Icma.az
close
up
RU
Alimlər ömrü uzatmağın yolunu tapdı İki dərmandan ibarət kokteyl...

Alimlər ömrü uzatmağın yolunu tapdı İki dərmandan ibarət kokteyl...

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

Alimlər ömrü uzatmağın yolunu tapıblar.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə məlumat "Nature Aging" jurnalında dərc olunub.

Avropada aparılan araşdırma nəticəsində məlum olub ki, iki dərmandan ibarət "yaşlanma əleyhinə kokteyl" siçanlarda ömrü 30 faiz artırır.

Almaniyadakı Max Plank Yaşlanma Biologiyası İnstitutunda aparılan araşdırma zamanı iki dərmanın birləşməsindən yaradılan qarışığın siçanlarda həyat müddətini əhəmiyyətli dərəcədə uzatdığı məlum olub.

Tədqiqat nəticəsində yalnız rapamisin verilən siçanların ömrü 17-18 faiz, yalnız trametinib verilənlərin ömrü isə 7-16 faiz artıb. Hər iki dərmanın birlikdə tətbiqi isə ömrü 26-35 faiz uzadıb. Araşdırma zamanı bu kokteyli qəbul edən siçanlarda qaraciyər və dalaqda şişlərin gec meydana çıxdığı, beyin, böyrək və əzələlərdə iltihabın azaldığı, ürək funksiyalarının daha ləng pozulduğu müşahidə edilib. Həmçinin bu siçanların yaşlandıqdan sonra daha aktiv qaldığı və daha az çəki aldığı bildirilib.

Məlumata görə dişi siçanların orta ömür müddəti 34,9 faiz, erkəklərdə isə 27,4 faiz artıb. Ən uzun yaşama müddəti isə müvafiq olaraq 32,4 və 26,1 faiz uzanıb.

Alimlər bildiriblər ki, bu iki dərman bədəndəki Ras/İnsulin/TOR siqnal yoluna təsir göstərir və birlikdə istifadə olunduqda daha güclü nəticə verir. Maraqlıdır ki, dərmanların istifadəsi zamanı əlavə hər hansı yan təsir qeydə alınmayıb.

Araşdırmanın müəllifi genetik Prof. Linda Partridge bu nəticələrin insanlarda tam eyni təsiri göstərməyəcəyini desə də, sağlam qocalıq dövrünü uzatmaq baxımından mühüm addım olduğunu qeyd edib. Hər iki dərman artıq Avropa və ABŞ-da təsdiq olunduğundan, insanlarda klinik sınaqlara yaxın vaxtlarda başlanacağı gözlənilir.

İsmayıl
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 30 May 2025 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri