Icma.az
close
up
RU
Anamın xalçası və çiçək taxçası

Anamın xalçası və çiçək taxçası

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Kəndimizi qucağından yerə qoymayan, məni də qoynunda böyüdən Gözəldağın qızılı duvağa bürünən çağıydı. Taxıl zəmilərində sünbüllərin telinin mehlə sığallanan vaxtında Bakıdan ata yurduma getmişdim. Dədə-baba evimizin yanında sənət əsərinə oxşayan balaca bir ev də tikilmişdi. O, ata evimizin yanında rişəsindən ayrılmayan budaq kimiydi. O evdə anamın nəfəsi vardı. Orda butaların, çeşnilərin xəritəsi vardı.

İlk dəfə görəndə həm təəccüblənmişdim, həm də sevincək olmuşdum. İçimdə cavabsız suallar vardı. Bu, nə vaxt tikilib? Nə məqsədlə tikilib? Kim tikib? Anamın boynuma dolanan qolları o balaca evin qapısı ağzında məni haqladı. Qapını açıb içəri keçəndə sanki nağıllar aləminə düşdüm. Orda gözəllik aşıb-daşırdı. Duyğular könlümlə pıçıldaşırdı. Döşəməsindən tavanınadək xalı-xalçaydı. Tərəcələri gül-gülü çağıran taxçaydı. Divarların bər-bəzəyi, qönçələrin çələng düzəyi fikrimi dağların səmtinə çəkib aparırdı.

Naxışların allı-güllü tirməsindən, anamın həzin səsindən doğulmuşdu o ev. O ev anamın yaradıcılıq emalatxanasıydı. Özünün toxuduğu xalça-palazlardan satıb, belə bir emalatxana tikdirmişdi. Orda toxuduğu kilim və gəbələr təkcə öz kəndimizdə deyil, qonşu kəndlərdə də şöhrət tapmışdı. Xana deyilən, xalça-palaz toxunan dəzgah otağın baş tərəfində hörmətəlayiq yerdə qərarlaşmışdı.

Anam o dəzgahın qarşısında oturub xalı toxuyanda əllərini görmək olmurdu. Bütün günü əlləri işləyirdi, zümzümələri eşidilirdi. Əlləri işləsə də, nəmli gözləri hərdən şəhid qardaşımın divardakı şəklinə zillənirdi. Ömrünün pərişan illəri qəddini əymişdi. Anam qardaşımın həsrətini çəkir, hətta saatlarla başının üstündə dayansam da, məni görməzdi. Öz aləminə qapılıb qalardı:

Dünyanı gəzdim dolandım,
Bala dərdi yaman dərddi.
Dərdli canımdan oysandım,
Bala dərdi yaman dərddi.
Gözümü yollara dikdim,
Gözümdən qanlı yaş tökdüm.
Gördüm, hər bəlanı çəkdim,
Bala dərdi yaman dərddi.

Dərdli anam toxuduğu xalçaların, gəbələrin iplərinin rəngini də dağ çiçəklərindən alırdı. Xalı tablosunda hər gül ləçəyi ebru sənətinin gözəlliyini xatırladırdı. Gəvələrin hər bir naxışı minillik mədəniyyətimizin qədimliyini özündə yaşadırdı.

Bizim dağların hər qarışında gözəlliklə, hər yamacında heyranlıqla qarşılaşmaq mümkündür. Dağların qoynunda gözəl mənzərələr bir-birini əvəz edir. Sanki dağ çiçəkləri ətrini yaymaqda bir-biri ilə bəhsə girib. O dağların bir ovuc torpağında, o bağların bircə yaşıl yarpağında şirin bir istilik var. O istilik Vətən ocağı, ana qucağıdır.

Anamın özünün də çiçəkdən paltarı, şəfəqdən şalı vardı. Özü də çəmən çiçəklərindən seçilmirdi. Dağ çiçəklərini toplamağa gedəndə məni də özü ilə o dağların qoynuna aparardı. Dağ yamaclarında muncuq kimi səpələnmiş çiçəkləri yığdıqca gözüm, könlüm sevinirdi. Hərdən də anamın zümzüməli, bayatı, layla qarışıq səsi qəlbimi ovundururdu.

Dolama yollarla dağların zirvəsinə qalxdıqca uzaqlarda, lap uzaqlarda topa-topa bir-birinin qoynuna sığınan çəmən çiçəklərinə baxdıqca baxır, heyrətimi gizlədə bilmirdim. Ana təbiət üfüqlərdən min rəng alaraq, kəndimizin dağına, daşına al-əlvan bəzək vurmuşdu.

Kəndimizin təbiəti xalq təbabətində geniş istifadə edilən dərman bitkilərilə, dağ çiçəklərilə çox zəngindir. Anam həmin bitkilərin yerini və istifadə qaydalarını yaxşı bilirdi. Yaz-yay aylarında həmin dərman bitkilərini yığar, qurudar, dərman ehtiyatı kimi saxlayardı.

Mən özümü tanıyandan, kəndimizin adamlarının anamın xalq təbabəti üsullarından çox faydalandıqlarını görürdüm. Gördüklərim və bildiklərim də anamın gen yaddaşından irəli gəlirdi. Ona da anasının anasından miras qalmışdı.

Anam dağların çiçəklərindən dəstə bağlamaq üçün neçə-neçə eniş enib, yoxuş qalxmışdı. Dağ yolları, cığırlar – izlər ayaqlarının altında çözələndikcə özü də yumağa dönmüşdü. O yumağa ötən ayların, günlərin xatirəsi sarınmışdı. Səksən dörd illik ömrünün hər ilinin öz izi, öz yadigarı vardı toxuduğu xalçalarda. O xalçalardakı naxışlar anamın ömrünə bir-birindən maraqlı və mənalı xatirələr nəqş edirdi. Ömrü xalça muzeyinə bənzəyirdi anamın. Könlümdən xatirə mehi əsdikcə o muzeydəki gözəl incilərin seyrinə dalmaqdan doymuram.

Amma əvvəl-əvvəl bunu elə də dərindən dərk eləmirdim. Hər dəfə dağ çiçəklərini yığıb gətirəndə fikirləşirdim ki, görəsən, anam çöllərin gülünə niyə bu qədər vurulub. Evimizin çardağı dağ çiçəklərinin ətrinə bələnmişdi. Çardaqda çiçəkləri qurudub ilboyu saxlayırdı. Sən demə, o çiçəklərin sirli bir dünyası varmış.

Balaca vaxtı həyətimizdəki akasiya ağacının altında oynayanda arı məni sancmışdı. Anam dağlardan dərdiyi çiçəklərin arasından qurudulmuş əməköməncinin çiçəyini və yarpağını sirkə ilə qarışdırdı. Sıyıq düzəldib arı sancan nahiyəmə qoydu. Biraz vaxt keçəndən sonra arının bədənimə sancdığı zəhərli iynəsi həmin nahiyədən üzə çıxdı, şiş çəkildi. Ağrı canımdan yox oldu.

Anam nərgizi suda qaynadıb alınan məhluldan gündə üç stəkan (səhər, günorta və axşam) içirdi. Deyirdi ki, nərgiz suyu beyin damarlarının tutulmasının qarşısını alır. Eyni zamanda, o, beyin damarlarının tutulmasına qarşı yarpız və reyhan – mərzə suyundan da istifadə edirdi.

O, yanına diləyə gələnləri naümid qaytarmırdı. Hamının üzünü fikri, düşüncəsi ilə nurlandırırdı. Həm saxlancında qalan qurudulmuş çiçəklərdən pay verir, həm də dəyərli məsləhətlərini heç kimdən əsirgəmirdi.

Anamın heç bir təhsili olmasa da, insanın anatomiyası barədə bilgili idi. Türkəçarə üsullarla müalicə anama da anasından keçmişdi. Təbii müalicə üsullarını yaxşı mənimsəmişdi. Bəzən də ayrı-ayrı türkəçarə vasitələrindən istifadə etmək məharəti öz fəhmindən irəli gəlirdi.

Həzi HƏSƏNLİ,
şair-publisist

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Aprel 2026 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see354

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see286

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see273

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see272

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see270

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see261

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see259

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see258

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see256

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see252

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see238

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see236

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see231

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see228

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see227

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see225

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see206

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see202

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see202

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri