Icma.az
close
up
RU
AMEA da akademik Heydər Hüseynov irsinə həsr edilmiş kitabın təqdimatı olub

AMEA da akademik Heydər Hüseynov irsinə həsr edilmiş kitabın təqdimatı olub

Icma.az, 525.az portalına istinadən məlumat verir.

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda görkəmli Azərbaycan alimi, filosof və ictimai xadim, akademik Heydər Hüseynovun 115 illiyinə həsr edilmiş “Filosof və dövrü. Konseptual yanaşmalar” kitabının təqdimat mərasimi keçirilib.

Bu barədə 525.az-a AMEA-dan bildirilib. Tədbirdə çıxış edən Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru professor İlham Məmmədzadə Azərbaycan fəlsəfə tarixi şöbəsinin müdiri fəlsəfə elmləri doktoru Arzu Əşrəf Hacıyevanın müəllifi olduğu “Filosof və dövrü. Konseptual yanaşmalar” adlı monoqrafiyanı AMEA-nın 80 illik yubileyi ərəfəsi əhəmiyyətli nəşr kimi qiymətləndirib.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli çıxış edərək monoqrafiyanın Azərbaycan fəlsəfi və ictimai fikir tarixinin tədqiqinə dair sanballı əsər, eləcə də elmə və mənəvi mədəniyyətimizə dəyərli töhfə olduğunu deyib. AMEA rəhbəri kitabın çətin və şərəfli ömür yaşamış, AMEA-nın təsisçilərindən olan akademik Heydər Hüseynovun arxiv sənəd və materialları əsasında sosial-fəlsəfi görüşlərini, yaradıcılığını əks etdirən, ümumilikdə fəlsəfəyə dair aktual məsələlərin, təhlillərin və ümumiləşdirmələrin aparıldığı fundamental tədqiqat əsəri kimi səciyyələndirib.

Akademik Həbibbəyli AMEA-nın 80 illik yubileyinin əsas məqsədlərindən birinin də alimlərimizin elmi ənənələrini yaşatmaq və bu ənənələri gənc nəsillərə çatdırmaq olduğunu bildirib, bugünkü təqdimatın Akademiyanın yubileyi missiyasını əks etdirən ilk tədbirlərdən biri olduğunu qeyd edib.

AMEA prezidenti kitabda Azərbaycan fəlsəfə tarixinin dövrləşdirilməsi mövzusunun əhəmiyyətinə diqqət çəkərək, sovet dönəmində dövrləşmənin aparılmasının asan olmadığını bildirib və dövrləşmə üçün aydın konsepsiyanın əsas şərt olduğunu deyib. O, müəllifin yazdığı kimi fəlsəfə tariximizin dörd əsas dövrə bölündüyünü qeyd edib, bu dövrlərin səciyyəvi xüsusiyyətlərini sadalayıb.

Akademik İsa Həbibbəyli təqdimatda iştirakçıları AMEA Rəyasət Heyəti aparatının Elmi irs şöbəsində akademik Heydər Hüseynova aid sənədlərlə tanış edib, görkəmli alim haqqında sənədlərdə yer alan mühüm tarixi məqamları diqqətə çatdırıb.

Arzu Əşrəf Hacıyeva çıxış edərək tədbirin AMEA-nın 80 illik yubileyi ərəfəsində onun təsisçilərinin yada salınması, xüsusilə taleyi Akademiyanın taleyi ilə sıx bağlı olan təsisçilərdən biri akademik Heydər Hüseynovun xatirəsinin yad edilməsi, onun elmi irsinin və ideyalarının gələcək nəsillərə çatdırılması baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb. O, akademik Heydər Hüseynovun Azərbaycanda sovet dövrü humanitar və ictimai elmlər sahəsinin təşəkkülündə, xüsusilə ilk vitse-prezidenti olaraq Azərbaycan Elmlər Akademiyasının çoxşaxəli, strukturlu təsisat kimi təşkilində və möhkəmləndirilməsində böyük xidmətləri olduğunu deyib. Bildirib ki, görkəmli filosof üçün yaddaş bəşəri dəyər idi və bu kitabda da əsas ideya məhz tarixi yaddaşdır. Arzu Hacıyeva, eyni zamanda, gənc tədqiqatçılara elm tariximizdəki fikir adamları haqqında arxiv materiallarına əsaslanmaqla tədqiqat aparmağı tövsiyə edib.

Professor İlham Məmmədzadə, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov və tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov çıxış edərək böyük filosof alimin elmi irsini əks etdirən “Filosof və dövrü. Konseptual yanaşmalar” kitabının Azərbaycan fəlsəfi fikir tarixinin tədqiq baxımından yeni perspektivlər açdığını vurğulayıblar. Əsərin mütəfəkkirin düşüncə dünyasını, Azərbaycan fəlsəfəsinin inkişafını və zəngin irsini dərindən araşdırmağa imkan verən sanballı mənbə olduğunu qeyd ediblər.

Sevinc Qarayeva 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:215
embedMənbə:https://525.az
archiveBu xəbər 12 Mart 2025 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri