Icma.az
close
up
RU
Trampın qərarından sonra Amerika avtomobilləri bahalaşacaqmı?

Trampın qərarından sonra Amerika avtomobilləri bahalaşacaqmı?

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qlobal aktorların həyəcanla gözlədiyi hadisə baş verdi. Bir aylıq ləngimədən sonra ABŞ-nin yeni gömrük rüsumları qüvvəyə mindi. Bəs yeni tariflərın dünya iqtisadiyyatına hansı təsirləri olacaq? ABŞ bundan nə qazanacaq? Bu ölkədə istehsal edilən avtomobillərin qiyməti dəyişəcəkmi?

Avtosfer.az xəbər verir ki, Donald Tramp seçki kampaniyasında verdiyi vədi yerinə yetirdi. Avropa, Çin, Kanada, Yaponiya, Avstraliya və Meksikadan idxal olunan polad və alüminium məhsullarına  tətbiq edilən rüsum artıq qüvvəyə minib. Bakı vaxtı ilə 12 mart saat 08.01-də qüvvəyə minən qərar ABŞ-nin əsas ticarət partnyorları ilə yeni mərhələnin başlanğıcını qoyur. Yeni 25 faizlik rüsum istisnasız olaraq bütün mallara tətbiq edilir.  

Ağ Ev administrasiyasının məqsədi yerli istehsalçıları dəstəkləməkdir. Bununla belə, analitiklər qərarın heç də amerikalı istehsalçıya və istehlakçıya fayda verməyəcəyi qənaətindədirlər. Labüd qiymət artımı istehlakın azalması ilə nəticələnəcək. 

Qərar Trampın rişxəndlə “bala Çin” adlandırdığı Avropa İttifaqında da ciddi narazılıq doğurub. Avropa rəhbərliyi cavab tədbiri olaraq okeanın o tayından gətirilən məhsullara aprelin 1-dən əlavə rüsum tətbiq ediləcək. Əsas hədəf avtomobil və gəmiqayırma sənayesi məhsullarıdır. Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirib ki, “Avropanın cavabı sərt, lakin proporsional olacaq. Gömrük rüsumları iş adamları üçün pis, istehlakçılar üçün daha da pisdir. İstər Avropada, istərsə də

Amerikada iş yerləri təhlükə altına düşəcək, qiymətlər artacaq”.

Yeni qərarın əks təsirləri barədə amerikalı analitiklər də fikir yürüdüblər. ABŞ mətbuatındakı proqnozlara görə ölkə daxilində yaxın vaxtlarda daşınmaz əmlak və avtomobillərin qiyməti artacaq. Çünki metalın əsas istehlakçısı tikinti sektoru və avtomobil sənayesidir. Yeni qərar ABŞ istehsalı olan avtomobillərin rəqabət qabiliyyətini azaldacaq. Məhsulun maya dəyərinin artmasına paralel olaraq, bir çox ölkədə  əlavə rüsum da ödəmək lazım gələcək. Uzun illərdir Yaponiya və Avropa modelləri ilə rəqabətdə uduzan amerikalı istehsalçıların vəziyyəti çox da ürəkaçan olmayacaq.

Təbii ki, burada söhbət təzə avtomobillərdən gedir. bu bahalaşma dərhal deyil, yaxın aylarda hiss ediləcək. ABŞ-dən idxal edilən ikinci əl avtomobillərdə isə bahalaşma çox gec baş verəcək. Bu artımın çox ciddi olması gözlənilmir. Axı söhbət təkcə ABŞ istehsalı olan maşınlardan getmir.

Vüqar

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:269
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 12 Mart 2025 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri