Icma.az
close
up
RU
Alkoqol qəbulu və beyin zədələnməsi arasındakı qorxulu əlaqə

Alkoqol qəbulu və beyin zədələnməsi arasındakı qorxulu əlaqə

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Alkoqol istehlakının yalnız qısa müddətli təsirlərlə məhdudlaşmadığı, uzun müddətdə beyin toxumasında qalıcı zədələnmələrə səbəb ola biləcəyi ortaya çıxıb. 

"Ölkə.az" xəbər verir ki, tədqiqatçılar intensiv alkoqol istifadə edən şəxslərin beyin həcminin daha kiçik olduğunu və idrak testlərində daha aşağı performans göstərdiklərini bildirirlər.

İntensiv alkoqol istehlakı yalnız qaraciyər sağlamlığını deyil, eyni zamanda beyni də ciddi şəkildə təsir edə bilir. San Paulo Universitetinin alimlərinin apardığı araşdırma, uzunmüddətli alkoqol istifadəsinin beyin həcmini kiçiklətdiyini, yaddaş funksiyalarını zəiflədiyini və ömür uzunluğunu azaltdığını göstərir.

"Neurology" jurnalında dərc olunan tədqiqat, alkoqol qəbulu ilə idrak zəifləməsi və erkən ölüm arasındakı əlaqəyə diqqət çəkir.

Tədqiqatçılar təxminən 1800 fərdin beyin otopsiyası nəticələrini analiz edərək bu məlumatları "UK Biobank" tərəfindən təqdim edilən alkoqol istehlakı vərdişləri ilə müqayisə ediblər. İştirakçılar dörd kateqoriyaya bölünüb:

* Heç vaxt içki içməyənlər
* Orta səviyyədə alkoqol qəbul edənlər
* Keçmişdə ağır içki içib, sonradan tərgidənlər
* Ömür boyu intensiv alkoqol istifadə edənlər

Nəticələr intensiv alkoqol qəbulu ilə beyində zədələnmənin baş verdiyini və "hiyalin arterioloskleroz" adlı bir vəziyyəti tətikləndiyini ortaya qoyub. Bu xəstəlik, beynin kiçik qan damarlarının sərtləşməsinə və daralmasına səbəb olur, qan axını azaldır və yaddaşla düşünmə bacarıqlarını mənfi təsirə məruz qoyur.

Alkoqoldan imtina beynə nə qədər faydalıdır?

Tədqiqatın ən diqqətçəkən nəticələrindən biri, ağır içicilərin içkini tərk etmələrinə baxmayaraq beyinlərində qalıcı zədə izləri daşımağa davam etmələri olub. Beyin lezyonları və nevroloji degenerasiya riski, əvvəllər aşırı alkoqol istifadə etmiş şəxslərdə davam edir.

Bundan əlavə, bu şəxslərin Alzheimer və digər demensiya növləri ilə əlaqəli tau protein düyünlərinə sahib olma ehtimalının daha yüksək olduğu müəyyən edilib. Eyni zamanda, intensiv alkoqol istifadə edən şəxslərin beyin həcminin daha kiçik olduğu və idrak testlərində daha zəif performans göstərdiyi müşahidə olunub.

Alkoqol və ömür uzunluğu arasındakı əlaqə

Tədqiqatın ən təsirli nəticələrindən biri də, intensiv alkoqol istifadə edən şəxslərin orta hesabla heç içki içməyənlərə nisbətən 13 il daha az ömür sürmələri olub.

Tədqiqat alkoqolun birbaşa erkən ölümə səbəb olduğunu iddia etməsə də, əldə olunan nəticələr alkoqol istehlakının beyin üzərindəki uzunmüddətli təsirlərinin ciddi xəbərdarlıq xarakteri daşıdığını göstərir. Bundan əlavə, orta səviyyədə olsa belə alkoqol qəbulu zərərli ola biləcəyi fikrini dəstəkləyir.

Əlbəttə, tədqiqatçılar işin bəzi məhdudiyyətlərini də qeyd edirlər. Xüsusilə iştirakçıların nə qədər müddət və hansı intensivlikdə içki qəbul etdiklərini dəqiq müəyyənləşdirmək çətin olub. Yenə də əldə edilən tapıntılar alkoqolun beyin üzərindəki təsirlərinin çox ciddi ola biləcəyini və bu zədələnmənin simptomlar ortaya çıxmadan çox əvvəl başlaya biləcəyini göstərir. Uzunmüddətli sağlamlıq təsirlərini anlamaq üçün daha çox araşdırmaya ehtiyac olduğu vurğulanır.(Qaynarinfo)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://olke.az
archiveBu xəbər 29 Aprel 2025 07:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see187

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see178

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see144

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri