Almaniya və Fransa Suriyanın yeni hakimiyyəti ilə əməkdaşlığa hazırdır
Icma.az, Bakivaxti saytına istinadən bildirir.
Almaniya Kansleri Olaf Şolts və Fransa prezidenti Emmanuel Makron telefon danışığı zamanı Suriyanın yeni hakimiyyəti ilə əməkdaşlığa hazır olduqlarını bildiriblər.
Bakıvaxtı.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Hebeştrayt məlumat verib.
"Almaniya Kansleri Olaf Şolts Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı aparıb. Onlar ilk növbədə Suriyadakı vəziyyəti müzakirə edib, yeni hakimiyyətlə fundamental insan hüquqlarına riayət edilməsi, eləcə də etnik və dini azlıqların müdafiəsi əsasında əməkdaşlığa hazır olduqlarını bildiriblər", - Ş.Hebeştrayt qeyd edib.
Şolts və Makron həmçinin Suriyanın ərazi bütövlüyünün və suverenliyinin qorunmasının vacibliyini vurğulayıblar.
"Onlar Suriyada inklüziv siyasi prosesə dəstək də daxil olmaqla, Avropa İttifaqının ölkədə iştirakını gücləndirmək üçün birlikdə işləməyə razılaşıblar", - Almaniya hökumətinin nümayəndəsi əlavə edib. O qeyd edib ki, gələcək addımlar Yaxın Şərqdəki tərəfdaşlarla sıx əlaqədə müzakirə olunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 10 Dekabr 2024 14:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















