Icma.az
close
up
RU
Alimlər: Yer kürəsi əhalisinin yarısı iqlim dəyişikliyi səbəbindən əlavə bir ay davam edən ekstremal isti hava ilə üzləşib

Alimlər: Yer kürəsi əhalisinin yarısı iqlim dəyişikliyi səbəbindən əlavə bir ay davam edən ekstremal isti hava ilə üzləşib

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 30 may, AZƏRTAC

Alimlər bildirirlər ki, 4 milyard insan, yəni, Yer kürəsi əhalisinin təxminən yarısı 2024-cü ilin mayından 2025-ci ilin mayına qədər olan dövrdə antropogen iqlim dəyişikliyi səbəbindən azı bir əlavə ay davam edən ekstremal isti hava ilə üzləşəcək. Bu barədə AZƏRTAC xarici mediaya istinadla xəbər verir.

“World Weather Attribution”, “Climate Central” və Qızıl Xaç Komitəsinin təhlilinə əsasən, ekstremal isti hava xəstəliklərə, ölüm hallarına, məhsul itkisinə, eləcə də enerji və səhiyyə sistemlərində yüklənməyə səbəb olub.

“Hərçənd ki, xəbərlərdə daşqınlar və siklonlar tez-tez ön planda olur, amma isti ən ölümcül ekstremal hadisədir. İstidən ölüm hallarının çoxu qeydiyyata alınmır və ya ürək-damar xəstəlikləri və ya böyrək çatışmazlığı kimi digər xəstəliklər adı altında yanlış təqdim olunur”, – deyə hesabatda bildirilir.

Alimlər ekstremal istilər zamanı temperaturun iqlim dəyişikliyi nəticəsində nə dərəcədə artdığını öyrənmək üçün resenziyalı üsullardan istifadə edib və belə hadisələrin yaranma ehtimalının həmin səbəbdən necə yüksəldiyini hesablayıblar. Yer kürəsinin demək olar ki, bütün ölkələrində ekstremal isti günlərin sayı iqlim dəyişikliyi olmayan ölkələrə nisbətən azı iki dəfə artıb.

Karib adaları əlavə ekstremal isti günlərdən ən çox zərərçəkən bölgələr sırasında yer alır. Puerto-Rikoda 161 gün davam edən ekstremal isti qeydə alınıb. İqlim dəyişikliyi olmasaydı, bu, cəmi 48 gün olardı.

Hesabatda deyilir ki, ötən ilin mart ayında Mərkəzi Asiyada, fevralda Cənubi Sudanda və iyulda Aralıq dənizi bölgəsində baş verən ekstremal istilər zamanı qeydə alınan yüksək temperatur göstəriciləri iqlim dəyişikliyi olmadan mümkün deyildi. Ötən ilin iyul ayında havanın temperaturu 48 dərəcəyə çatdıqdan sonra Mərakeşdə azı 21 nəfər həyatını itirib.

Hesabatda bildirilir ki, istilik dalğalarına hazırlıq strategiyalarına ekstremal temperatur göstəricilərinin monitorinqi və hesabatı sistemləri, təcili tibbi yardım xidmətlərinin göstərilməsi, sığınacaqların sərinlənməsi, tikinti normalarının yenilənməsi, iş yerlərində istiliklə bağlı təhlükəsizlik qaydalarına riayət edilməsi və şəhərlərin istiliyə davamlılığının artırılması məqsədilə layihələndirilmə daxildir.

Lakin alimlərin fikrincə, qazıntı yanacağı növlərindən tədricən imtina edilmədikcə, istilik dalğaları daha da güclü və tez-tez baş verəcək, istiliyə qarşı qoruyucu tədbirlərin səmərəliliyi isə azalacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 May 2025 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri