Icma.az
close
up
RU
Alimlər duzlu qidaların depressiya əlamətləri yaratdığını müəyyən ediblər

Alimlər duzlu qidaların depressiya əlamətləri yaratdığını müəyyən ediblər

Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Nankin Tibb Universitetinin (Çin) alimlərinin apardığı araşdırmalar göstərib ki, yüksək duzlu qida rasionu siçanlarda depressiyaya bənzər simptomlara səbəb olur.
Yeniavaz.com
xəbər verir ki, “Journal of Immunology” jurnalında dərc olunan tədqiqata əsasən, bu proses bədəndə “IL-17A” adlı iltihablı proteinin səviyyəsinin artması ilə əlaqədardır.
Mütəxəssislər bildirirlər ki, müasir insanın qidalanmasında artıq duz ürək-damar, otoimmün və nevroloji xəstəliklər üçün risk faktoru hesab edilir. Lakin onun psixi sağlamlığa necə təsir etdiyi barədə daha az araşdırma mövcuddur. Məhz bu səbəbdən alimlər siçanlar üzərində eksperiment aparıblar. Təcrübənin birinci mərhələsində gəmiricilər adi pəhrizlə, növbəti beş həftə ərzində isə yüksək natriumlu qidalarla qidalanıblar.
Tədqiqatın nəticələrinə görə, duz pəhrizi tətbiq edilən siçanlar ətraf mühiti araşdırmağa daha az maraq göstərib, müxtəlif vəziyyətlərdə passiv davranıblar. Alimlər bu dəyişikliklərin depressiya əlamətlərinə bənzədiyini bildiriblər. Əlavə tədqiqatlar isə artıq duzun “IL-17A” proteininin istehsalını stimullaşdırdığını üzə çıxarıb.
Qeyd olunur ki, “IL-17A” aktivləşdirilmiş T hüceyrələri tərəfindən istehsal olunan iltihablı bir proteindir. Onun əsas funksiyası immunitet sistemi hüceyrələrini zərər mənbəyinə cəlb etmək və toxuma bərpasını sürətləndirməkdir. Lakin zədə olmadan “IL-17A”nın səviyyəsinin artması faydalı olmaq əvəzinə, psixi sağlamlığa mənfi təsir göstərir.
Tədqiqatçılar həmçinin müəyyən ediblər ki, “IL-17A” istehsal edə bilməyən genetik olaraq dəyişdirilmiş siçanlar, hətta yüksək duzlu pəhrizlə belə aktiv və ayıq qalıblar. Alimlər bildirirlər ki, bu proteinin hədəflənməsi gələcəkdə depressiyanın yeni müalicə üsullarının inkişafına kömək edə bilər.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 26 Mart 2025 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see216

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see202

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see198

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see187

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see172

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see169

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see162

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see152

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see146

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see142

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see140

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see137

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see136

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see135

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see134

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri