Şolz və Makron Suriyanın yeni hakimiyyəti ilə əməkdaşlığa hazırdır
Icma.az, Sherg.az portalına istinadən məlumat verir.
Almaniya kansleri Olaf Şolz Fransa prezidenti Emmanuel Makronla telefon danışığı aparıb.
APA xəbər verir ki, bu barədə jurnalistlərə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Hebeştrayt məlumat verib.
Telefon danışığı zamanı tərəflər Suriyanın yeni hakimiyyət orqanları ilə fundamental insan hüquqlarına hörmət və etno-konfessional azlıqların müdafiəsi əsasında əməkdaşlığa hazır olduqlarını qeyd ediblər.
Solz və Makron Suriyanın ərazi bütövlüyü və suverenliyinin qorunmasının vacibliyini vurğulayıblar.

Şolz və Makron Suriyanın yeni hakimiyyəti ilə əməkdaşlığa hazır olduqlarını bildiriblər
10 Dekabr 2024 02:48
Almaniya və Fransa Suriyanın yeni hakimiyyəti ilə əməkdaşlığa hazırdır
10 Dekabr 2024 14:01
Ərdoğan Suriyanın yenidən qurulması üçün Aİni ilə əməkdaşlığa çağırıb
13 Dekabr 2024 08:57

