Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Ana dili: milli birliyin güc mənbəyi

Ana dili: milli birliyin güc mənbəyi

Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Dil hər bir xalqın tarixi yaddaşını, mədəniyyətini, milli-mənəvi dəyərlərini və dövlətçilik ənənələrini yaşadan ən mühüm amildir. Xalqın keçdiyi tarixi yol, yaratdığı mədəni irs, formalaşdırdığı dünyagörüşü və milli düşüncə sistemi məhz dil vasitəsilə gələcək nəsillərə ötürülür. Buna görə də ana dilinin qorunması təkcə mədəni məsələ deyil, eyni zamanda milli təhlükəsizlik, dövlətçilik və milli kimliyin qorunması məsələsidir.
Azərbaycan xalqı öz çoxəsrlik tarixində mürəkkəb ictimai-siyasi proseslərlə üzləşsə də, ana dilini yaşatmağı bacarmış, onu milli varlığının əsas rəmzi kimi qorumuşdur. Hər il avqustun 1-də qeyd olunan Azərbaycan əlifbası və Azərbaycan dili günü də xalqımızın öz dilinə bağlılığının, dövlətimizin isə ana dilinə göstərdiyi yüksək qayğının təcəssümüdür.
Tarixən müstəqil dövlətə sahib olmayan xalqlar üçün ana dili milli birliyin qorunmasının ən mühüm vasitəsinə çevrilir. Azərbaycan xalqı da müxtəlif dövrlərdə məhz dili, ədəbiyyatı və milli-mənəvi dəyərləri sayəsində assimilyasiya təhlükəsindən qoruna bilmişdir. Prezident İlham Əliyevin vurğuladığı kimi, müstəqil dövlətin olmadığı dövrlərdə azərbaycanlıları bir xalq kimi qoruyan, assimilyasiya olunmağa imkan verməyən Azərbaycan mədəniyyəti, Azərbaycan dili, milli mənəvi dəyərlər olub.
Keçmiş ittifaq dövründə milli dillərin istifadəsinin məhdudlaşdırılması istiqamətində aparılan siyasət Azərbaycan dilinin də inkişafına mənfi təsir göstərirdi. Belə bir şəraitdə ana dilinin dövlət dili statusuna yüksəldilməsi uğrunda mübarizə aparmaq böyük siyasi iradə və milli məsuliyyət tələb edirdi. Ulu Öndər Heydər Əliyev bu tarixi məsuliyyəti öz üzərinə götürərək Azərbaycan dilinin hüquqlarının qorunması istiqamətində prinsipial mövqe nümayiş etdirdi.
1978-ci ildə Azərbaycan SSR Konstitusiyasının qəbul edilməsi zamanı Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyada təsbit olunması milli tariximizin dönüş nöqtələrindən biri oldu. Bu qərar təkcə hüquqi norma deyil, həm də xalqın milli özünüdərkinin, gələcək müstəqilliyə hesablanmış uzaqgörən siyasətin təzahürü idi. Həmin addım sonralar müstəqil Azərbaycanın dil siyasətinin möhkəm hüquqi və ideoloji əsasını formalaşdırdı.
Müstəqillik illərində Azərbaycan dili dövlət quruculuğunun əsas atributlarından biri kimi daha da möhkəmləndirildi. 1995-ci il Konstitusiyasında dövlət dilinin Azərbaycan dili olması təsbit edildi. Ümummilli Lider Heydər Əliyevin imzaladığı 18 iyun 2001-ci il tarixli “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman Azərbaycan dilinin dövlət idarəçiliyində və ictimai həyatın bütün sahələrində geniş tətbiqinə yeni impuls verdi. Elə həmin dövrdə Dövlət Dil Komissiyasının yaradılması dil siyasətinin sistemli şəkildə həyata keçirilməsinə imkan yaratdı. 2002-ci ildə qəbul olunan “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun isə bu sahədə hüquqi mexanizmləri müəyyənləşdirdi. Beləliklə, Azərbaycan dili yalnız milli ünsiyyət vasitəsi deyil, dövlət idarəçiliyinin, qanunvericiliyin, təhsilin, elmin və diplomatiyanın əsas dili kimi mövqeyini daha da gücləndirdi.
Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis olunması isə ana dilinə verilən yüksək dövlət qayğısının növbəti ifadəsi idi. Latın qrafikalı əlifbaya keçidin başa çatdırılması Azərbaycanın müasir inkişaf strategiyasının mühüm tərkib hissəsinə çevrildi və ölkəmizin dünya informasiya məkanına inteqrasiyasını sürətləndirdi.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dil siyasəti yeni dövrün çağırışlarına uyğun olaraq daha da inkişaf etdirilib. Latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi, Azərbaycan Milli Ensiklopediyasının hazırlanması, klassik və dünya ədəbiyyatının Azərbaycan dilində nəşri, Azərbaycan dilinin elektron məkanda istifadəsinin genişləndirilməsi, dilçiliyin inkişafına dair Dövlət Proqramının qəbul edilməsi və dövlət dilinin saflığının qorunmasına yönəlmiş mühüm fərmanlar bu siyasətin ardıcıl xarakter daşıdığını göstərir.
Xüsusilə qloballaşma dövründə informasiya axınının sürətlənməsi və xarici dillərin təsirinin artması Azərbaycan dilinin qorunmasını daha da aktual edir. Xarici dilləri öyrənmək müasir dünyanın tələbi olsa da, ana dilinə üstünlük vermək milli kimliyin qorunmasının əsas şərtidir. Prezident İlham Əliyevin “Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur” fikri bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
Rəqəmsal transformasiya dövründə Azərbaycan dilinin inkişafı yeni məzmun qazanmışdır. Süni intellekt texnologiyalarında, elektron xidmətlərdə, rəqəmsal platformalarda və beynəlxalq informasiya resurslarında Azərbaycan dilinin daha geniş istifadəsi artıq strateji prioritetlərdən biridir. Bu istiqamətdə həyata keçirilən tədbirlər ana dilimizin müasir texnologiyalar dövründə də rəqabət qabiliyyətini artırır.
Azərbaycan dilinin qorunması ilk növbədə ailədən başlayır. Məktəb, ali təhsil müəssisələri, media, elm və mədəniyyət ocaqları bu prosesdə mühüm rol oynayır. Xüsusilə jurnalistlərin, müəllimlərin, yazıçıların və ziyalıların dil normalarına ciddi əməl etməsi cəmiyyətdə düzgün nitq mədəniyyətinin formalaşmasına xidmət edir.
Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan on milyonlarla soydaşımız üçün Azərbaycan dili Vətənlə mənəvi bağlılığın əsas rəmzidir. Ana dilinin yaşadılması dünya azərbaycanlılarının milli birliyini möhkəmləndirir, Azərbaycançılıq ideologiyasını gücləndirir və milli-mənəvi dəyərlərimizin gələcək nəsillərə ötürülməsini təmin edir. 1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü hər bir azərbaycanlı üçün ana dilinə sevginin, milli kimliyə sədaqətin və dövlətçilik ənənələrinə bağlılığın ifadəsidir. Ana dilimizi qorumaq, onun zənginliyini gələcək nəsillərə ötürmək və Azərbaycan dilinin nüfuzunu daha da yüksəltmək hər birimizin milli məsuliyyətidir.
Mahir Süleymanlı
Milli Məclisin deputatı
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:153
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 28 İyul 2026 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see355

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see297

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see288

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see287

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see270

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see266

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see263

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see254

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see254

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see253

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see236

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see235

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see227

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see219

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see217

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see214

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see212

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see209

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see203

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri