Icma.az
close
up
RU
Ankarada Əhməd bəy Ağaoğlunun barelyefi qoyulacaq

Ankarada Əhməd bəy Ağaoğlunun barelyefi qoyulacaq

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ankara, 12 sentyabr, AZƏRTAC

Sentyabrın 18-də Türkiyənin paytaxtı Ankarada görkəmli ictimai-siyasi xadim, publisist, yazıçı, hüquqşünas, şərqşünas-islamşünas Əhməd bəy Ağaoğlunun barelyefinin açılışı olacaq.

AZƏRTAC xəbər verir ki, layihə ölkəmizin Ankaradakı səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə həyata keçirilir.

Şuşa şəhərinin görkəmli yetirməsinin barelyefi ilə yanaşı, ilk müəllimlərindən birinin Əhməd bəy Ağaoğlunun olduğu Ankara Universitetinin Hüquq fakültəsində onun adını daşıyan mühazirə zalının da açılışı təşkil ediləcək.

Əhməd Mirzə Həsən oğlu Ağayev 1869-cu ilin dekabrında Şuşa şəhərində anadan olub. Şuşada, daha sonra isə Tbilisidə liseyi bitirən Əhməd bəy Ağaoğlu təhsilini Parisdə davam etdirib.

1897-ci ildə tanınmış neft maqnatı və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin dəvəti ilə Əhməd bəy Bakıya köçüb. Burada məktəbdə fransız dilindən dərs deyib, “Kaspi” qəzeti ilə əməkdaşlıq edib.

1907-ci ildə rus dilində “Proqress” qəzetini nəşr edib. 1908-ci ilin iyunundan “Tərəqqi” qəzetini nəşr etməyə başlayıb və 1909-cu ildə Türkiyəyə gedənədək onun naşiri olub.

Əhməd bəy Ağaoğlu 1918-ci ildə Qafqaz İslam Ordusunun komandanı Nuru paşanın siyasi müşaviri kimi Azərbaycana gəlib. 1919-cu ildə Paris Sülh Konfransına yollanan nümayəndə heyətinin tərkibinə daxil olub, lakin daşnakların müraciəti əsasında Böyük Britaniyanın hakimiyyət orqanları tərəfindən həbs edilib. O, İstanbul həbsxanasında qısa müddət saxlanıldıqdan sonra Maltaya sürgün olunub.

Osmanlı imperiyasının süqutundan sonra yaranmış Türkiyə Respublikası Maltadakı vətəndaşlarını britaniyalı hərbi əsirlərlə dəyişdirmək barədə razılığa gəlib. Azad edilərək geri qayıdanlar arasında Əhməd bəy Ağaoğlu da olub.

Əhməd bəy Ağaoğlu Türkiyədə formalaşmış hökumətin və şəxsən Mustafa Kamal Atatürkün böyük etimadını qazanıb. İlk görüş zamanı soydaşımız haqqında Atatürkdə müsbət fikir formalaşıb.

1921-ci ildə Əhməd bəy Ağaoğlu mətbuat direktoru təyin olunub və Türkiyə xalqının istiqlal müharibəsinin təbliğatçılarından birinə çevrilib. O, “Anadolu” agentliyinin ilk İdarə Heyətinin sədri olub, Ankara Universitetində dərs deyib.

Türk dünyasının tanınmış oğlu Əhməd bəy Ağaoğlu 1939-cu il mayın 19-da doğma Şuşadan uzaqda, İstanbulda vəfat edib.

Əhməd bəy Ağaoğlunun həm Azərbaycanda, həm də Türkiyədə çoxşaxəli fəaliyyəti belə görkəmli şəxsiyyət yetişdirmiş Azərbaycan xalqının potensialını nümayiş etdirir.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:132
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Sentyabr 2026 17:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see484

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see372

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see326

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see307

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see293

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see270

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see261

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see251

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see241

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see235

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see231

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see227

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see222

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see215

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see213

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see206

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see203

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see200

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see186

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri