Amerika Birləşmiş Ştatlarının Ukraynadakı savaşı dayandırmaq üçün Rusiyaya yetərli təsir imkanları var
Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.
Politoloq Oqtay Qasımov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ukraynada savaşın bitməsi üçün iki ölkənin mövqeyi çox vacibdir.
Oqtay Qasımov
“Birincisi, işğalçı tərəf olan Rusiyanın mövqeyi Amerika Birləşmiş Ştatlarının mövqeyi bu məsələdə önəmli rol oynayır. Amerika Birləşmiş Ştatları əslində bu ilin əvvəlindən Rusiyaya kifayət qədər reveranslar etməklə onu faktiki olaraq işğala bir az daha həvəsləndirdi və Rusiya da əslində Amerikanın zəif tərəflərini tutmaqla bu prosesi davam etdirməyə çalışır”-deyən politoloq hesab edir ki, Amerika Birləşmiş Ştatlarının savaşı dayandırmaq üçün Rusiyaya kifayət qədər təsir imkanları var və rıçaqlardan istifadə edə bilər.
Oqtay Qasımov qeyd edib ki, Ukraynaya dəstək ciddi şəkildə artarsa və eyni zamanda sanksiyalar sərtləşərsə, Rusiyanın durumu kifayət qədər kritik hala gələ bilər.
“Amerika Birləşmiş Ştatlarının bu prosesdə müəyyən rıçaqları var”-deyə politoloq bildirib.
İradə Cəlil, Bizimyol.info
Baxış sayı:101
Bu xəbər 01 İyul 2025 23:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















