Alkoqol və soyuqdəymə dərmanlarının birgə qəbulu orqanizmi zəhərləyə BİLƏR
Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Kiran Cons alkoqolun məşhur soyuqdəymə dərmanları ilə birlikdə qəbul edilməsinin ciddi fəsadlara səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
Redaktor.az xəbər verir ki, onun sözlərini "Daily Mail" yayıb.
Mütəxəssisin sözlərinə görə, bir çox insanlar spirtli içkilərlə soyuqdəymə dərmanlarını eyni vaxtda qəbul etməklə özlərini təhlükə altına saldıqlarının fərqində deyillər. O bildirib ki, tərkibində dekstrometorfan olan öskürək siropları alkoqolla birlikdə qəbul edildikdə yuxululuq, başgicəllənmə, mədə pozğunluğu, tənəffüs çətinliyi və baş ağrısı yarada bilər. Ağır hallarda isə ürək döyüntülərinin sürətlənməsi, hərəkətlərin koordinasiyasının pozulması və hətta tənəffüsün dayanması mümkündür.
Farmasevt həmçinin qızdırmasalıcı preparatlar və soyuqdəymə tozlarından sonra alkoqol qəbul etməməyə çağırıb. O bildirib ki, bu dərmanların tərkibinə çox vaxt parasetamol daxildir. Parasetamol orqanizmdə parçalanarkən təhlükəli toksin əmələ gətirir. Adətən orqanizm bu maddəni zərərsizləşdirir, lakin qanda alkoqol olduqda qaraciyər artıq yükə tab gətirmir və toksin yığılaraq daxili orqanlara zərər verməyə başlayır.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 07 Oktyabr 2025 22:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















