Icma.az
close
up
RU
Trampın “Amerika birinci” düsturu...

Trampın “Amerika birinci” düsturu...

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ prezidenti xalqa müraciət etdi

Qlobal güc mərkəzlərindən biri sayılan ABŞ dünyanın siyasi-iqtisadi nizamının formalaşmasında xüsusi yeri və payı olan ölkələrdəndir. Rəsmi Vaşinqtonun istər xarici siyasət kursu, istərsə də iqtisadi proseslərə yanaşması beynəlxalq miqyasda önverici xarakter daşıyır. Son illərdə bu siyasi xətt müəyyən mənada destruktiv anlam daşımağa başlasa da, Donald Trampın 2024-cü il prezident seçkilərində yenidən ABŞ prezidenti seçilməsi ölkənin daxili və xarici siyasətində yeni inkişaf mərhələsinin başlanğıcı kimi qiymətləndirilir. Bu qələbə təkcə siyasi hakimiyyətin dəyişməsi deyil, həm də Amerika cəmiyyətində uzun müddətdir davam edən ideoloji, sosial və iqtisadi mübahisələrin nəticəsi kimi ortaya çıxan yeni reallıqların təzahürü sayılır. Onun yeni prezidentlik dövrü ABŞ-da milli maraqların ön plana çəkilməsi, iqtisadi münasibətlər sisteminin gücləndirilməsi, eləcə də, sənaye və istehsalın ölkə daxilində bərpası, miqrasiya siyasətinin sərtləşdirilməsi kimi prioritetlərlə müşayiət olunur. Tramp administrasiyası qlobal sülh konsepsiyasını yenidən əsas siyasi xətt kimi təqdim etməklə qlobal proseslərdə daha praqmatik mövqe tutmağı hədəfləyir. Bu yanaşma Vaşinqtonun beynəlxalq təşkilatlarla münasibətlərinə, müttəfiqlərlə əməkdaşlıq modelinə və qlobal təhlükəsizlik arxitekturasına da ciddi təsir göstərir.

Dünyanın heç vaxt görmədiyi iqtisadi inkişaf...

Yeri gəlmişkən, Donald Tramp yenidən prezident seçilməsinin 1 ilinin yekunları ilə bağlı xalqa müraciətində əsas prioritetlərini açıqlayıb. Tramp bildirib ki, birinci ilin əsas diqqət mərkəzində keçmiş ABŞ prezidenti Co Baydenin administrasiyasından miras qalmış ağır iqtisadi vəziyyəti düzəltmək və yenidən qurmaq olub. O, həmçinin sərhəd təhlükəsizliyinə milli təhlükəsizlik məsələsi kimi baxdığını və buna görə də bu sahədə çox güclü tədbirlər gördüyünü vurğulayıb. “Son 11 ay ərzində Vaşinqtona Amerika tarixindəki digər administrasiyalardan daha çox müsbət dəyişiklik gətirdik. Bu, misli görünməmiş bir şeydir”, - deyə Tramp komandasının işini tərifləyib.

Ticarət siyasətindən danışan ABŞ prezidenti qeyd edib ki, ölkə tariflər vasitəsilə mövqeyini gücləndirib və bu addımlar sayəsində yenidən dünyada hörmət edilən bir millətə çevrilib: “Biz iqtisadiyyatı uçurumdan geri çəkirik”.

Tramp xatırladıb ki, vəzifəyə başlayanda inflyasiya 48 ildə ən yüksək səviyyədə olub və bu da milyonlarla amerikalı üçün kəskin qiymət artımlarına və yaşayış xərclərinin artmasına səbəb olub. “Biz Amerikanı yenidən möhtəşəm edirik. 11 ay ərzində sərhədlərimizin təhlükəsizliyi təmin edilib, inflyasiya dayanıb. Əməkhaqqı artır, qiymətlər düşür. Ölkəmiz güclüdür. Amerikaya hörmət edilir və o, əvvəlkindən daha güclü şəkildə geri qayıdır. Dünyanın heç vaxt görmədiyi iqtisadi inkişafın astanasındayıq”, - deyə Tramp administrasiyasının siyasətini “Amerika birinci” düsturu ilə təsvir edib.

1,4 milyondan çox ABŞ hərbçisinə 1776 dollarlıq bonus...

ABŞ prezidenti həmçinin ölkənin “tarixin ən pis ticarət razılaşmalarını” miras aldığını qeyd edib və administrasiyasının bunu dəyişdirdiyini vurğulayıb. “Biz iqtisadiyyatı uçurumdan geri çəkirik. Əvvəlki administrasiya və Konqresdəki müttəfiqləri trilyonlarla dollarlıq xəzinəmizi boşaldıb, qiymətləri əvvəllər görünməmiş səviyyələrə qaldırıblar. Mən bu yüksək qiymətləri azaltmaq üçün çox sürətlə hərəkət edirəm”, - deyə Tramp bildirib. O, Bayden administrasiyası dövründə avtomobillərin, benzinin və yumurtanın qiymətlərinin artmasına nümunə göstərərək qeyd edib ki, bütün bu göstəricilər indi sürətlə azalır. Trampın sözlərinə görə, onun tətbiq etdiyi siyasət əmək haqqının artmasına da səbəb olub və uzun illərdən sonra ilk dəfə olaraq gəlirlər inflyasiyadan xeyli sürətlə artmağa başlayıb. Müraciətin ən diqqətçəkən məqamlarından biri isə ABŞ prezidentinin hərbçilər üçün bonusları elan etməsi olub. Belə ki, Milad bayramından əvvəl 1,4 milyondan çox ABŞ hərbçisi 1776 dollarlıq bonus çeki alacaq - bu rəqəm simvolik olaraq ABŞ-ın yaranması ilini təcəssüm etdirir.

18 trilyon dollarlıq investisiya...

Əmək bazarına gəldikdə isə, Tramp bildirib ki, vəzifəyə başladığı vaxtdan ötən dövrdə özəl sektorda yaradılan yeni iş yerləri 100 faizlik artım təşkil edir. O, həmçinin ABŞ-a rekord səviyyədə - 18 trilyon dollarlıq investisiya cəlb etdiyini vurğulayıb: “Bu uğurun böyük bir hissəsi tariflərin sayəsindədir. Ən sevdiyim söz tarifdir. Onilliklərdir ki, digər ölkələr bundan bizə qarşı uğurla istifadə edirlər, amma bu, keçmişdə qalıb”.

Tramp qeyd edib ki, ABŞ tarixində ən böyük vergi endirimlərinin nəticələri gələn ilin əvvəlində görünəcək və qarşıdan gələn vergi mövsümü bu tədbirlər və tarif siyasəti sayəsində “tarixdə ən böyük vergi geri qaytarma mövsümü” olacaq. ABŞ prezidenti həmçinin dərman qiymətlərini 600 faizə qədər azaltmaq məqsədi daşıyan əczaçılıq şirkətləri ilə danışıqlardan danışaraq dərmanların qiymətinin əhəmiyyətli dərəcədə azaldılacağını vurğulayıb. O, həmçinin enerji xərclərinin azaldılmasını prioritet kimi qeyd edərək, ikinci müddətinin ilk günündə ölkənin əksər bölgələrində benzin qiymətlərinin düşməsinə səbəb olan enerji ilə bağlı fövqəladə vəziyyəti elan etdiyini xatırladıb.

Tramp tezliklə yeni Federal Ehtiyat sədrinin adını açıqlayacağını da deyib. “Tezliklə faiz dərəcələrinin əhəmiyyətli dərəcədə aşağı salınmasının vacibliyinə inanan yeni Fed sədrini təqdim edəcəyəm. Yeni ilin əvvəlində ipoteka ödənişləri daha da aşağı olacaq. Bunu görəcəksiniz. Amerika tarixinin ən uğurlu mənzil islahatı planlarından bəzilərini açıqlayacağam”, - deyə o bildirib.

ABŞ-a dəniz və quru yolu ilə daxil olan narkotiklərin həcmi 94 faiz azalıb

ABŞ prezidenti əvvəlki administrasiyanın ən ciddi səhvlərindən birinin sərhəd təhlükəsizliyinin təmin edilməməsi olduğunu deyib: “Bayden administrasiyasının ölkəmizə etdiyi ən böyük pislik “sərhəd işğalıdır”. Sərhədlərimiz açıldı və nəticədə 25 milyon nəfərlik “ordu” ölkəmizə hücum etdi. Onların arasında narkotik satıcıları, terror dəstə üzvləri və hətta qatillər də var idi. Bayden administrasiyası buna icazə verdi - bunun bir daha təkrarlanmasına heç vaxt icazə verilməyəcək”.

Tramp prezidentliyi dövründə qanunsuz sərhəd keçidlərinin tam bağlandığını bildirib və bu sahədəki sərt siyasəti davam edəcəyini vurğulayıb. “İlk gündən cənub sərhədindəki axının qarşısını almaq üçün dərhal tədbirlər gördüm. Son yeddi ayda ölkəmizə bir dənə də olsun qanunsuz immiqrant daxil olmayıb. Co Baydenin sərhədi bağlamaq üçün Konqresin aktına ehtiyacımız olduğunu dediyini xatırlayırsınız? O, həmişə məsuliyyəti Konqresə ötürürdü. Sonda məlum oldu ki, heç bir qanuna ehtiyac yoxdur - bizə sadəcə yeni prezident lazımdır”, - deyə Ağ Ev rəhbəri bildirib.

Tramp həmçinin dəniz və quru yolu ilə ABŞ-a daxil olan narkotiklərin həcminin 94 faiz azaldığını bildirib.

“3000 ildən sonra sülh gətirdim”...

Tramp çıxışında xarici siyasət kursuna daha az yer verib - o, yalnız bir dəfə xarici siyasətə toxunaraq Qəzzada atəşkəsdən bəhs açıb. ABŞ prezidenti bəyan etdi ki, “Mən Amerikanın gücünü bərpa etdim, 10 ayda 8 müharibəni həll etdim, İranın nüvə təhdidini aradan qaldırdım və Qəzzadakı müharibəyə son qoydum. Beləliklə, 3000 ildən sonra ilk dəfə olaraq Yaxın Şərqə sülh gətirdim. Həm diri, həm də ölü girovların azad edilməsini təmin etdim”.

P.İSMAYILOV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 19 Dekabr 2025 10:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1385

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see676

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see527

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see515

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see506

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see461

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see436

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see433

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see422

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see409

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see398

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see359

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see346

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see341

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see339

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see311

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see308

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see281

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see263

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see263
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri