Icma.az
close
up
RU
AMEA da Azıx mağarasında tədqiqatlar aparan beynəlxalq arxeoloji ekspedisiyanın heyəti ilə görüş olub

AMEA da Azıx mağarasında tədqiqatlar aparan beynəlxalq arxeoloji ekspedisiyanın heyəti ilə görüş olub

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 30 may, AZƏRTAC

Mayın 30-da AMEA-nın prezidenti akademik İsa Həbibbəyli AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun təşkilatçılığı ilə yaradılmış və Azıx mağarasında tədqiqatlar aparan Beynəlxalq arxeoloji ekspedisiyanın Danimarkadan olan elmi heyəti ilə görüşüb.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib.

Görüşdə çıxış edən akademik İsa Həbibbəyli bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyası bu gün dünyanın bir çox beynəlxalq elmi təşkilati ilə, həmçinin dünyanın 50-dən çox ölkəsinin akademik qurumu və ali təhsil müəssisəsi ilə sıx əməkdaşlıq edir: “AMEA Danimarkanın da elmi qurumları və alimləri ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsində maraqlıdır və bu məqsədlə hər cür zəruri dəstək veriləcək”.

2023-cü ildən etibarən fəaliyyətə başlayan arxeoloji ekspedisiyanın Azərbaycan ərazisindəki ən qədim insan məskəni olan Azıx mağarasında apardığı tədqiqatlardan məmnun qaldığını deyən akademik İsa Həbibbəyli builki nəticələrin də yüksək olacağına əminliyini bildirib. Diqqətə çatdırıb ki, Azıx mağarası Azərbaycanın qədim və tarixi Qarabağ yurdunda yerləşir və işğal dövründə ermənilər bu tarixi irsimizi özününkü kimi təqdim etməyə çalışsalar da, onların arzuları reallaşmayıb. AMEA rəhbəri qeyd edib ki, Beynəlxalq arxeoloji ekspedisiyanın tədqiqatlarının nəticələrinin elmi mühitdə yayımlanması həm də Azıx irsimizə sahib çıxmağa imkan verəcək, Qarabağın qədim və tarixi Azərbaycan torpağı olmasını bir daha bütün dünyaya göstərəcək.

Akademik İsa Həbibbəyli tədqiqat müddəti ərzində Azıx mağarasını ziyarət edəcəyini və Beynəlxalq arxeoloji qrupun fəaliyyəti ilə yerində tanış olacağını bildirib.

Sonra çıxış edən ekspedisiyanın Danimarka tərəfindən həmrəhbəri, Orhus Universitetinin Geologiya elmləri departamentinin professoru Mads Faurshoy Knudsen qeyd edib ki, Azərbaycandan olan həmkarları ilə birgə qədim Azıx mağarasında tədqiqatlar aparmaqdan və ölkəmizin zəngin, tarixi irsi ilə tanışlıqdan məmnundur. O bildirib ki, bəşəriyyətin ilkin yaşayış məskənlərindən biri olan Azıx mağarasındakı arxeoloji ekspedisiya həm ilk insanların yaşını müəyyən etməyə, həm də qədim insanın Afrikadan dünyaya yayılması kimi miqrasiya məsələlərinin araşdırılmasına töhfə verəcək.

Danimarka Texniki Universitetinin (DTU) Optik Stimullaşdırılan Lüministsen (OSL) tarixlənmə laboratoriyasının rəhbəri Jan-Pieter Buylaert isə çıxışında qeyd edib ki, builki arxeoloji ekspedisiya böyük heyətlə təmsil olunur və cari tədqiqatlarda ənənəvi üsullarla yanaşı, bir çox gizli qalan tərəflərin üzə çıxarılması üçün müasir texnoloji metodların da tətbiqi nəzərdə tutulur.

Daha sonra çıxış edən AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru Azad Zeynalov Azıx mağarasında Məmmədəli Hüseynovun rəhbərliyi altında aparılan ilkin tədqiqatların tarixi barədə məlumat verib. Vurğulayıb ki, bu gün isə XXI əsrin texnologiyalarında istifadə etməklə Azıx mağarasında müasir tədqiqatlar aparılacaq və nəticə etibarilə yeni məlumatların əldə olunması üçün geniş imkanlar mövcuddur.

AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun direktoru tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev torpaqlarımızın işğaldan azad edilməsindən sonra Azıx mağarasında arxeoloji tədqiqatların bərpa olunduğunu bildirib. Qeyd edib ki, arxeoloji tədqiqatlar 2023-cü ildə Danimarkanın Orhus Universiteti ilə imzalanan əməkdaşlıq müqaviləsinə əsasən aparılır və ekspedisiyanın tərkibində Azərbaycan alimləri ilə yanaşı, Danimarka, Norveç və Almaniyadan olan alimlər təmsil olunurlar.

Sonda qonaqlar AMEA-nın Rəyasət Heyətinin binası ilə tanış olublar.

Görüşdə AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən akademik Gövhər Baxşəliyeva, AMEA-nın Rəyasət Heyəti aparatının Xarici əlaqələr və beynəlxalq elmi təşkilatlarla iş şöbəsinin müdiri dosent Esmira Əlirzayeva və Beynəlxalq arxeoloji ekspedisiyanın bir sıra xarici üzvləri iştirak ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 May 2025 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see231

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see207

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see201

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see154

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see144

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see141

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see131

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see131

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri