Icma.az
close
up
RU
Ana və körpələrin doğum evlərində haqları

Ana və körpələrin doğum evlərində haqları

Saglamolun saytına istinadən Icma.az xəbər verir.

Hamilə olarkən əksər xanımlar xəstəxanaya nə götürməli olacaqlarını, doğuşun necə keçəyi, körpənin sağlamlığı ilə bağlı problemlərin mövcudluğu haqda narahatlıqlar keçirirlər.

Əlbəttə ki, bunlar kifayət qədər önəmlidir. Lakin gələcək analar hamiləlik və doğuş haqqında maarifləndirildikləri kimi həmçinin xəstəxanalarda özlərinin və körpələrinin haqları, həmçinin tibbi personalının vəzifələrini haqqında maariflənmələri də yerinə düşər.

Çünki, bu sahədə dövlətimiz tərəfindən qəbul edilmiş çox faydalı qanun qaydalara rəğmən onların tətbiqində kifayət qədər nöqsanlar və boşluqlar mövcuddur. Xəstəxanalarda tibbi personalın məsuliyyətsizliyini aradan qaldırmaq üçün analar öncədən haqlarını öyrənib tələb etməlidirlər.

İstər özəl, istərsə də dövlət xəstəxanalarında müşahidə edilən əsas qanun pozuntular aşağıdakılardır:

Körpəni anadan ayırmaq
Körpənin doğulduğu andan sonra gün ərzində ana ilə qalmasının və ilk saatlarda ana südü ilə əmizdirilməsinin təmin edilməsi tibb müəssisələrinin vəzifəsidir.
Mənbə: “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” Azərbaycan Respublikasının Qanunu, maddə 11: “…11.2. Mülkiyyət formasından asılı olmayaraq tibb müəssisələrinin vəzifələri aşağıdakılardır… 11.2.2. körpənin doğulduğu andan bir gün ərzində ana ilə birgə qalmasını və ilk saat ərzində döşlə əmizdirilməsini təmin etmək;…”

Maarifləndirmək və dəstək olmaq əvəzinə ananın icazəsi və əksər hallarda hətta xəbəri olmadan körpələrə süni qida vermək 
Uşaqların qidalandırılması ilə bağlı maarifləndirmə işini həyata keçirmək, ana südünün körpə üçün olan önəmini izah etmək, ana südünün süni qida ilə müqaisədə nə qədər üstün olduğunu bildirmək doğum evlərinin işçilərinin vəzifəsidir.
Mənbə: “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” Azərbaycan Respublikasının Qanunu, maddə 4:
“4.0. Ana südü ilə qidalanmanın təbliği məqsədi ilə mülkiyyət formasından asılı olmayaraq tibb müəssisələri tərəfindən hamilə qadınlara və analara;
4.0.1. döşlə əmizdirilmənin vacibliyi və əhəmiyyəti, onun süni qidalanma ilə müqayisədə üstünlüyü barədə;
4.0.2. ana südü ilə qidalanmanın uşaqların harmonik inkişafına müsbət təsiri barədə;
4.0.3. ana südü ilə qidalanmanın uşağın və ananın sağlamlığı üçün bioloji və emosional əsaslar yaratmış barədə;
4.0.4. ana südü ilə qidalanmanın uşağı yoluxucu xəstəliklərdən qorunması və ilkin tibbi-sanitariya yardımının mühüm amili olması barədə hökmən məlumat verilməlidir.”

Analara xəstəxanadan evə buraxıldıqdan sonra süni qida distribütorlarından zənglərin olması
Heç bir halda sizin və ya körpənizin adı və ünvanı süni qida məhsullarının istesalçıları və distribütorlarına açıqlanmamalıdır!!!
Mənbə: “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” Azərbaycan Respublikasının Qanunu, maddə 11:
“…11.2. Mülkiyyət formasından asılı olmayaraq tibb müəssisələrinin vəzifələri aşağıdakılardır…
11.2.4. hamilə və uşaq əmizdirən qadınların, eləcə də körpələrin adlarını və ünvanlarını süni qida məhsullarının istehsalçısı və distribütorlarına verməmək;)

Əmizdirmə prosesində cüzi çətinliklərlə üzləşərkən dərhal körpələrə süni qida vermək və ya tövsiyyə etmək
Süni qida qəbulu körpəniz üçün mütləq bir göstəriş olduğu halda (buna körpədə və ya anada ciddi sağlamlıq problemlərinin mövcudluğu səbəb ola bilər) həkim konkret süni qida markası deyil, ümumən uyğun olan süni qida növü (soya əsaslı, laktozasız, hipoallergen və s.) təyin edə bilər. Körpəyə tövsiyyə edilən növ süni qidanın markası isə valideynlər tərəfindən seçilməlidir. Əgər tibbi personal sizin körpəyə konkret bir marka süni qida məsləhət görürsə bu artıq valideynlərin istehlakçı hüququnun pozulmasıdır.
Mənbə: “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Rspublikasının Qanunu, maddə 3: “Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hüquqlara malikdir: malların (işlərin, xidmətlərin) və onların istehsalçısının, icraçısının və satıcısının sərbəst seçilməsinə;…”)

Yuxarıda qeyd olunan hüquqlarınız pozulduğu halda müvafiq icra hakimiyyəti orqanına müraciət etməyiniz çox böyük önəm daşıyır. Analar Səhiyyə Nazirliyinin qaynar xəttinə zəng vuraraq problem barədə məlumat verə bilərlər.

Qaynar Xətt: 9103

Bu halların baş verməsinin qarşısını almaq üçün hər ana öz körpəsinin hüquqlarını bilməli və onları müdafiə etməlidir!

Müəllif: Nərmin Babayeva
Hüquqşünas

Vib.az

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 06:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see280

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see278

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see260

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see240

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see240

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see230

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see230

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see218

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see215

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see200

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see197

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see196

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see193

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see192

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see188

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see184

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see180

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see176

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see175

Forma problemi “Xankəndi”yə baha başa gəldi

13 Oktyabr 2026 11:50see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri