçün bir an belə tərəddüd etmədi. Etibarlı liderləri ilə birlikdə, insanlar təyyarə və tanklara qarşı sinəsini sipər edərək İstiqlal Marşında deyildiyi kimi bu namərd hücuma qarşı dirəndi".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://sherg.az
archiveBu xəbər 15 İyul 2025 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR əməkdaşlarına illik mükafat veriləcək. Dəqiq tarix açıqlanıb – FOTO

28 Noyabr 2025 08:31see704

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see317

Tramp planı beynəlxalq hüquqa sığmır

26 Noyabr 2025 14:10see315

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see260

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see198

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see193

Basketbol millimiz ilk matçında uduzdu

28 Noyabr 2025 01:55see187

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see178

“Şəmkir xəstəxanasında tibbi xidmətlərin keyfiyyəti yüksəlir” Hikmət İbrahimli

28 Noyabr 2025 10:54see165

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see152

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see148

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see146

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see144

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see144

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see129

Hikmət Hacıyev Aİ nin rəsmi şəxsləri ilə ikitərəfli gündəliyi müzakirə etdi

28 Noyabr 2025 01:34see129

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see128

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see128

Xızıda yük maşını dəmir arakəsməyə çırpıldı ÖZƏL

27 Noyabr 2025 00:31see126

Aylıq gəlirləri aşağı olan fərdi sahibkarların sosial sığorta haqqı yükü azalacaq Dövlət Vergi Xidməti

28 Noyabr 2025 11:32see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri