Amerikalılar axmaq yerinə qoyulub: Zaxarova ABŞdakı transgender inamından danışdı
Publika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktoru Mariya Zaxarova ABŞ-da formalaşmış transseksualların varlığına inamdan danışıb.
Publika.az xəbər verir ki, o, bu barədə RT-yə müsahibəsində bildirib.
“Uzun illərdir ki, amerikalılar aldanıblar, bu qədər illərdir öz siyasətçiləri onları axmaq yerinə qoyub, üçüncü cinsin olmasından danışıblar, hətta bunu pasportlarına da yazıblar. Mən ABŞ vətəndaşlarını nəzərdə tuturam ki, onlar kişilər və qadınlardan əlavə, ikili olmayan insanlar, kvadroberlər və başqa hər şeyin olduğuna ürəkdən inanırlar", -deyə diplomat qeyd edib.
Zaxarovanın vurğuladığı kimi, bu, “tamamilə fərqli mentalitetdir, bu fərqli bir fəlsəfədir”.
"Bu, həm bütövlükdə dünyanın, həm də insanın özünün təhrif olunmuş, yanlış qavrayışıdır", - Zaxarova vurğulayıb.
Xatırladaq ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp daha əvvəl deyib ki, 15 min transgender ölkənin silahlı qüvvələrindən qovulacaq.
Adəm Abbaslı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 28 Dekabr 2024 12:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















