Icma.az
close
up
RU
AMEA Naxçıvan Bölməsində keçirilən konfrans konstitusion hüquqlar və suverenlik məsələlərini əhatə edib

AMEA Naxçıvan Bölməsində keçirilən konfrans konstitusion hüquqlar və suverenlik məsələlərini əhatə edib

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

AMEA-nın Naxçıvan Bölməsində İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Hüquqi dövlətin təməli: konstitusiya və suverenlik” mövzusunda elmi konfrans keçirilib.

Bölmənin mətbuat xidmətindən verilən məlumata görə, konfransı giriş sözü ilə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açaraq  ötən əsrin əvvəllərində ölkəmizdə milli təşkilatlanma istiqamətində görülən işlərdən, Fevral inqilabının Azərbaycan üçün nəticələrindən, Azərbaycanın muxtariyyət statusu əsasında Rusiyasının tərkibinə qatılmasından, ADR-in fəaliyyətindən, zamanla gündəmə gələn suverenlik məsələsindən və Azərbaycanın öz müqəddəratını həll etməsindən danışıb.

“Bu gün öz suverenliyini tam təmin etmiş müstəqil Azərbaycan möhkəm təməllər üzərində inkişaf edir”, - deyən bölmə sədri konfransı açıq elan edib.

Daha sonra tədbir iştirakçıları İncəsənət, Dil və Ədəbiyyat İnstitutu əməkdaşlarının təqdimatında məruzələr dinləyiblər.

İnstitutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədov “Konstitusiyamızda Azərbaycan vətəndaşlarına verilən hüquq və azadlıqlar”, Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov “İstiqlaliyyət, suverenlik və hüquqi dövlət quruculuğu ideyası: bədii düşüncədən tarixi həqiqətə”, aparıcı elmi işçi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Orucova “Müstəqillik dövrü hekayə janrında milli istiqlal ideyaları” mövzusunda məruzə ediblər.

Dosent Elxan Məmmədov məruzəsində konstitusiyanın vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasındakı rolundan, Ulu öndər Heydər Əliyevin Konstitusiyamız hazırlanarkən bu məsələni xüsusi diqqətdə saxlamasından, məsələyə həssas münasibətindən, müstəqil Azərbaycanın 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul olunmuş konstitusiyasının qəbulundan bəhs edib. Tədqiqatçı konstitusiyamızda əksini tapmış bəzi maddə və bəndləri konfrans iştirakçılarının diqqətinə çatdırıb, günümüzədək əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlərə diqqət çəkib.

Dosent Ramiz Qasımov XX əsrin əvvəllərində Azərbaycançılıq məfkurəsinin formalaşmağa başlamasından, bu ideologiyanın öncüllərindən, milli ideologiyanın formalaşmasında “Füyuzat” və “Molla Nəsrəddin” jurnallarının rolundan bəhs edib. Y.V.Çəmənzəminli, Ü.Hacıbəyli və başqalarının əsərlərini Azərbaycanda hüquqi dövlət quruculuğuna gedən yolun bayraqdarları kimi səciyyələndirib. “Əsrimizin Səyavuşu” və “Anamın kitabı”nda AXC-nin süqutundan doğan kədərin bədii ifadəsindən danışıb. 

Dosent Aygün Orucovanın məruzəsi Zəfər sevincinin bədii ədəbiyyatımızda ifadəsi məsələsini əhatə edib. Anar, Elçin, X.Kərimli, A.İmanlı, A.Yadigar, E.Yurdoğlu, Q.Qərib, Ş.Qafar, G.Məmmədova, Ə.Həsrət və başqa ədəbi mühit nümayəndələrinin əsərlərində yurd sevgisi, qələbə əzminin, zəfərdən doğan sevincin əksi məsələsindən danışıb. Əsərlərdən gətirdiyi nümunələr əsasında fikirlərini ifadə edib.

Sonda mövzu ətrafında müzakirə aparılıb. Konfransa akademik İsmayıl Hacıyev yekun vurub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Aprel 2025 09:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see277

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see259

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see245

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see238

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see223

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see213

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see203

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see190

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see186

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see182

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see179

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see169

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see167

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see166

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see154

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see152

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see148

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see147

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri