Icma.az
close
up
RU
Alimlər mikroRNT lərin Purkinje hüceyrələrinin inkişafına təsirini müəyyən ediblər ARAŞDIRMA

Alimlər mikroRNT lərin Purkinje hüceyrələrinin inkişafına təsirini müəyyən ediblər ARAŞDIRMA

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Alimlər mikroRNT-lərin Purkinje hüceyrələrinin inkişafına təsirini müəyyən ediblər. Purkinje hüceyrələri beyincikdə yerləşən böyük neyronlardır və hərəkətlərin koordinasiyası, tarazlıq və motor öyrənməyə cavabdehdir. Onlar geniş dendritik strukturları ilə məlumat emal edir və beyincikdən çıxan əsas siqnal yolu rolunu oynayır. Bu hüceyrələrin zədələnməsi hərəkət pozğunluqlarına və neyroloji xəstəliklərə səbəb ola bilər. MikroRNT (miRNT) – hüceyrədə gen ifadəsini tənzimləyən kiçik, tək zəncirli RNT molekullarıdır. Onlar zülal istehsalına nəzarət edərək müəyyən genlərin aktivliyini artırır və ya azaldır. MikroRNT-lər beyin inkişafı, hüceyrə böyüməsi, yaşlanma və xəstəliklərdə mühüm rol oynayır.

AZƏRTAC “MedicalXpress” portalına istinadla xəbər verir ki, “Scripps Research” alimləri mikroRNT-lərin beyincikdə nadir neyron növü olan Purkinje hüceyrələrinin inkişafına təsirini aşkarlayıblar. “Neuron” jurnalında dərc olunan araşdırma bu hüceyrələrin neyroinkişaf pozğunluqları, yaşlanma və beyin plastiklik proseslərindəki roluna işıq salır.

Tədqiqatçılar mikroRNT-lərin Purkinje hüceyrələrinin formalaşması və sinaptik əlaqələr qurması üçün kritik olduğunu müəyyənləşdiriblər. Xüsusilə, doğuşdan sonrakı ilk həftələrdə mikroRNT-lərin inhibə edilməsi hüceyrələrin daha zəif inkişaf etməsinə, üçüncü həftədə isə sinaptik əlaqələrin qurulmasının qarşısının alınmasına səbəb olub.

Bundan əlavə, alimlər “miR-206” və “miR-133” adlı mikroRNT-lərin Purkinje hüceyrələrinin inkişafında mühüm rol oynadığını və onların Shank3, Prag1, Vash1 və En2 kimi genləri hədəf aldığını müəyyənləşdiriblər. Bu genlərdən bəziləri daha əvvəl neyroinkişaf pozğunluqları ilə əlaqələndirilib. Araşdırma mikroRNT-lərin beyində xüsusi neyron növlərinin inkişafını necə idarə etdiyini anlamağa imkan verən yeni alətlərin hazırlanmasını da əhatə edir.

Alimlər gələcəkdə bu alətlərdən mikroRNT-lərin inkişaf, sinir plastiklik və qocalmadakı rolunu daha dərindən öyrənmək üçün istifadə etməyi planlaşdırırlar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 05 Aprel 2025 23:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see234

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see202

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see154

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see131

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see131

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri