Tramp: "Almanları məğlub etdikdən sonra Qrenlandiyanı Danimarkaya verdik"
Icma.az, Bakupost portalına istinadən məlumat yayır.
"Güc tətbiq etməyəcəyəm. ABŞ-nin istədiyi tək şey Qrenlandiya adlı yerdir".
Bakupost.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Davos İqtisadi Forumunda çıxış edərkən deyib.
İkinci Dünya müharibəsində Almaniya Danimarkanı altı saata ələ keçirmişdi. Almanları, italyanları və digərlərini məğlub etdikdən sonra Qrenlandiyanı Danimarkaya verdik. Heç bir ölkə və ya ölkələr qrupu Qrenlandiyanı ABŞ-dən başqa qoruya biləcək gücə sahib deyil", - deyə o vurğulayıb.
Trampın sözlərinə görə, Qrenlandiya böyük, üzərində demək olar ki, insan yaşamayan, müdafiəsiz və son dərəcə açar rolunu oynayan strateji nöqtədir:
"ABŞ, Rusiya və Çinin düz mərkəzində yerləşir. Biz oranı geri qaytaranda bu qədər əhəmiyyətli deyildi. Strateji maraqlar, milli təhlükəsizlik və beynəlxalq təhlükəsizlik səbəbindən ona ehtiyacımız var".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 21 Yanvar 2026 19:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















