Icma.az
close
up
RU
Ana südü xərçəngin dərmanıdır

Ana südü xərçəngin dərmanıdır

Saglamolun saytından alınan məlumata görə, Icma.az bildirir.

Ana südü yeni doğulmuş körpənin qida ilə bağlı bütün tələblərini ödəyən zəngin qida məhsuludur.

Aparıcı səhiyyə təşkilatlarının, o cümlədən, Amerika Pediatriya Akademiyası və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən, yenidoğulmuş körpələr optimal boy, çəki, inkişaf səviyyəsi və səhhəti üçün ilk altı ay ərzində ana südü ilə qidalanmalıdır. Daha sonra körpələr adekvat qidalandırıcı və təhlükəsiz qidalar qəbul etməli, habelə döşdən qidalanma da iki il və daha uzun müddətə davam etməlidir.

Beləcə, ana südü uşaq üçün ilk qida mənbəyidir və erkən yaşlarında onun inkişafı prosesinə əhəmiyyətli dərəcə təsir göstərir. Döşlə qidalanma və uşaq leykozu arasında mümkün əlaqələrlə bağlı tədqiqat aparılıb.

Həmin tədqiqata əsasən, analar döşlə qidalandırma yolu ilə övladlarında leykemiyanın inkişafı riskini əhəmiyyətli dərəcədə azalda bilər. “JAMAPediatrics” jurnalının məlumatına görə, həkim Efrat Amiteyin (Efrat L.Amitay) rəhbərliyi altında Hayfa Universiteti və İsrailin Xəstəliklərə nəzarət və profilaktika mərkəzinin alimlərindən ibarət birgə tətqiqat qrupunun əldə etdiyi nəticələrə əsasən, doğuşdan sonra azı altı ay ərzində ana südü ilə qidalanmış uşaqlar və yeniyetmələrdə (altı aydan az ana südü qəbul etmiş uşaqlarla müqayisədə) leykemiyaya tutulma ehtimalı 19 faiz aşağı olur.

Uşaqlar və 15 yaşdan aşağı yeniyetmələr arasında ən çox can alan ikinci xəstəlik xərçəng xəstəliyi sayılır. Leykemiya isə ən geniş yayılmış uşaq xərçəngi növüdür. Uşaqlar arasında xərçəngdən ölüm hallarının 30 faizi kəskin mieloid leykozun (sümük iliyini həddindən artıq dəyişilmiş qan hüceyrələri yaratmağa məcbur edir) və kəskin limfoblast leykozun (sümük iliyi izafi miqdarda yetkinləşməmiş ağ qan hüceyrəsi ifraz edir) payına düşür.

Leykemiya halları son on il ərzində sabit şəkildə artmaqdadır. Birləşmiş Ştatlarda 1975-2011-ci illərdə illik artım səviyyəsi 0,7 faiz təşkil edib, Avropada isə 1978-1997-ci illər ərzində xəstəliyə tutulma hallarında illik 0,6 faiz artım qeyd alınıb.

Alimlər xəstəliyə tutulma hallarında müşahidə olunan bu artımın nə ilə əlaqədar olduğunu hələ də müəyyən edə bilməyib, ancaq mümkün səbəblərdən biri Qrivs fərziyyəsinə (həmçinin, gigiyena fərziyyəsi adı ilə tanınır) işarə edir. Bu fərziyyəyə görə, döldaxili genetik mutasiya uşaqları leykemiyaya həssas edir, ardınca “infeksion agentlə” təmas doğuşdan sonra xərçəngin inkişafına yol açır.  

Bu fərziyyə doğrudursa, ana südü leykemiyaya qarşı təbii zərdab ola bilər. Uşaq qidalarından fərqli olaraq ana südündə infeksiyalara qarşı mübarizəyə kömək edən antitellər və digər immunoloji aktiv komponentlər olur. Ana südü uşaq bağırsağının mikroflorasının formalaşmasına və beləcə, immun sisteminin möhkəmlənməsinə şərait yaradır.

Alimlər döşlə qidalanma və leykoz arasındakı əlaqəni araşdıran zaman Qrivs fərziyyəsini yoxlamaq qərarına gəliblər. Onlar əvvəllər dərc olunmuş (leykemiya və döşdən qidalanma arasında qarşılıqlı əlaqəni tədqiq etmiş) 18 hesabatın məlumatlarını hərtərəfli təhlil edib.

Araşdırma leykemiya diaqnozu qoyulmuş 10292 uşaq və yeniyetmə və nəzarət qrupu kimi tədqiqata cəlb olunmuş 17517 sağlam uşağın tibbi məlumatlarını ehtiva edir.

Ümumilikdə ana südündən məhrum olmuş və ya lazımi müddət ərzində ana südü ilə qidalanmamış uşaqlarla müqayisədə, döşlə qidalanan uşaqlarda leykemiya inkişafının 19 faiz az olduğunu müəyyən edib.

Alimlər tədqiqat məlumatlarını hərtərəfli şəkildə təhlil edib və hər dəfə döşlə qidalanma ilə leykoz arasında əlaqə olduğu sübuta yetirilib.

Məsələn, əsas diqqəti inkişaf etmiş ölkələrdə aparılmış tədqiqatlara yönəldən zaman müəyyən edilib ki, altı aydan çox müddət ərzində ana südü ilə qidalanmış uşaqlarda leykemiya inkişafı ehtimalı ana südündən məhrum edilmiş uşaqlarla müqayisədə, 16 faiz aşağıdır. Alim qrupu öz seçimlərinə uyğun dörd ən iri tədqiqatın məlumatlarını təhlil etdikdən sonra da eyni nəticəyə gəliblər. Tədqiqatçılar belə bir nəticəyə gəlib ki, uşağın altı aydan çox təbii qidalanması leykemiya riskini 14 faiz aşağı salır.

Onlar nəticələri hesalayaraq, bir yaşına qədər xərçəng diaqnozu qoyulmuş uşaqların məlumatlarını tədqiqatdan xaric edib: belə ki, alimlərin fikrincə, bir yaşına qədər aşkarlanmış həmin şişlər, böyük ehtimalla, döşlə qidalanma ilə heç bir əlaqəsi olmayan, ananın doğuşdan öncəki vəziyyəti ilə əlaqədar olub.

Aparılan ixtisarlardan sonra tədqiqatçılar müəyyən edib ki, altı aydan çox müddət ərzində ana südü ilə qidalanmış uşaqlarda leykemiyaya tutulma riski ana südündən məhrum olmuş uşaqlarla müqayisədə, 17 faiz daha azdır.

Bəzi tədqiqatlarda kəskin limfoblast leykozu (KLL) olan uşaqlar kəskin mieloid leykozlu (KML) uşaqlarıdan ayırılıb. Bu, alimlərin altı aydan çox ana südü ilə qidalanmış uşaqlarda KLL inkişaf riskinin 18 faiz daha az olduğunu öyrənməsinə imkan verib. Habelə döşlə qidalanma və KML arasında hər hansı qarşılıqlı əlaqə ortaya çıxmayıb.  

18 tədqiqatdan 18-də ana südü ilə qidalanmanın müddəti ilə bağlı informasiya olub. Tədqiqatçılar uşaqların tibbi məlumatlarını bu meyar əsasında təhlil edəndən sonra müəyyən  edib ki, azı bir ay ana südü ilə qidalanmış uşaqlarda, ümumiyyətlə, ana südü qəbul etməmiş və ya cəmi bir neçə həftə ərzində qidalanmış uşaqlarla müqayisədə, leykemiyanın inkişafı riski 11 faiz az olub.

Yeni tədqiqat körpələrin qidalaması ilə onların leykemiyaya həssaslığı arasında açıq-aydın statistik qarşılıqlı əlaqəni üzə çıxrır. “Uşağın altı ay və ya ondan çox müddət ərzində döşlə qidalanması hesabına Uşaq leykozu ilə bağlı bütün halların 14-19 faizinin qarşısını almaq olar”, - deyə həkim Amitey bildirib. Alimlərin fikrincə, bu məlumat ana südü ilə qidalanmanın xeyrinə güclü arqument ola bilər.

Qidalanma növü ilə qan xəstəliyi arasındakı qarşılıqlı əlaqənin səbəbləri hələlik müəyyən edilməyib. Ancaq tədqiqatçıların bununla bağlı bir neçə ideyası var. Efrat Amiteyin fikrincə, ana südü “canlı” maddədir. Yəni onun tərkibində zəngin maddələrdən savayı, ananın orqanizminin hasil etdiyi antitellər olur. Həmin antitellər bağırsaq sisteminin sağlam mikroflorasının formalaşmasına və uşağın immun sisteminin inkişafına təsir göstərir.

Digər mümkün səbəb, ana südünün körpənin mədəsində HAMLE zülal kompleksinin formalaşması üçün zəruri olan optimal turşu-qələvi tarazlığı yaratması sayılır. Gəmiricilər üzərində aparılmış sınaqlar bu kompleksin xərçəng hüceyrələrini öldürməyə qadir olduğunu göstərib.

Ana südünün tərkibində kök hüceyrələri olur. Alimlərin fikrincə, onlar da immun sistemini aktivləşdirə bilər.

Tədqiqat qrupu bu elmi araşdırmanın nəticələrin çox faydalı olduğunu düşünür və təkcə anaların yox, ümumilikdə cəmiyyətin ana südünün xeyri ilə bağlı məlumatlılığının artılmasını vacib hesab edir. Həm də o qeyd olunur ki, xərçəngə qarşı profilaktika baxımından döşlə qidalanma “əslində, əlçatan və ucuz vasitədir”.

“Döşlə qidalanmanın faydalarını insanların diqqətinə çatdırmaq çox vacibdir. Təbii qidalanmanın sosial baxımdan daha məqbul etmək və geniş kütlələr arasında təbliğ etmək üçün bu proseslə pozitiv münasibət formalaşdırmaq vacibdir”, - deyə müəlliflər qeyd edir.

Döşlə qidalanmanın faydaları mövzusu davam etdiriləcək. Belə ki, ana südü qadınlarda döş xərçəngi inkişafının erkən carçısı olur, uşağın intellekt səviyyəsinə müsbət təsir göstərir, hətta bəzi hallarda onu HİV-dən qoruyur. Bu, fərziyyə deyil, elmi faktdır.

Bu materialın orijinalı “Jama Network” portalında dərc olunub.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:173
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 02:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Suraxanıdakı “şəfalı“ gölün acınacaqlı mənzərəsi: Müalicə yerinə xəstəlik mənbəyi? VİDEO

05 İyul 2026 00:02see251

DÇ 2026: Kanada Mərakeş matçında hesab açılıb

04 İyul 2026 22:23see241

Xanbala Əhmədli vəfat edib

05 İyul 2026 13:24see238

İsrailin təxribatlarını yaxından izləyirik Ərdoğandan AÇIQLAMA

04 İyul 2026 22:20see223

Üçü DÇ də 21 qol vurub

06 İyul 2026 03:37see208

Almaniyada yeni rəy sorğusu AfD nin retinqinin artmaqda olduğunu göstərir

06 İyul 2026 04:44see200

Oyarsabal: “Portuqaliyaya hörmət edirik, amma ondan qorxmuruq”

05 İyul 2026 03:26see182

Çılpaq yatmağın faydaları

05 İyul 2026 03:04see182

Parkinson xəstəsinin müavinəti niyə dayanıb? VİDEO

04 İyul 2026 22:49see181

“Başakşehir” “Roma”dan Eldor Şomurodovun transfer hüquqlarını alıb

05 İyul 2026 07:42see173

Antonelli qalib oldu

05 İyul 2026 00:59see163

Tramp Baloqonun diskvalifikasiyasının ləğvini İnfantinodan xahiş edib

06 İyul 2026 02:47see162

Siz də saçlarınızı gec gec yuyursuz? Yağlanmasın deyə...

05 İyul 2026 02:41see161

Real ın ulduzunun qəribə həyatı: Atası müsəlman, özü xristian, anası buddist... FOTO

05 İyul 2026 02:04see161

Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb FOTO

06 İyul 2026 06:31see161

Aysunun Hade rəqsi gündəm oldu (Video)

05 İyul 2026 13:57see161

Məşhur bloger qızı ilə qəzaya düşdü FOTO

06 İyul 2026 14:44see161

Antibiotiklər hər qızdırmada lazımdırmı?

05 İyul 2026 08:41see161

The Times: Gizli batalyon Moskvaya müntəzəm olaraq zərbələr endirir...

05 İyul 2026 20:27see157

Ebola ilə bağlı dəhşətli proqnoz: Gündə 1000 nəfər ölə bilər

05 İyul 2026 01:37see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri