Icma.az
close
up
RU
Alimin ömür yolu və elmi irsi bir kitabda MEK dən yeni vəsait

Alimin ömür yolu və elmi irsi bir kitabda MEK dən yeni vəsait

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 9 aprel, AZƏRTAC

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) tərtibatında tarix elmləri doktoru, professor Vəli Baxşəliyevin 70 illik yubileyi münasibətilə alimin həyatı və elmi fəaliyyətini əks etdirən biblioqrafik göstərici işıq üzü görüb.

MEK-dən AZƏRTAC-a bildirilib ki, görkəmli alim ömrünü Naxçıvan ərazisində mövcud olan tarixi abidələrin sistemli tədqiqinə həsr edib. O, 300-ə yaxın elmi əsərin, xarici ölkələrdə nəşr olunmuş 260-dan çox elmi məqalənin müəllifidir. V.Baxşəliyevin xarici ölkə tədqiqatçıları ilə birgə apardığı ekspedisiyalar həm Naxçıvan tarixi, həm də Azərbaycan tarixi üçün mühüm nəticələr verib.

AMEA Rəyasət Heyətinin müvafiq qərarlarına əsasən “Görkəmli elm xadimləri” seriyası altında tərtib olunan biblioqrafik göstəricinin elmi redaktoru MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynovdur. Vəsaitin redaktorları Biblioqrafiya şöbəsinin müdiri Aytən Əliyeva və Elmi biblioqrafiya sektorunun rəhbəri Nərgiz Novruzova, tərtibçisi isə baş biblioqraf Natəvan Rəhimovadır.

Göstərici Vəli Baxşəliyevin həyat və fəaliyyətinin bütün sahələrini əks etdirir. Nəşrdə V.Baxşəliyevin əsərləri, redaktə etdiyi və rəy verdiyi əsərlər, iştirak etdiyi beynəxalq, regional və respublika səviyyəli konfranslar, elmi rəhbərlik etdiyi dissertantlar, həmçinin rəhbərlik etdiyi arxeoloji ekspedisiyalar və s. haqqında məlumatlar verilir. Biblioqrafiya tarixçilər, arxeoloq və etnoqraflar, elmi tədqiqatçılar, o cümlədən geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Bu nəşrin elektron versiyası ilə kitabxananın saytındakı elektron kitabxana bölməsində tanış olmaq mümkündür.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:168
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Aprel 2026 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see332

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see304

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see302

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see298

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see272

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see268

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see258

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see249

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see247

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see243

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see241

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see225

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see224

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see224

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see222

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see220

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see216

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see210

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see209

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri