Almaniya nəhəngi klub tarixinin transfer rekorduna hazırlaşır İDDİA
Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Almaniyanın "Bayern klubu" 2025-ci ilin yayında "Bayer Leverkuzen"in 21 yaşlı yarımmüdafiəçisi Florian Virtsi transfer etməyi planlaşdırır.
Fanat.Az xəbər verir ki, məlumatı tanınmış alman insayder Kristian Falk sosial şəbəkə hesabı üzərindən yayıb.
Mənbənin məlumatına görə, Münhen komandası “əczaçılar”ın və Almaniya millisinin yarımmüdafiəçisi üçün 100 milyon avrodan çox pul ödəməyə hazırdır. Bundan əlavə, "Bayern" rəhbərliyi maaşları çox yüksək olan futbolçulardan da qurtulmağa çalışacaq.
Bu, klubun tarixində bir futbolçu üçün ödənəcək ən yüksək məbləğ olacaq. Transfer dəyərinə görə hazırki rekordu Harri Keynin "Tottenhem"dən 95 milyon avroya keçidiidir.
Daha əvvəl yarımmüdafiəçiyə əsas namizədin Madridin "Real" klubu olduğu bildirilirdi.
Virts bu mövsüm klub və milli komandanın heyətində bütün yarışlarda 23 matçda iştirak edib, 10 qol vurub və 3 məhsuldar ötürmə edib. "Transfermarkt" futbolçunun bazar dəyərini 130 milyon avro qiymətləndirir.
Mirağa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 20 Noyabr 2024 10:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















