Icma.az
close
up
RU
Əhməd Ağaoğlunun ruhu Ankarada yaşadıldı: Adını daşıyan auditoriya və barelyef açıldı

Əhməd Ağaoğlunun ruhu Ankarada yaşadıldı: Adını daşıyan auditoriya və barelyef açıldı

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanın Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Ankara Universitetinin Hüquq fakültəsində Azərbaycan və Türkiyənin ictimai və mədəni həyatında mühüm rol oynamış, hüquqşünas, yazıçı, jurnalist və fikir adamı kimi türk dünyasının düşüncə həyatına dəyərli töhfələr vermiş Əhməd Ağaoğlunun xatirəsinə həsr olunmuş barelyefin və auditoriyanın açılışı keçirilib.

Bu barədə Sherg.az-a Türkiyədə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, tədbirdə Ankara Universiteti prorektoru Orhan Uzun, Azərbaycan Respublikası Mədəniyyət Nazirinin müavini Fərid Cəfərov, Azərbaycanın Türkiyədəki Səfirliyi, TÜRKSOY, Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyi, alimlər, ziyalılar, yerli azərbaycanlılar iştirak ediblər.

Çıxış edənlər Ankara Universitetinin prorektoru Orhan Uzun, Universitetin Hüquq Fakültəsinin dekanı İbrahim Ermenek, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Azərbaycanın Türkiyədəki Səfirliyinin müşaviri Füzuli Məcidli, "Əhməd Ağaoğlu Araşdırmar Mərkəzi" İctimai Birliyinin sədri, Ağaoğlular nəslinin nümayəndəsi Nigar Axundova, ədibin nəticəsi, İstanbulda yaşayan Əhməd Ağaoğlu çıxış edərək Azərbaycan Mədəniyyətinin beşiyi Şuşada doğulan Əhməd Ağaoğlunun öz ideyaları, əsərləri və mübarizəsi ilə Azərbaycanın milli oyanışına, Türk dünyasının ictimai və mədəni inkişafına, təhsil, hüquq, mətbuat, maarifçilik anlayışlarının güclənməsinə böyük töhfələr verdiyini, Türkiyədə hüquq təhsilinin və modernləşmə hərəkatının inkişafına öncülük etdiyini, qadın hüquqları və milli kimlik məsələlərində qabaqcıl fikirlər irəli sürdüyünü qeyd ediblər.

Çıxışçılar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Əhməd Ağaoğlu haqqında fikirlərinə yer verərək, Ağaoğlunun milli oyanış hərəkatının ön sıralarında yer alan, vətənpərvər ziyalı və müsəlman Şərqində modernləşmənin qətiyyətli müdafiəçisi olduğunu qeyd ediblər.

Qeyd olunub ki, Əhməd bəy Ağaoğlunun ən böyük xidmətlərindən biri milli kimliyi müasirlik, təhsil, hüquq və azad düşüncə ilə bir arada nəzərdən keçirməsi idi. 1924-cü ildə Türkiyə Cümhuriyyəti Konstitusiyasının hazırlanmasında mühüm rol oynayan Ağaoğlu, 1925-ci ildə Ankarada “Ankara Ədliyyə Hüquq Məktəbi” adı ilə yaradılan Türkiyə Cümhuriyyətinin ilk hüquq məktəbinin təsisçilərindən olaraq, universitetdə müəllim kimi də çalışaraq, Türkiyədə hüquq təhsilinin inkişafına mühüm töhfələr vermişdir. Çıxışçılar, məhz, bir vaxtlar Əhməd bəy Ağaoğlunun qurucusu olduğu fakültədə, binanın qarşısında ədibin barelyefinin açılışının mühüm hadisə olduğunu qeyd etdilər.

Daha sonra Əhməd bəy Ağaoğlunun barelyefinin açılışı olub. Barelyef, Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi ilə hazırlanıb.

Tədbirdə Ankara Universitetinin tələbələri tərəfindən Əhməd bəy Ağaoğluna həsr olunan bədii kompozisiya təqdim olunub.

Daha sonra Əhməd bəy Ağaoğlu auditoriyasının təmir və yenidənqurmadan sonra qonaqlara təqdim olunub. Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə yenidən qurulan auditoriyada Əhməd bəy Ağaoğlunun Azərbaycan və Türkiyə dövrünü əhatə edən fəaliyyətinə, həyat və yaradıcılığına dair məlumatların yer aldığı xüsusi guşələr yaradılıb. Auditoriyada görkəmli ziyalının elmi, hüquqi, publisistik və ədəbi irsini əks etdirən müxtəlif nəşrlər də nümayiş etdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://sherg.az
archiveBu xəbər 19 Sentyabr 2026 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see368

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see270

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see255

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see244

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see240

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see237

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see233

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see230

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see226

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see219

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see208

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see198

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see195

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see193

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see193

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see193

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see192

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see180

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see180

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri