İran polisi etirazçıların tərəfinə keçir? Aksiyalardan maraqlı görüntülər yayıldı
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
İranda keçirilən etiraz aksiyalarından maraqlı görüntülər yayılıb. Bir neçə jurnalistin paylaşdığı videokadrlarda Abdanan şəhərində İran polisinin bir binanın damından etirazçılara əl yellədiyi və alqışladığı əks olunub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Bild na russkom" "Telegram" kanalı paylaşım edib.
Qeyd edilir ki, bu görüntülər rejimin qeyri-sabitliyinin göstəricisidir və polisin etirazçıların tərəfinə keçəcəyi ehtimalını yaradır.
Xatırladaq ki, İranda artıq günlərdir on minlərlə insan ölkənin ali lideri Ayətullah Əli Xameneiyə qarşı nümayişlərə çıxır. İnsanlar həyatlarını təhlükəyə ataraq, ucadan "Diktatora ölüm!" və digər bu kimi şüarlar səsləndirirlər.
Dekabrın 29-dan bəri nümayişlərdə 30-a yaxın insan həlak olub.
"Xamenei güc nümayiş etdirməyə çalışır, lakin özü də artıq bu gücə sahib olduğuna şübhə edir. Böyük Britaniyanın "The Times" qəzetinin məlumatına görə, ali dini lider hər ehtimala qarşı öz yaxın ətrafı və aktivləri ilə birlikdə Moskvaya qaçmağı planlaşdırıb", - deyə "Telegram" kanalı yazıb.
İran polisi etirazçıların tərəfinə keçir? - Aksiyalardan maraqlı görüntülər yayıldı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 07 Yanvar 2026 12:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















