Ançelotti və Qvardiola adlarını Çempionlar Liqası tarixinə yazdırdılar
Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində "Real" "Santyaqo Bernabeu"da "Mançester Siti" ilə qarşılaşır.
QOL.az xəbər verir ki, hazırda davam edən matç baş məşqçilər Karlo Ançelotti ("Real") və Xosep Qvardiola "Mançester Siti" üçün əlamətdar olub. Bu barədə "Opta" məlumat yayıb.
Ançelotti və Qvardiola tarixdə 10-cu dəfə Çempionlar Liqasında bir-biri ilə qarşılaşan oynayan ilk mütəxəssislər olublar. Bu duellərdən 8-i məhz Madrid təmsilçisi ilə "şəhərlilər" arasında gerçəkləşib. Digər iki matç isə Qvardiolanın “Bavariya”nı çalışdırdığı vaxt olub.
Qeyd edək ki, Çempionlar Liqasında əvvəlki 9 qarşılaşmada Ançelotti 5 dəfə, Qvardiola 2 dəfə qələbə qazanıb. Daha 2 görüş isə heç-heçə ilə yekunlaşıb.
Xatırladaq ki, "Real"la "Mançester Siti" arasında pley-offun ilk matçı "kral klubu"nun 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Baxış sayı:65
Bu xəbər 20 Fevral 2025 01:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















