“Alisa möcüzələr diyarında” müasir səhnə texnologiyaları ilə səhnələşdirilib FOTO
Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında yeni quruluşda neon üslublu interaktiv müzikal tamaşaçıların ixtiyarına verilib. Dünya ədəbiyyatının məşhur əsərlərindən olan "Alisa möcüzələr diyarında" bu dəfə müasir səhnə texnologiyaları, neon işıq həlləri, musiqi, rəqs və teatr elementlərinin sintezində səhnələşdirilib.
Tamaşada neon işıq effektləri və vizual həllər səhnə atmosferinin əsas ifadə vasitələrindən biri kimi istifadə olunub. İnteraktiv elementlər vasitəsilə səhnə ilə tamaşaçı arasında canlı ünsiyyət yaradılıb, tamaşaçılar hadisələrin gedişinə vizual və emosional baxımdan cəlb olunublar. Rəngarəng səhnə tərtibatı, canlı ifalar və xoreoqrafik nömrələr tamaşaya xüsusi dinamika qatıb.
Rollarda:
Alisa - Ayan Kamran
Alisanın bacısı - Emilya Ağakişiyeva
Tutuquşu - Ramiz Qəmbərov
Şapkaçı - Qəzənfər Musabəyov
Dovşan - Ayla Rüstəm
Kraliça - Xədicə Məhərrəmova
Kart əsgərləri - Orxan Abışov, Cavid Cavadzadə
Pərilər - İlahə Əlizadə, Səbinə Rəcəbli
Yaradıcı heyət:
Layihə rəhbəri - Ülviyyə Bəbirli
Quruluşçu rejissor - Təhminə Hümbətova
Bəstəkar - Əli Cəfərzadə
Tamaşada səslənən "Yuxu" və "Rənglər" mahnılarının müəllifləri - Ülviyyə Bəbirli və Bəbir Bəbirli
Rəssamlar - Elmira Fariz, Rəvan Kərimi
Modelyer-rəssam - Dilarə Məmmədova
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 05 Yanvar 2026 20:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















