Almaniyada təyyarə qəzası: Ölənlər var
Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.
Almaniyanın Şimali Reyn-Vestfaliya federal əyalətindəki Korşenbroyx şəhərində təyyarə qəzası baş verib.
Bakupost.az xəbər verir ki, Mönxenqladbax şəhərinə enməsi nəzərdə tutulan təyyarə qəzaya uğradıqdan sonra bir evin üzərinə düşüb.
Hadisə nəticəsində iki nəfər həlak olub. Ölənlərdən birinin 71 yaşlı qadın pilot olduğu bildirilir. O, uçuş zamanı mühərrikdə nasazlıq barədə əvvəlcədən xəbər versə də, qəzanın qarşısını ala bilməyib.
Hadisə nəticəsində evdə böyük dağıntılar baş verib. Ev sahibi təyyarəni görərək qaçmağa müvəffəq olsa da, hadisə yerində bir qadın həyatını itirib.
Hazırda qəzanın səbəbləri araşdırılır. Hadisə yerinə polis, yanğınsöndürənlər və təcili yardım xidmətinin əməkdaşları cəlb olunub.
Bu mövzuda digər xəbərlər:Almaniyada bazara hücum: ÖLƏNLƏR VAR
21 Dekabr 2024 09:17
Almaniyada silahlı hücum: Ölənlər var
08 Yanvar 2025 09:46
Almaniyada məktəbə hücum: Ölənlər var
27 Avqust 2026 22:22
ABŞdə təyyarə qəzası Ölənlər var
07 Noyabr 2024 09:43
ABŞdə təyyarə qəzası: Ölənlər var
24 Noyabr 2024 12:22
Baxış sayı:181
Bu xəbər 31 May 2025 23:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















