Icma.az
close
up
RU
Almaniya 260 min nəfərlik ordu formalaşdırır

Almaniya 260 min nəfərlik ordu formalaşdırır

Icma.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Almaniyadakı koalisiya hökuməti, ordunun sayını 260.000-ə çatdırmaq üçün 18 yaşlı kişilərə məcburi sorğu, qadınlara isə könüllü sorğu göndəriləcəyini açıqlayıb. Bu planın məqsədi 2035-ci ilə qədər 260.000 nəfərlik ordu yaratmaqdır.
Reyting.az
xəbər verir ki, yeni hərbi xidmət modelinə görə, göndəriləcək məcburi və könüllü sorğular gənclərin orduda xidmət edə bilib-bilmədiyini öyrənməyi hədəfləyir. 2027-ci ildən başlayaraq bütün kişilər məcburi tibbi müayinədən keçəcəklər.
Almaniyanın məqsədi Avropada ən güclü ənənəvi ordu qurmaqdır. “Rheinmetall” şirkətinin baş direktoru Armin Papperger bildirib ki, kansler Fridrix Merz beş il ərzində bu məqsədinə nail olacaq.
Bildirilir ki, hazırkı 182.000 əsgərin sayının gələn il 20.000 artaraq növbəti on il ərzində 255.000–260.000-ə çatması planlaşdırılır. Bu strukturda təxminən 200.000 ehtiyat şəxsi heyəti də olacaq.
Koalisiya ilin əvvəlində hərbi xidmətin yenidən tətbiqi qərarını qəbul edib və əvvəlcə bunun könüllü olacağı elan olunub. Lakin, hədəf əsgər sayına çatılmazsa, məcburi hərbi xidmət parlamentdə yenidən nəzərdən keçiriləcək. Mümkün müharibə halında, sorğular və sağlamlıq müayinələri potensial əsgərlərin tez bir zamanda müəyyənləşdirilməsini təmin edəcək.
Gənclər və solçu partiyalar məcburi hərbi xidmət planına sərt reaksiya verirlər. “Stern” jurnalı yazır ki, ictimaiyyətin yarısı planı dəstəkləyir, 18-29 yaşlı gənclərin isə 63 faizi buna qarşı çıxır. Berlində keçirilən etiraz aksiyasında çıxış edən 17 yaşlı Cimi deyib: “Mən müharibəyə getmək istəmirəm. Bu plan milyonlarla gənci gələcəklərinə qərar vermək hüququndan məhrum etmək üçün istifadə edilən bir təhdiddir”.
Ancaq 21 yaşlı Ceyson təhlükəsizlik narahatlıqları səbəbindən orduya qoşulduğunu və güclü bir ordunun vacibliyinə diqqət çəkib.
Müdafiə naziri Boris Pistorius ictimai narahatlıqları sakitləşdirərək deyib ki, qorxmağa ehtiyac yoxdur: “Güclü bir ordu Almaniyanın münaqişəyə sürüklənmə riskini azaldır”.
Qeyd edək ki, “Soyuq Müharibə”dən sonra müdafiə xərclərini azaldan Almaniya 2011-ci ildə hərbi xidməti dayandırıb. Lakin Rusiyanın Ukraynaya hücumundan sonra Berlin müdafiə siyasətini kökündən dəyişdirib. Kansler Merz deyib ki, güclü ordu üçün lazım olan hər şey ediləcək.
E. KAMAL
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://reyting.az
archiveBu xəbər 14 Noyabr 2025 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see379

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see281

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see266

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see255

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see251

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see246

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see242

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see241

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see235

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see226

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see215

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see204

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see201

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see201

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see199

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see199

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see199

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see191

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see189

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri