Icma.az
close
up
RU
Azərbaycanda 2 bank birləşir? Əməkdaşlar yeni iş yerlərində otururlar

Azərbaycanda 2 bank birləşir? Əməkdaşlar yeni iş yerlərində otururlar

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Beynəlxalq Bankı (ABB) son dövrlər problemlərlə üzləşmiş “Bank BTB”ni almaq ərəfəsində olduğu bildirilir.

Ölkə.Az Yurd.Media-ya istinadən xəbər verir ki, son aylarda “Bank BTB”nin bir sıra əməkdaşları artıq ABB-də otururlar.

Qeyd edək ki, ötən ilin sonuna olan məlumatlar əsasında mütəxəssislərin apardıqları təhlillər göstərir ki, Bank BTB faktiki olaraq klassik kommersiya bankı funksiyalarını itirib. Bank hazırda problemli kreditlərin idarə edildiyi, əsasən daşınmaz əmlak sektoruna yönəlmiş və minimal kapital tələbləri səviyyəsində fəaliyyət göstərən bir quruma çevrilib.

Xatırladaq ki, “Bank BTB”nin əsas səhmdarı 76,7 faiz payla uzun illər Prezident Administrasiyasının rəhbəri olmuş Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyevadır. Digər səhmdarlar Rza Sadıq (17,7 faiz) və Tükəzban Mahmudovadır (5,6 faiz). Məlumatlara görə, Nigar Mehdiyeva ilə Rza Sadıq bacı-qardaşdır və birlikdə bankın 94 faizinə nəzarət edirlər. Rza Sadıq eyni zamanda bankın Müşahidə Şurasının sədridir.

Bank BTB-nin balansındakı əsas risklərdən biri kredit portfelinin böyük hissəsinin daşınmaz əmlak sektoruna yönəlməsidir. 2025-ci ilin son rübünə olan məlumatlara əsasən, bankın kreditlərinin təxminən 70 faizi ipoteka və daşınmaz əmlakla bağlıdır. Biznes kreditlərinin payı cəmi 14 faizə, istehlak kreditlərinin payı isə 14 faizə yaxındır.

Hesabatlar Bank BTB-də ciddi likvidlik uyğunsuzluğunun mövcud olduğunu ortaya qoyub. Bankın aktivlərinin böyük hissəsi beş ildən artıq müddətə verilmiş kreditlərdən ibarətdir, halbuki bu aktivlər əsasən qısamüddətli əmanətlər hesabına maliyyələşdirilib. Bu vəziyyət bankı daimi olaraq əmanətlərin yenilənməsindən asılı vəziyyətə salıb.

Məsələ ilə bağlı sorğu "Azərbaycan Beynəlxalq Bankı"nın ictimaiyyətlə əlaqələr bölməsindən nə təsdiq nə təkzib olunmayıb, "Bank BTB"dən isə ümumiyyətlə suallara cavab verəcək məsul şəxs tapılmayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:364
embedMənbə:https://olke.az
archiveBu xəbər 04 Fevral 2026 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri