Alparslan Bayraktar: Cənub Qaz Dəhlizinin potensialından tam istifadə edilməsinə hazırıq
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Türkiyə regional əməkdaşlığa çox böyük əhəmiyyət verir. Bakı-Tbilisi-Ceyhan, TANAP vasitəsilə biz enerji təhlükəsizliyinin bütün region üçün vacibliyini göstərdik. Biz Azərbaycan və digər partnyorlarla əməkdaşlıq etməyə, həmçinin yaşıl enerjinin ötürülməsi sahəsində işləməyə hazırıq.
“APA-Economics” xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında çıxışı zamanı deyib.
“Cənub Qaz Dəhlizinin potensialından tam istifadə edilməsinə hazırıq. Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan bu layihə üzərində birlikdə işləyir. Yaşıl dəhlizin qlobal mövqeyə sahib olacağına əminik, Türkiyə olaraq biz regiona və əməkdaşlığa dəstəyimizi davam etdirəcəyik”,- deyə nazir qeyd edib.
Baxış sayı:136
Bu xəbər 04 Aprel 2025 12:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















