Icma.az
close
up
RU
AMEA nın 80 illik yubiley tədbiri: Dövlətimizin başçısının elm strategiyası və gələcəyə baxışı

AMEA nın 80 illik yubiley tədbiri: Dövlətimizin başçısının elm strategiyası və gələcəyə baxışı

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 4 noyabr, AZƏRTAC

2025-ci il noyabrın 3-ü Azərbaycan elmi ictimaiyyətinin yaddaşına xüsusi əlamətdar bir tarix kimi həkk olundu. Həmin gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyinə həsr oluhnmuş yığıncaqda Prezident İlham Əliyevin iştirakı və çıxışı ölkənin elmi-mədəni həyatında mühüm hadisə kimi dəyərləndirildi. Bu tədbir təkcə elm ocağının yubileyi deyil, həm də müstəqil Azərbaycanın elminə, ziyalısına və milli intellektual potensialına verilən ali qiymətin təzahürü idi.

AZƏRTAC xəbər verir ki, bu fikirlər AMEA-nın Rəyasət Heyəti aparatının informasiya şöbəsinin sektor müdiri Nərgiz Qəhrəmanovanın “AMEA-nın 80 illik yubiley tədbiri: Dövlətimizin başçısının elm strategiyası və gələcəyə baxışı” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Prezident İlham Əliyev çıxışının əvvəlində AMEA-nın 80 illik fəaliyyətini yüksək qiymətləndirərək, onun ölkəmizin elmi və intellektual həyatında oynadığı aparıcı rolu xüsusi vurğulayıb. Dövlətimizin başçısı qeyd edib ki, AMEA müxtəlif ictimai-siyasi dövrlərdə, fərqli şəraitlərdə fəaliyyət göstərsə də, Azərbaycan hər zaman elmin inkişafına böyük diqqət ayırıb, elmi potensialını qoruyub saxlayıb. Akademiyanın nailiyyətləri və formalaşdırdığı elmi məktəblər ölkənin mədəni, iqtisadi və texnoloji inkişafına mühüm töhfə verib.

Dövlətimizin başçısı çıxışında xüsusilə Ulu Öndər Heydər Əliyevin Azərbaycan elminin inkişafında göstərdiyi misilsiz xidmətləri xatırlayıb. Bildirib ki, 1970-ci illərdə məhz Heydər Əliyevin rəhbərliyi ilə AMEA-nın fəaliyyətinin genişləndirilməsi, yeni elmi-tədqiqat institutlarının yaradılması, maddi-texniki bazanın möhkəmləndirilməsi və elmi kadrların hazırlanması sahəsində böyük addımlar atılıb. Ulu Öndərin bu strategiyası müstəqillik illərində də davam etdirilərək Azərbaycanın yüksəkixtisaslı kadrların beynəlxalq səviyyədə yetişdirilməsinə, elmi irsin davamlı inkişafına zəmin yaradıb.

Azərbaycan Prezidenti 10 il əvvəl — AMEA-nın 70 illik yubileyi münasibətilə keçirilmiş tədbirdə söylədiyi fikirlərə istinad edərək, ötən illərdə həm ölkə, həm də dünya miqyasında baş verən köklü dəyişikliklərə diqqət çəkib. Dövlətimizin başçısı qeyd edib ki, ötən dövr ərzində Azərbaycan mühüm tarixi nailiyyətlər əldə edib, ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə milli dövlətçiliyini tam şəkildə möhkəmləndirib. Qazanılan Qələbə və onun nəticəsində yaranan yeni reallıqlar ölkənin elmi siyasətinin də yeni mərhələyə qədəm qoymasına səbəb olub.

Prezident İlham Əliyev çıxışında çağdaş dövrün əsas prioriteti olan texnoloji inkişafın əhəmiyyətini də vurğulayıb. Dövlətimizin başçısı bu gün hər bir ölkənin iqtisadi qüdrətinin, təhlükəsizliyi və beynəlxalq nüfuzunun birbaşa texnoloji imkanlardan asılı olmasına diqqət çəkib: “Bu gün biz bunu iqtisadi inkişafda görürük, yeni texnologiyaların tətbiqində görürük, yeni müharibələrdə görürük. Ona görə texnoloji inkişaf bizim üçün əsas prioritet olmalıdır və əlbəttə, burada Azərbaycan alimlərinin üzərinə böyük vəzifə düşür”. Prezident İlham Əliyevin dövlətin bu istiqamətdə elm adamlarına hərtərəfli dəstək göstərəcəyi, elmi-texnoloji inkişafın milli strategiyanın aparıcı xəttinə çevriləcəyinə dair fikirləri Azərbaycan elminə, alim və ziyalılarımıza diqqət və qayğını bir daha nümayiş etdirir.

Ölkə rəhbəri Qarabağ və Şərqi Zəngəzurun bərpası və inkişafı ilə bağlı danışarkən Azərbaycan tarixinin elmi tədqiqinin və təbliğinin vacibliyini də önə çəkib. Dövlətimizin başçısı bildirib ki, ölkəmizin zəngin tarixi uzun illər ərzində Ermənistan və erməni diasporu tərəfindən saxtalaşdırılıb, bu istiqamətdə aparılan təbliğat indi də davam edir. Dövlətimizin başçısı alimləri Azərbaycan tarixini, xüsusilə Qarabağ və Zəngəzura dair tarixi həqiqətləri obyektiv şəkildə araşdırmağa, dünya ictimaiyyətinə elmi əsaslarla çatdırmağa və gənc nəsillərə təqdim etməyə çağırıb.

Son illərin ən mühüm tendensiyası kimi süni intellekt və rəqəmsallaşma, o cümlədən kibertəhlükəsizlik məsələsinin əhəmiyyətini xüsusi qeyd edən Prezident, Azərbaycanda süni intellekt texnologiyalarının inkişafı və tətbiqi üçün zəruri addımlar atıldığını, bu prosesdə alimlərin və tədqiqatçıların fəal iştirakının vacibliyini vurğulayıb: “Bu istiqamətdə aparılan digər islahatlar nəticəsində əldə edilmiş uğurlar rəqəmsallaşma ilə bağlıdır. Biz rəqəmsallaşmanı ölkəmizdə geniş miqyasda tətbiq edirik və bunun faydasını görürük. Biz görürük ki, rəqəmsallaşma olan sahələrdə artıq işin keyfiyyətinin əmsalı da artır, səmərə də artır və nəticə etibarilə daha gözəl nəticələr hasil edilir. Azərbaycan alimlərini burada yenə də fəal olmağa dəvət edirəm”.

Prezident İlham Əliyev çıxışında Azərbaycan dilinin qorunması məsələsini milli kimliyin və dövlət müstəqilliyinin əsas dayaqlarından biri kimi dəyərləndirib. On il əvvəl AMEA-nın 70 illik yubileyində səsləndirdiyi təklifləri xatırladaraq bildirib ki, bu istiqamətdə mühüm addımlar atılsa da, problem tam aradan qalxmayıb. “50 milyondan çox insan üçün Ana dilidir, çox zəngindir və xarici kəlmələrə ehtiyac da yoxdur” – deyən dövlət başçısı əlavə edib ki, dilimizin ədəbi normalarının qorunması yalnız dövlətin deyil, bütövlükdə cəmiyyətin mənəvi borcudur. Dilin milli mənsubiyyətin ayrılmaz hissəsi olduğunu qeyd edən Prezident hər bir ziyalını, alimi bu sahədə birgə fəaliyyətə səsləyib.

Çıxışının sonunda Prezident İlham Əliyev 2020-ci il Vətən müharibəsində qazanılmış Zəfərin 5 illiyi münasibətilə keçiriləcək hərbi paradın böyük mənəvi və siyasi əhəmiyyət daşıdığını bildirib. Dövlətimizin başçısı tarixi çıxışını bu sözlərlə tamamlayıb: “Mən sizi, bütün Azərbaycan xalqını həm Milli Elmlər Akademiyasının 80 illiyi münasibətilə, həm də qarşıdan gələn Zəfər Günü və Bayraq Günü münasibətilə təbrik edirəm. Sizə cansağlığı, uğurlar arzulayıram”.

Prezidentin AMEA-nın 80 illik yubileyində çıxışı zamanı səsləndirdiyi fikirlər Azərbaycan elminin gələcək inkişafının strateji istiqamətlərinin müəyyənləşdirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Dövlətimizin başçısı hər bir Azərbaycan aliminin, ziyalısının qarşısına yeni vəzifələr qoyaraq onları elmin inkişafına, texnoloji tərəqqiyə və milli-mənəvi dəyərlərin qorunmasına səsləyib.

Əminik ki, ölkə rəhbərinin çıxışı Azərbaycan elminin yeni mərhələyə yüksəlməsi, beynəlxalq elmi məkanla inteqrasiyası və milli intellektual potensialın daha da gücləndirilməsi üçün stimul olacaq, bu istiqamətdə yeni imkanlar açacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:48
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Noyabr 2025 19:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see658

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see273

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see253

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see248

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see219

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see218

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see208

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see185

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see178

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see177

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see164

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see158

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see151

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see151

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see151

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see150

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see145

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see144

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri