Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Allergiyadan əziyyət çəkənlər bunları etməlidir ... HƏKİM SADALAYIR

Allergiyadan əziyyət çəkənlər bunları etməlidir ... HƏKİM SADALAYIR

Saglamolun saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son dövrlər demək olar ki, insanlar arasında allergiya olma halları artıb.

Hətta mübaliğəsiz demək olar ki, doğulan körpələrin böyük əksəriyyəti allergiyadan əziyyət çəkir. Bir çox hallarda allergiyanı törədən səbəbələr barədə məlumatsızlıqdan bu hal daha da ağırlaşır və arzuolunmaz nəticələrə gətirib çıxarır. Təsadüfi deyil ki, son bir neçə gün ərzində iki uşaq allergik qıcolmadan və anafilaktik şokdan dünyasını dəyişib. Bəs allergiyanı yaradan əsas səbəblər hansılardır? Ümumiyyətlə, allergiyanı müalicə edərək ondan yaxa qurtarmaq mümkündürmü? Allergiya ilə bağlı bu və digər narahatlıq doğuran məqamlara aydınlıq gətirmək istədik.

Allerqoloq Nahid Məhərrəmov mövzu ilə bağlı Ailem.az-a bildirdi ki, allergiya – adətən immun sisteminin zəifləməsi nəticəsində yaranır: “Allergiya bəzi heyvanların tükünə, müxtəlif məhsullara, toza, dərmanlara, kimyəvi maddələrə, həşərat sancmasına və bitki tozcuğuna qarşı yarana bilər. Allergiyanı törədən maddələr allergen adlanır. Bəzi hallarda allergik reaksiyalar o qədər zəif təzahür edir ki, hətta siz özünüz də allergiya olduğunuzdan bixəbər ola bilərsiniz”.

Allergiyanın çox ağır fəsadlar yarada biləcəyini vurğulayan N. Məhərrəmov bildirdi ki, bu hal insanda həyati təhlükəyə səbəb ola bilər: “Allergiyaya düçar olan insanlarda anafilaktik şok əmələ gələ bilər – bu, orqanizmin allergenə qarşı yaranan son dərəcədə kəskin reaksiyası olan ağır patoloji vəziyyətdir. Anafilaktik şok müxtəlif allergenlərdən törəyə bilər: dərman preparatlarından, həşəratların sancmasından, qida məhsullarından. Anafilaktik şok həmçinin dərinin allergenlə, məsələn, latekslə kontaktından da yaranır”.

"Qida allergiyası – müəyyən məhsulların törətdiyi və müvafiq simptomlarla müşayiət edilən immun reaksiyadır. Orqanizm hər hansı bir məhsulu təhlükə hesab edəndə qida allergiyası yaranır. Bu halda orqanizm özünü qorumaq üçün immun sistemini anticismlər istehsal etməyə məcbur edir. Allergenin bədənə təkrar daxil olduğu halda immun sistemi o maddəni tez tanıyır və yenidən anticismlər istehsal etməklə dərhal reaksiya verir. Məhz elə bu maddələr allergik simptomlar yaradır”, – deyə həkim söylədi.

Allerqoloqun sözlərinə əsasən, bəzi hallarda uşaq vaxtı olan allergiyalar böyüyəndən sonra keçir: “Lakin allergiya yetkin dövrdə yaranırsa, o zaman ondan xilas olmaq çox çətin olur. Allergik zökəm (mütəxəssislərin diliylə - rinit) yaxud saman qızdırması hər 10 adamdan 1-də müşahidə olunur və əksər hallarda irsi olur. Başqa allergik xəstəlikləri, məsələn, bronxial astma və ya ekzema olan insanlar, həmçinin allergik zökəmdən də əziyyət çəkirlər. Bu cür allergiyalar qadınlarda daha çox təsadüf olunur. Allergik zökəm simptomları zamanı isə gözlərdə, boğazda, burun və damaqda qaşınma olur, asqırma, burun tutulması, göz yaşarması, həmçinin burundan selikli ifrazat, konyunktivit (gözlərin qızarması və ağrısı) müşahidə olunur. Ağır hallarda allergik zökəm (astmaya düçar olan insanlarda) astma tutmasını və yaxud ekzema törədə bilər. Allergiyanın asmatik prosesə çevrilməməsi üçün zamanında onu müalicə etmək lazımdır”.

Naxçıvandaki Duz dağının astma xəstələrinə nə dərəcədə xeyirli olması ilə bağlı suala isə həkim cavab verdi ki, asmatik proseslərdə bronxlarda və yaxud tənəffüs yollarında problem olduqda nəfəs almada çətinliklər yaranır. Duzlu mühit isə allergik reaksiyalara yaxşı təsir göstərir. Çünki yuxarı tənəffüs yollarının havasını normallaşdırır. Buna görə də müəyyən qədər Duz dağı da allergiyaya kömək edə bilər.

Bu reaksiyanın yaranma səbəblərinə gəlincə həkim söylədi ki, bəzi insanlarda immun sistemi müəyyən maddələrə (allergenlərə) kəskin reaksiya verərək, müxtəlif kimyəvi maddələr ifraz edir: “Onlardan biri - histamin allergik simptomlar törədir. Orqanizmin reaksiyası allergeni nəfəs alaraq içəri daxil etməklə, dəriylə kontakta girməklə, allergenin bədənə daxil edilməsiylə yaxud qidayla birlikdə qəbul etməklə yarana bilər. Heyvanların qalın və quşların narın tükləri, toz, qida məhsulları, kosmetika, dərman preparatları, bitki tozcuqları, həmçinin siqaret tüstüsü allergen ola bilər”.

Allergiyanın simtompları ilə bağlı da ətraflı məlumat verən N.Məhərrəmov dedi ki, bu reaksiya bədənin müxtəlif yerlərində təzahür edə bilər, simptomları isə bir-iki dəqiqədən bir neçə günədək müşahidə oluna bilər: “Bunlar allergik zökəm, astma, qızarmış və yaşaran gözlər, oynaqlarda ağrı və iltihab, eqzema, ishal, qusma, mədə pozulması kimi özünü büruzə verir.

Ağırlaşma hallarında isə anafilaktik şok (ağır allergik reaksiya), çətinləşmiş yaxud xışıltılı nəfəs, nəbzin sürətlənməsi, soyuq tər, yapışqan dəri, mədə spazmaları, baş gicəllənmələr, ürək bulanması, kollaps (kəskin damar çatışmazlığı), qıc olmalardır. Tibbi yardım göstərilməyəndə ağır allergiya ölümlə nəticələnə bilər”.

"Yüngül allergik reaksiyalar burun axması, göz yaşarması və s. zökəmə bənzəyən simptomlar törədə bilər. Həmçinin cüzi səpmə əmələ gələ bilər. Əgər siz özünüzdə yaxud yaxınlarınızda bu cür reaksiyaları tez-tez görürsünüzsə, o halda həkimə müraciət etmək lazımdır. Yadda saxlayın ki, anafilaktik şok zamanı allergiya bütün bədənə təsir edir. Anafilaksiya allergeni qəbul etdikdən 15 dəqiqə sonra yarana bilər, ona görə də təxirəsalınmaz tədbir görmək, yəni təcili yardım çağırmaq lazımdır”, - deyə həkim vurğuladı.

Allerqoloqun məsləhətinə əsasən, allergiyalı şəxs bu haqda  dostlarına, qohumlarına və iş yoldaşlarına məlumat verməlidir: “Həmişə bütün həkimlərə (stomatoloqlar, kosmetoloqlar və s. daxil olmaqla) mövcud olan bütün allergik reaksiyalar haqqında deyilməlidir. Əsasən də tibbi preparatlara qarşı olan allergiyalar bildirilməlidir. Bu həm reseptdə yazılmış, həm də reseptsiz alınan preparatlara şamildir. Hər hansı bir dərmanı qəbul etməzdən öncə, onun qablaşdırması və təlimat vərəqəsini diqqətlə oxumaq lazımdır. Allergik zökəmin yüngül formalarında simptomları aradan qaldırmaq üçün axmaya qarşı damcılardan və spreylərdən istifadə edin. Əgər allergiya tibbi preparatdan yaranıbsa, dərhal onun qəbulunu dayandırın və həkiminizlə məsləhətləşin.

Həkimin təyin etdiyi antihistamin (allergiyaya qarşı) preparatlardan istifadə edin. Sedativ effektə malik olan antihistamin preparatlardan istifadə edərkən, maşın sürməkdən və mexanizm idarə etməkdən qaçının, çünki onlar süstlük yarada bilər. Lakin bu gün bir sıra antihistamin preparat var ki, sedativ effektə malik deyil. Dəridə allergik reaksiya mövcud olduqda qıcıqlanmanı aradan qaldırmaqçün səpmiş hissələrə qaşınmaya qarşı krem yaxud losyon çəkin. Allergiya yaradan maddələri müəyyən etməyə çalışın və onlardan hər zaman qaçının. Evinizin təmiz olmasına, toz, narın tükcüklər və gənə olmamasına nəzarət edin. Evi süpürəndə yaxud tozsoranlayanda, mebellərinizi təmizləyəndə, yataq dəstini dəyişəndə yaxud tozlu əşyalarla hər hansı kontaktda, burnunuzu bağlayın (tənzifli və ya adi maskayla). Ev heyvanlarına qarşı allergiya olduqda, onları evinizdə saxlamayın”.

Həkim onu da vurğuladı ki, allergiyadan qurtarmaq olar: “Çox yaxşı olardı ki, bunun üçün immun sistemini normallaşdırsınlar. Bu isə ancaq idman etməklə mümkündür ki, orqanizm təbii yolla güclənsin”.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:233
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 16:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see432

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see358

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see346

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see345

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see324

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see321

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see316

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see272

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see256

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see251

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see241

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see235

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see230

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see223

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see219

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see217

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see207

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see205

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see194

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri