Alimlər depressiyanı müalicə etmək üçün dünyada ilk spreyi təsdiqlədi Xəbər saytı Son xəbərlər və Hadisələr
Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Spravato" burun spreyi ABŞ Qida və Dərman İdarəsindən (FDA) depressiyanın müalicəsində istifadə üçün icazə alıb.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, dərman unikaldır və beyində ən çox yayılmış həyəcanverici nörotransmitter olan glutamata təsir edərək işləyir.
"Spravato müstəqil müalicə üsulu olaraq mövcuddur, yəni xəstələr gündəlik oral yolla antidepresanlara ehtiyac olmadan 24 saatdan, 28 günə qədər depressiya əlamətlərində yaxşılaşa bilərlər", - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, daha əvvəl bir qrup amerikalı və britaniyalı alim beynin elektrik stimullaşdırılmasından istifadə edərək depressiyanı müalicə etmək üçün nəzərdə tutulmuş xüsusi qulaqlıqların klinik sınaqlarının ikinci mərhələsini keçirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 23 Yanvar 2025 12:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















