Icma.az
close
up
RU
AMADA Avropa antidopinq konfransında əsas sessiyaya moderatorluq etdi (FOTO)

AMADA Avropa antidopinq konfransında əsas sessiyaya moderatorluq etdi (FOTO)

Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

AMADA Norveçdə keçirilən Avropa antidopinq konfransında idarəetmə üzrə əsas sessiyaya moderatorluq edib.

Qaynarinfo qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, Avropa Şurası və Norveç Antidopinq Agentliyi tərəfindən birgə təşkil olunan tədbirdə Ümumdünya Antidopinq Agentliyinin (WADA) yüksək vəzifəli şəxsləri, 40-dan artıq milli antidopinq təşkilatının nümayəndələri, beynəlxalq ekspertlər və dövlət rəsmiləri iştirak ediblər.

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) İcraçı direktoru Təhminə Tağı-zadə, icraçı direktorun müavini Rüfət Efendiyev və Nəticələrin emalı və təhqiqat şöbəsinin müdiri Nicat Əmiraslanlı Norveçin Bergen şəhərində keçirilən "Milli sistemləri gücləndirmək üçün Avropa NADO-larını bir araya gətirmək” adlı yüksək səviyyəli konfransda fəal iştirak ediblər.

Konfransda əsas çıxışçılar sırasında Avropa Şurasının Baş katibinin müavini Byörn Berqe, WADA-nın Prezidenti Vitold Banka, Avropa Şurasının Antidopinq bölməsinin Rəhbəri Ceymi Braun, Norveç Antidopinq Agentliyinin İdarə Heyətinin sədri Rune Andersen və Norveçin Mədəniyyət və Bərabərlik Nazirliyinin dövlət katibi Erlend Hanstveit yer alıblar. Bu rəsmilərin iştirakı tədbirin siyasi və institusional əhəmiyyətini bir daha önə çıxarıb. Konfransda qitədə antidopinq sahəsinin qarşılaşdığı əsas çağırışlar və strateji prioritetlər müzakirə olunub.

Tədbir çərçivəsində müzakirələrə istiqamət verən üç əsas mövzu müəyyən olunub. İlk mövzu Avropa və beynəlxalq idman təşkilatları ilə əməkdaşlıq imkanları və çağırışlarını əhatə edib. Burada milli antidopinq təşkilatlarının beynəlxalq federasiyalarla əlaqələri, Beynəlxalq Test Agentliyi ilə əməkdaşlıq və beynəlxalq idman tədbirlərində dopinq nəzarətinə töhfələri ön plana çıxarılıb.

İkinci mövzu dövlətlərlə əlaqələrin düzgün qurulması məsələsinə həsr olunub. Təhminə Tağı-zadənin moderatorluğu ilə keçirilən "Milli antidopinq təşkilatlarının fəaliyyət müstəqilliyi və dövlət qarşısında hesabatlılığın balanslaşdırılması” adlı sessiyada iştirakçılar antidopinq qurumlarının fəaliyyət müstəqilliyinin qorunması, eyni zamanda dövlət tərəfindən maliyyələşdirilən qurum kimi şəffaflıq və hesabatlılığın təmin olunması təcrübələrini bölüşüblər. Sessiyada, həmçinin şəffaflıqla bağlı qəbul olunmuş standartlar, institusional fəaliyyət müstəqilliyi üçün təminatlar və Avropa antidopinq təşkilatlarının birgə məsuliyyəti ilə etimada əsaslanan idarəetmə çərçivələrinin təbliği məsələləri müzakirə olunub.

Eyni mövzu üzrə keçirilən digər paralel sessiyalarda isə antidopinq təşkilatlarının fəaliyyəti üçün hüquqi və maliyyə çərçivələrinin formalaşdırılması, habelə milli hüquq-mühafizə orqanları, gömrük və digər dövlət qurumları ilə əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Konfransın sonuncu mövzusu WADA ilə əməkdaşlığın gücləndirilməsinə həsr olunmuş yüksək səviyyəli panel müzakirəsi olub. Burada milli səviyyədə aparılan antidopinq fəaliyyətlərinin qlobal standartlarla uyğunlaşdırılması, qarşılıqlı öhdəliklərin aydınlaşdırılması və dialoqun gücləndirilməsi mövzuları müzakirə olunub. Tədbir sessiyalar üzrə yekun nəticələrin və tövsiyələrin təqdimatı ilə başa çatıb.

AMADA təmiz idmana olan sadiqliyini bir daha bəyan edir və konfransın təşkilinə görə təşəkkürünü bildirir. Belə yüksək səviyyəli və inklüziv platforma strateji dialoqun inkişafına, idarəetmənin təkmilləşdirilməsinə və Avropa antidopinq ictimaiyyəti arasında səmərəli əməkdaşlığa mühüm töhfə verib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 18 İyun 2025 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see186

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see169

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri